Icma.az
close
up
RU
ABŞ DİPLOMATLARINA SENSASİYALI QADAĞA Ancaq qalib gələnləri təbrik edəcəklər...

ABŞ DİPLOMATLARINA SENSASİYALI QADAĞA Ancaq qalib gələnləri təbrik edəcəklər...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

 ABŞ-nin xarici siyasət kursunda diqqətçəkən dəyişiklik baş verib. İyulun 17-də “Reuters” agentliyinin yaydığı məlumata əsasən, ABŞ Dövlət Departamentindən sızdırılan sənəddə diplomatlara xarici ölkələrdə keçirilən seçkilərin ədalətliliyi və ya legitimliyi barədə şərh verməmək tapşırılıb.

Sənəddə xüsusi olaraq qeyd olunur ki, Dövlət Departamenti artıq Vaşinqtondan xarici seçkilərlə bağlı bəyanatlar və ya sosial media paylaşımları yayımlamayacaq, əgər bu, konkret ABŞ maraqlarına xidmət etmirsə.

"Xarici seçki ilə bağlı şərh vermək uyğun olduqda, mesajımız qısa olmalı, qalib namizədi təbrik etməyə və zərurət yaranarsa, ortaq xarici siyasət maraqlarını vurğulamağa yönəlməlidir. Mesajlarda seçki prosesinin ədalətliliyi və ya dürüstlüyü, onun legitimliyi və ya həmin ölkənin demokratik dəyərləri barədə fikir bildirməkdən çəkinmək lazımdır”, – sənəddə bildirilir.

Bu təlimatın müəllifi kimi Dövlət katibi və respublikaçı senator Marko Rubio göstərilir.

Qeyd edək ki, Rubio ötən ay Prezident Co Baydenin səhhəti və xarici siyasətdə “zəiflik siqnalları” verməsi ilə bağlı kəskin çıxış etmişdi. Onun bu sənədi hazırlaması ABŞ-nin demokratik dəyərlər ətrafında qurulmuş xarici siyasət kursunun taktiki şəkildə dəyişdirilməsi kimi qiymətləndirilə bilər.

Vaşinqton niyə geri çəkilir?

Bu qərar, xüsusilə son illər ABŞ-nin Çin, Rusiya, İran, Türkiyə və bəzi Afrika ölkələrindəki seçkilərə dair açıqlamaları fonunda mühüm dönüş kimi qiymətləndirilir. ABŞ tez-tez “demokratiyanın müdafiəçisi” kimi çıxış edir və qeyri-azad seçkilərlə bağlı sərt tənqidlər səsləndirirdi. Yeni təlimat bu ritorikadan uzaqlaşmanı simvolizə edir.

Müşahidəçilərə görə, bu dəyişiklik bir neçə səbəblə izah oluna bilər: Vaşinqton bəzi ölkələrlə, xüsusilə strateji və təhlükəsizlik baxımından vacib partnyorlarla münasibətləri riskə atmaq istəmir. 

Qeyd edək ki, əvvəllər ABŞ-nin səfirlikləri birbaşa olaraq həm bəyanatlar, həm də sosial media vasitəsilə xarici ölkələrdəki seçkilərlə bağlı aktiv rəy bildirirdilər. Bu praktika indi dayandırılır və yalnız minimum diplomatik jestlərlə – qalib namizədlərin təbriki ilə kifayətlənmək tövsiyə olunur.

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 İyul 2025 11:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri