“Neftçi” ilə razılığa gəldi, son anda “Qarabağ”a keçdi
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Qarabağ"ın futbolçusu Jali Muaddib karyerasını "Neftçi"də davam etdirə bilərmiş. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Məlumata görə, "Neftçi" ötən qış 25 yaşlı vingerlə danışıqlar aparıb. Hətta tərəflər arasında anlaşma əldə olunub. Muaddib mövsümlük 200 min dollarlıq maaşa razılıq verib. Bu prosesdə "Neftçi"nin sabiq futbolçusu İmad Fərəc vasitəçilik edib.
Lakin son anda "Qarabağ" transferə müdaxilə edib. Ağdam təmsilçisi də Muaddiblə danışıqlara başlayıb.
Futbolçu iki klub arasında seçim etməli olduğu zaman "Qarabağ"ın avrokuboklardakı uğurlu çıxışını nəzərə alaraq Ağdam təmsilçisinə üstünlük və 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Muaddibin son klubu Kiprin "Omoniya" (Aradippou) komandası olub. O, karyerası ərzində Fransada "Lill" və "Anje"nin B komandalarında, həmçinin "Avranş"da, Rumıniyada isə "Botoşani"də çıxış edib.
Baxış sayı:83
Bu xəbər 02 Noyabr 2026 11:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















