Icma.az
close
up
RU
ABŞ də yüksək maaşlılar üçün yaşamaq ən sərfəli olan ştatlar açıqlandı

ABŞ də yüksək maaşlılar üçün yaşamaq ən sərfəli olan ştatlar açıqlandı

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaşayış yeri seçimi, hətta yüksək gəlir əldə edən insanlar üçün belə, asan qərar deyil. Bu seçimə təsir göstərən bir çox amil mövcuddur.

Ölkə.az xəbər verir ki, onların arasında ən vaciblərindən biri yaşayışın əlçatanlığıdır. Çünki yaşayış xərclərinin yüksək olduğu ştatlarda yüksək maaşlar belə öz təsirini itirir və insanların maliyyə məqsədlərinə çatmasını çətinləşdirir.

Ştat seçərkən nəzərə alınmalı digər mühüm amil isə məşğulluq imkanlarıdır. Müxtəlif sahələrdə davamlı iqtisadi inkişafın müşahidə olunduğu və ixtisaslı kadrlara tələbatın yüksək olduğu ştatlar insanlara peşəkar bacarıqlarını inkişaf etdirmək, eləcə də gəlirlərini artırmaq üçün daha geniş imkanlar yaradır.

"Affordable Contractors Insurance" şirkətinin apardığı son araşdırmada yaşayış xərcləri, əməkhaqqı artımı, orta illik əməkhaqqı, gəlir vergisi dərəcələri və əmək bazarı göstəriciləri əsasında yüksək gəlir əldə edən şəxslər üçün ən əlverişli 10 ştat müəyyən edilib:

Siyahıda yer alan ilk altı ştat aşağıdakılardır:

• "Florida" – Əlçatanlıq indeksi 66, orta illik əməkhaqqı 66 352 ABŞ dolları, orta əməkhaqqı artımı 5,1 faiz, ştat gəlir vergisi 0 faiz, məşğulluq səviyyəsi 96,2 faiz, əmək bazarında iştirak səviyyəsi 60 faiz, gəlir potensialı indeksi 99.

• "Kolorado" – Əlçatanlıq indeksi 95, orta illik əməkhaqqı 77 272 ABŞ dolları, əməkhaqqı artımı 4,2 faiz, ştat gəlir vergisi 4 faiz, məşğulluq səviyyəsi 95,8 faiz, əmək bazarında iştirak 68,8 faiz, gəlir potensialı indeksi 90.

• "Vaşinqton" – Əlçatanlıq indeksi 99, orta illik əməkhaqqı 92 612 ABŞ dolları, əməkhaqqı artımı 5,8 faiz, ştat gəlir vergisi 7 faiz, məşğulluq səviyyəsi 95,5 faiz, əmək bazarında iştirak 64,6 faiz, gəlir potensialı indeksi 88.

• "Şimali Dakota" – Əlçatanlıq indeksi 81, orta illik əməkhaqqı 65 364 ABŞ dolları, əməkhaqqı artımı 3,3 faiz, ştat gəlir vergisi 1,95–2,5 faiz, məşğulluq səviyyəsi 97,5 faiz, əmək bazarında iştirak 70,5 faiz, gəlir potensialı indeksi 87.

• "Texas" – Əlçatanlıq indeksi 92, orta illik əməkhaqqı 72 592 ABŞ dolları, əməkhaqqı artımı 3,1 faiz, ştat gəlir vergisi 0 faiz, məşğulluq səviyyəsi 95,9 faiz, əmək bazarında iştirak 64,2 faiz, gəlir potensialı indeksi 86.

• "Cənubi Dakota" – Əlçatanlıq indeksi 62, orta illik əməkhaqqı 57 304 ABŞ dolları, əməkhaqqı artımı 3 faiz, ştat gəlir vergisi 0 faiz, məşğulluq səviyyəsi 98,1 faiz, əmək bazarında iştirak 69 faiz, gəlir potensialı indeksi 85.

Araşdırma göstərir ki, yüksək gəlir əldə etmək üçün yalnız yüksək maaş kifayət etmir. Yaşayış xərclərinin aşağı olması, vergi yükünün azlığı və güclü əmək bazarı birlikdə insanların real gəlirlərini artıran əsas amillər hesab olunur. Bu baxımdan, xüsusilə gəlir vergisinin tətbiq edilmədiyi və əmək bazarının dinamik olduğu ştatlar yüksək gəlirli mütəxəssislər üçün daha cəlbedici seçim kimi qiymətləndirilir.(valyuta.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 İyun 2026 00:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri