Icma.az
close
up
RU
ABŞ dolları niyə ucuzlaşır?

ABŞ dolları niyə ucuzlaşır?

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın tariflərlə bağlı siyasəti ABŞ dollarının kəskin ucuzlaşmasına zəmin yaratdı desək, yanılmarıq. Valyuta treyderləri 2026-cı ildə daha sabit və sakit bir dövr gözləsələr də, yanvar ayından etibarən son həftələr bu, özünü doğrultmadı.

Bu il yanvar ayının sonlarında dollar əsas valyutalar səbətində son 4 ilin ən aşağı səviyyəsinə enib. Avro və funt-sterlinq qarşısında da uduzan dollar, təxminən, bir həftə ərzində 3 faiz dəyər itirib. Hazırda bu enişin tempi bir qədər zəifləsə də, analitiklər bunun müvəqqəti fasilə olduğunu və dolların zəifləmə tendensiyasının davam edə biləcəyini bildirirlər.

Əksər investorlar dolların bu il daha da zəifləyəcəyini düşünürlər. Əsas məsələ bunun nə vaxt baş verəcəyidir, istiqamət isə demək olar ki, bəllidir. Təbii ki, dolların zəifləməsinin əsas təsir hədəfi ABŞ vətəndaşlarının alıcılıq qabiliyyətidir. Bu tendensiya davam edərsə, idxal mallarının bahalaşması nəticəsində ölkə daxilində inflyasiya təzyiqləri arta bilər. Bununla yanaşı, baş verənlər dolların uzun illərdir qoruduğu “qlobal əsas valyuta” statusunun gələcəyi ilə bağlı suallar doğurur. Hansı ki, bu status ABŞ-a aşağı faizlərlə borc almaq imkanı verirdi və iqtisadi üstünlüklər qazandırırdı.

Əslində, dollar son onillikdə, xüsusilə, 2020–2022-ci illərdə pandemiyadan sonrakı iqtisadi bərpa və yüksək faiz dərəcələri səbəbindən daha da möhkəmlənmişdi. Lakin ötən il dollar indeksi – yəni dolların əsas valyutalar səbətinə nisbətdə dəyərini ölçən göstərici təxminən 10 faiz azaldı və bu, 2017-ci ildən bəri ən zəif nəticə kimi qeydə alınıb. Bu enişin əsas hissəsi “Qurtuluş Günü tarif elanları” adlandırılan açıqlamalardan sonra baş verib. Yanvar ayında isə ABŞ ilə Avropa arasında Qrenlandiya məsələsi ətrafında artan gərginlik dolların daha da zəifləməsinə səbəb olub.

Analitiklər hesab edir ki, dolların dəyər itirməsi qismən bazarların ABŞ administrasiyasının siyasətinə olan narahatlığının göstəricisidir. Bazarlar daha çox qərarların qeyri-sabit və ardıcıl olmamasına reaksiya verir. Tarif siyasətində və digər məsələlərdə tez-tez dəyişən mövqelər investor etimadını zəiflədir. Ümumiyyətlə, bu cür qeyri-müəyyən və dəyişkən siyasət ən çox ABŞ iqtisadiyyatına zərər verir.

“Macquarie” şirkətinin qlobal valyuta və faiz dərəcələri üzrə mütəxəssisi Tiyeri Vizman bildirir ki, ilin əvvəlində geosiyasi gərginliklər artsa da, bazarlar uzun müddət buna ciddi reaksiya vermirdi. Lakin Qrenlandiya ətrafında ticarət qarşıdurmasının sürətlə kəskinləşməsi vəziyyəti dəyişdi. Onun sözlərinə görə, bu proses investorları narahat edib. Qeyd edib ki, məsələ təkcə dolların ucuzlaşması deyil, eyni zamanda, gələcəkdə valyutanın daha da dalğalanacağı riski yüksəkdir.

Dolların zəifləməsinə təsir edən digər amillər də mövcuddur. Xarici bazarlarda investisiya imkanlarının genişlənməsi və son günlərdə Yaponiyanın istiqraz bazarında baş verən kütləvi satışlar bu prosesə əlavə təzyiq göstərib. Belə ki, yapon istiqrazlarının sürətlə satılması bəzi treyderlərin yen və dollar arasındakı məzənnə fərqindən qazanc əldə etmək üçün qurduqları strategiyaları dayandırmasına səbəb olub. Bu da valyuta bazarlarında əlavə hərəkətlilik yaratdı.

Yaponiya məsələsinə aydınlıq gətirək: səhm haqq-hesabından sonra ABŞ-ın maliyyə naziri Skott Bessentin ölkəsinin Yaponiyaya dəstək məqsədilə bazara müdaxilə etmədiyini açıqlamasından sonra dolların məzənnəsinin müəyyən qədər sabitləşməsi göstərir ki, dövlət səviyyəsində baş verənlər də valyutaya təsir edir. Donald Tramp administrasiyasının növbəti addımlarının necə olacağı ilə bağlı qeyri-müəyyənliyin davam etməsi deyilənlərin təsdiqidir.

Qeyd edək ki, hazırda ABŞ dollarının zəifləməsi investorların daha təhlükəsiz aktivlərə üz tutmasına səbəb olub. Bunun nəticəsində qızılın qiyməti son bir ildə təxminən iki dəfə artıb və investorlar vəsaitlərini aşağı riskli kapitallarda saxlamağa üstünlük verirlər.

Ötən il digər milli valyutalar sözügedən kapital axınından ciddi fayda görməsə də, artıq vəziyyətin dəyişməyə başladığı müşahidə olunur. Cari ayda avro və funt-sterlinq dollar qarşısında əhəmiyyətli dərəcədə möhkəmlənib. Eyni zamanda, “Oxford Economics” tərəfindən izlənilən 19 inkişaf etməkdə olan ölkə valyutasından 11-i də 1 faizdən çox dəyər qazanıb.

Bəzi əlamətlər göstərir ki, qlobal investorlar ABŞ bazarlarına münasibətdə daha ehtiyatlı mövqe tutmağa başlayır. Məsələn, Amsterdam və Danimarkadakı pensiya fondları ABŞ dövlət istiqrazlarına yatırımlarını azaltmaq qərarı veriblər. Bu isə kapitalın dəyər istiqamətində dəyişiklik baş verdiyini göstərən mühüm siqnallardan biri hesab olunur.

Xalid KƏRİMLİ,
iqtisadçı-ekspert

ABŞ dollarının ucuzlaşmasının əsas səbəblərindən biri ABŞ-ın iqtisadi siyasəti ilə bağlıdır. Xüsusilə Donald Tramp administrasiyası dövründə “ucuz pul siyasəti” ilə bağlı tez-tez bəyanatlar səsləndirilirdi. Bu siyasətin mahiyyəti faiz dərəcələrinin aşağı salınması yolu ilə iqtisadi fəallığın artırılması idi.

Eyni zamanda, FED-in (Federal rezerv sistemi) sədri Jerome Povelə göstərilən siyasi təzyiqlər də bazarlarda müəyyən narahatlıq yaradırdı. Bu isə Mərkəzi Bankın müstəqilliyi ilə bağlı suallar doğurur və nəticə etibarilə dolların zəifləməsinə təsir edirdi. Çünki faiz dərəcələri aşağı salındıqda, adətən milli valyutanın dəyəri də azalır. Lakin müharibə şəraitində fərqli tendensiya müşahidə olunur. Məsələn, Yaxın Şərqdə gərginlik artdıqda dolların dəyəri əksinə yüksəlmişdi. Müharibədən əvvəl müəyyən səviyyədə olan dollar indeksi sonradan daha yüksək həddə qalxmış, hətta bəzi mərhələlərdə daha da möhkəmlənmişdi.

Bunun səbəbi ondan ibarətdir ki, ABŞ iqtisadiyyatı qlobal risklər fonunda “təhlükəsiz liman” kimi qəbul olunur. Coğrafi baxımdan münaqişə zonalarından uzaqda yerləşməsi və iqtisadi dayanıqlılığı investorların diqqətini bu bazara yönəldir. Müharibələr əsasən Avrasiya məkanında və Yaxın Şərqdə baş verdiyi üçün ABŞ bu proseslərdən nisbətən az təsirlənir.

Nəticədə, risklər artdıqca, investorlar kapitalını daha etibarlı hesab etdikləri ABŞ iqtisadiyyatına yönəldirlər. Bu isə dolların bahalaşmasına səbəb olur. Ümumiyyətlə, ABŞ iqtisadiyyatı qlobal iqtisadiyyatın əsas sütunlarından biridir və dünya ÜDM-nin təxminən 25–26 faizini təşkil edir. Bu isə o deməkdir ki, dünya iqtisadiyyatında baş verən hər hansı dəyişiklik dərhal ABŞ maliyyə bazarlarına və dolların məzənnəsinə təsir göstərir.

Əgər bazarlarda inflyasiyanın artacağı gözlənilirsə, investorlar FED tərəfindən faiz dərəcələrinin artırılacağını proqnozlaşdırırlar. Bu halda dollar möhkəmlənir. Əksinə, iqtisadi zəifləmə və işsizliyin artacağı gözlənilirsə, faizlərin endiriləcəyi ehtimalı artır və bu da dolların ucuzlaşmasına gətirib çıxarır.

Dolların qlobal rezerv valyuta olması da onun rolunu daha da artırır. Bir çox ölkələr öz ehtiyatlarını dollarla saxlayır və beynəlxalq ticarətdə geniş şəkildə istifadə edir. ABŞ maliyyə bazarlarının dərinliyi və likvidliyi səbəbindən qlobal kapital axınları əsasən bu bazarlardan keçir.

Bu baxımdan, dünya iqtisadiyyatında baş verən hadisələr dərhal ABŞ qiymətli kağızlarına və səhmlərinə olan tələbi dəyişir. Nəticədə, dolların dəyəri də bu proseslərə uyğun olaraq ya artır, ya da azalır.

Nurlan ABDALOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see406

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see345

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see339

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see309

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see247

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see222

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see190

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see181

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see181

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see179

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see174

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see170

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see170

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see163

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see163

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see161

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see161

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see156

“Bu, Ankara üçün prioritet deyil” Ərdoğan

21 Avqust 2026 07:49see146

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri