Icma.az
close
up
RU
ABŞ dən aldığı maşın başına iş açdı “Rüsumu əsassız olaraq artırdılar”

ABŞ dən aldığı maşın başına iş açdı “Rüsumu əsassız olaraq artırdılar”

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“ABŞ-nin “Manheim” hərracından 8500 dollara avtomobil almışam. Maşının real qiyməti, hərrac məbləği ilə bağlı əlimdə sənədlər olsa da, Azərbaycan gömrüyündə qiyməti əsassız olaraq artırılıb. Nəticədə gömrük rəsmiləşdirilməsi gecikdirilir, 3 həftədir maşını terminaldan çıxara bilmirəm”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini Rahib Məmmədov müraciət edib. 

Onun sözlərinə görə, əvvəlcə gömrük ödənişi kimi 10.277 AZN rüsum müəyyən edilsə də, sonradan bu məbləğ artırılıb: “6 ay əvvəl 2018-ci il buraxılışlı, 213.000 km yürüşü olan “BMW X5 Plug in Hybrid” markalı avtomobili 8500 dollara satın almışam. Sentyabrın 23-dən isə avtomobil gömrük terminalına daxil olub. Xaricdə olduğuma görə oktyabrın 7-də sənədləşmə işlərinə başlamışam. Gömrük bəyannaməsinin rəsmiləşdirilməsi zamanı ödənilməli olan məbləğ ilkin olaraq 10.277.41 manat müəyyən edilib.

Lakin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Dəyərləndirmə şöbəsinin rəisi Elamin Əhmədov tərəfindən həmin məbləğ qəbul edilməyib və avtomobilin gömrük dəyəri əsassız olaraq artırılaraq 14500.00 AZN edilib. Bu qərarın səbəbini öyrənmək məqsədilə şöbə rəisinin qəbulunda oldum və o, avtomobili ucuz qiymətə aldığımı, “Manheim” hərracının qapalı olduğunu bildirdi. Mən isə avtomobilin hərracdan hansı qiymətə satın alındığını təsdiq edən bir neçə sənədin, ödəniş məlumatının və digər sübutların telefonumda olduğunu, onları təqdim etməyə hazır olduğumu bildirdim. Lakin E. Əhmədov təqdim etmək istədiyim sübutlarla tanış olmağa ehtiyac görməyərək mənə “ehtiyac deyil, get ödənişini et, gələrsən” cavabını verdi.

Hesab edirəm ki, dövlət qulluqçusunun vətəndaşın təqdim etməyə hazır olduğu sübutları araşdırmadan kənara qoyması və artırılmış gömrük ödənişinin həyata keçirilməsini tələb etməsi obyektivlik və şəffaflıq prinsipləri baxımından ciddi suallar yaradır”.

Şikayətçi iddia edir ki, gömrük dəyərinin artırılmasının arxasında şəxsi maddi maraq dayanır: “Mən dövlət büdcəsinə qanunla nəzərdə tutulmuş bütün ödənişləri ödəməyə hazıram. Lakin faktiki alış qiymətini təsdiq edən sübutlarım araşdırılmadan üzərimə əlavə maliyyə yükü qoyulmasını ədalətli hesab etmirəm. Gömrük dəyərinin artırılması ilə bağlı hərəkətlərin qanuniliyinin xidməti qaydada araşdırılmasını istəyirəm. Mən dövlətdən güzəşt istəmirəm, yalnız qanunun düzgün tətbiq edilməsini, təqdim etdiyim sübutların nəzərə alınmasını və vətəndaş kimi hüquqlarımın qorunmasını tələb edirəm”.

Problemlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, həmin avtomobilin gömrük dəyəri qanunvericiliyə uyğun müəyyən olunub: “Rahib Məmmədovun Amerika Birləşmiş Ştatlarından idxal etdiyi nəqliyyat vasitəsinin gömrük dəyərinin dürüstləşdirilməsi müvafiq qanunvericiliklə müəyyən edilən qaydalara uyğun həyata keçirilib.

Vətəndaşın idxal etdiyi nəqliyyat vasitəsinin dəyərinin ehtiyat üsulla hesablanması digər üsulların tətbiqi üçün zəruri olan sənədlərin və məlumatların gömrük orqanına təqdim edilməməsi ilə əlaqədardır”.

Gülnar Əliyeva





Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 15 Oktyabr 2026 14:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see367

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see331

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see298

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see282

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see277

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see277

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see268

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see259

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see252

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see249

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see248

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see242

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see238

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see228

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see221

“Siz yalançısınız!” Caqnedən klub rəhbərliyinə sərt sözlər

23 Noyabr 2026 00:34see214

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see203

Osasuna azlıqda qaldığı matçda rəqibi məğlub ETDİ

23 Noyabr 2026 00:19see185

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see184

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri