ABŞ Dnepr çayının qərbində Avropa qüvvələrinin yerləşdirilməsini müzakirə edir Kelloq
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli çərçivəsində Böyük Britaniya, Fransa, Almaniya və Polşa qüvvələrinin Dnepr çayının qərbində yerləşdirilməsini müzakirə edir.
Redaktor.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq “Fox News”a müsahibəsində bildirib.
"Biz dayanıqlılıq qüvvələri haqqında danışırıq. Bu, E3 adlandırılan qüvvədir, lakin indi britaniyalılar, fransızlar və almanlardan, eləcə də polyaklardan söhbət gedirsə, bu, əslində E4-dür. Dnepr çayının qərbindəki qüvvə onun təmas zonasından kənarda olması deməkdir", - Kelloq deyib.
Qeyd edək ki, Böyük Britaniya və Fransa Kiyevlə Moskvanın atəşkəs barədə razılığa gələcəyi təqdirdə Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsi planını hazırlayıb. Təxminən 30 min Avropa hərbçisinin Ukrayna infrastrukturunu, şəhərlərini və limanlarını qoruyacağı nəzərdə tutulur. Rusiya Ukrayna ərazisində Avropa qüvvələrinin mövcudluğuna qarşı çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 May 2025 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















