ABŞ də yeni bombardmançı təyyarənin ilk FOTOları
Sherg.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ-nin "B-21 Raider" strateji bombardmançısı ilk dəfə üst hissəsinin tam göründüyü fotoşəkildə nümayiş etdirilib.
Sherg.az oxu.az-a istinadən xəbər verir ki, daha əvvəl istehsalçı yalnız ön və yan tərəflərin şəkillərini dərc etmişdi.
Şəkil "Northrop Grumman" şirkəti tərəfindən təqdim olunub və havada yanacaqdoldurma sınaqları zamanı çəkilib. Şirkətdən bildiriblər ki, istehsal infrastrukturunun yaradılmasına beş milyard dollardan çox vəsait ayrılıb. İlk təyyarələrin 2027-ci ildə Ellsuort aviabazasına daxil olacağı gözlənilir.
Bildirilir ki, "B-21" ölçülərinə görə silahlanmada olan "B-2 Spirit" stels-bombardmançılarından kiçikdir, lakin daha böyük uçuş məsafəsinə malikdir. Qiymətləndirmələrə görə, yeni model, ehtimal ki, sələfindəki dörd mühərrik əvəzinə iki mühərriklə təchiz olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 16 Aprel 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















