Icma.az
close
up
RU
ABŞ DÜNYA JANDARMI STATUSUNU İTİRİR Tramp Amerika hegemoniyasının yumşaq çöküşünü hazırlayır AzPolitika onlayn siyasiictimai qəzet

ABŞ DÜNYA JANDARMI STATUSUNU İTİRİR Tramp Amerika hegemoniyasının yumşaq çöküşünü hazırlayır AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

“Öncə Amerika” ˝medalının˝ ikinci üzü dünyadan əlimizi çəkirik anlamına gəlir

Namiq Bilal

Dünya dəyişir, bunu hamı qəbul edir. Ən əhəmiyyətli dəyişiklik isə ABŞ ilə bağlı baş verir. Birləşmiş Ştatlar dünyanı təkbaşına yönələdən super güc stusunu sürətlə itirir. Bu çöküşü şərtləndirən ən önəmli səbəb Ağ Evin diqtəsini qəbul etməyən alternativ güc mərkəzlərinin yaranmasıdır.

Çin, Rusiya, Hindistan, Türkiyə, Braziliya kimi dövlətlər artıq öz qərarlarını ABŞ-nin istəklərinə uyğun şəkildə deyil, özlərinin milli maraqlarına uyğun olaraq verirlər. Adları çəkilən dövlətlərin maraqları isə əksər hallarda Birləşmiş Ştatların maraqları ilə toqquşur. Üstəlik, Ağ Evin həmin dövlətləri öz nəzarətində saxlama imkanları hər keçən gün daha da məhdudlaşır.

Çəkişmə son dərəcə böyükdür və masa üzərində dünya hegemoniyasının itirməsi kimi çox ağrılı faktor var. Hegemoniyanın itirilməsi məsələsi hansısa ideoloji müstəvilərdə deyil, real həyatın konkret sahələri üzrə baş verir. ABŞ-nin hansı sahələrdə gerilədiyini araşdırmağa çalışaq.

Birinci sahə. ABŞ dolları tədricən dünyanın bir nömrəli rezerv valyutası olmaq statusunu itirir.


Məlum faktdır ki, Ağ Ev dollardan yalnızca maliyyə vasitəsi kimi deyil, həm də çox təsirli geopolitik silah kimi istifadə edir. Dövlətlərarası ödəmə vasitəsi olan SWİFT sistemi ABŞ-nin nəzarətindədir. Birləşmiş Ştatlar Ağ Evin diqtəsini qəbul etməyən istənilən dövləti bu sistemdən kənarlaşdıra bilir. Nəticədə həmin dövlət beynəlxalq ticarət sistemindən kənarda qalır və iqtisadiyyatı çökmə nöqtəsinə gəlir. ABŞ-nin SWİFT özbaşınalığı əksər dövlətlər üçün ciddi başağrısına çevrilib və xeyli sayda dövlət beynəlxalq ticarətlərini dollar sahəsindən çıxarmağa çalışırlar. Bu istiqamətdə çoxsaylı çalışmalar var və onlardan ən əhəmiyyətlisi BRİKS dövlətlər qrupunun yaradılmasıdır. Qısaca qeyd edək ki, bu qrupun yaradılmasının əsas qayəsi dünya ticarətini dollar asılılığından qurtarmaqdır.

İkinci sahə. ABŞ hegemoniyasının çöküşünü şərtləndirən ikinci faktor Qərb iqtisadi modelinin tədrici tənəzzülüdür.


Bu model yeni dünya iqtisadiyyatı ilə rəqabətə dözmür. ABŞ-nin iqtisadi alt yapısı çox köhnəlib, işçilik çox bahadır və ˝dünya jandarmının˝ hədsiz böyük xərclərini ödəmək üçün alınan vergilər yüksəkdir. Fəhləsini 4-5 min dollara çalışdıran “Ford” zavodu, fəhləsini 500 dollara çalışdıran Çinin BYD zavodu ilə rəqabətə dözə bilməz.

Üçüncü sahə. ABŞ-nin dünya hegemoniyasını təmin edən əsas faktorlardan biri dünya informasiya axını üzərindəki monopoliyası olub.


BBC, CNN, “Fox” və s. media holdinqlər bütün dünyada ictimai rəy formalaşdıran əsas mərkəzlər olublar. İndi isə informasiya üzərində monopoliya ABŞ-nin və bütövlükdə Qərbin əlindən çıxıb. Dünya ictimai rəyini artıq mediaholdinqlər deyil, sosial şəbəkələr yaradır. Bu fakt ABŞ və Qərb hegemoniyasını ideoloji əsasdan məhrum edib.

Dördüncü sahə. ABŞ-nin çox möhtəşəm hərbi qüdrəti də dünyanın ən güclüsü və ən təsirlisi olmaq statusunu itirməkdədir.


Hərbi paradiqmalar dəyişir. Ucuz və çoxsaylı hərbi vasitələr çox bahalı və böyük hərbi sistemləri üstələyir. İsrail müharibəsi bunu aydın şəkildə göstərdi. 100 dollarlıq raketi və ya dronu 100 min dollarlıq “Dəmir Qübbə”sistemi ilə vurub, çox böyük maliyyətə qələbə qazana bilməzsən. ABŞ-nin 5 milyardlıq təyyarədaşıyan gəmiləri, 150 milyonluq “F-35”-ləri primitiv silahlarlat’hcizolunmuş “Taliban”a, “husilər”ə, “Hizbullah”a qalib gələ bilmir. Nəticə ABŞ baxımından acınacaqlıdır. Hamını susdura biləcək hərbi gücə sahib deyilsənsə, deməli dünya hegemonu da deyilsən.

Beşinci sahə. ABŞ və bütövlükdə Qərb hər zaman demokratiya, insan haqları, söz azadlığı kimi dəyərləri əldə bayraq edərək dünyanın qalan hissəsi üzərində mənəvi üstünlük saxlaya bilib.


Dünya hegemoniyasının davamlı olması üçün mənəvi üstünlük olmazsa, olmazdır. Son bir neçə ildə isə ABŞ üzərində oturduğu dəyərlər sistemini öz əli ilə darmadağın edib. Ukrayna müharibəsindəki ikiüzlü oyunlar və İsrailin kütləvi qətllərinə verilən dəstək sonuncu maskaları da söküb atdı. Bütün dünyada ABŞ ədalətsizliyin və ikiüzlülüyün simvolu halına gəlib. Ədaləti və avtoriteti ləkələnmiş bir superdövlətin dünya lideri olaraq qalması müəmmalıdır.

Bütün yuxarıda deyilənləri və daha çoxunu heç şübhəsiz,Tramp və onu hakimiyyətə gətirənlər də təfsilatı ilə bilirlər. Trampın şüarlarına baxaq. ˝Öncə Amerika˝, ˝dollar çökür, Amerikanı kriptovalyuta cənnəti edək˝, ˝Suriyadan və başqa bölgələrdən əsgərlərimizi çıxaraq˝. Bu şüarlar daha çox diqqətin məhz Amerikanın içinə yönələcəyini göstərir.

“Öncə Amerika” ˝medalının˝ ikinci üzü dünyadan əlimizi çəkirik anlamına gəlir. Tramp və komandası bütün dünyaya öz iradələrini diqtə edə bilməyəcəklərini anlamış kimi görünürlər. Böyük güclərin çöküşü hər zaman böyük sarsıntılar və böyük müharibələrlə müşayət olunur. ABŞ-nin isə növbəti böyük müharibəyə girmək istəyi hiss olunmur.

Belə görünür ki, ABŞ isteblişmenti Trampla birgə Amerika hegemoniyasının sarsıntısız sonlanması senarisi üzərində baş sındırır. Öz hegemoniyasının çökməsini heç bir dövlət istəməz. Amma ˝real politik˝ adlı sərt qavram var. Dünyaya əvvəlki kimi hökm edə bilmirsənsə, ambisiyalarını imkanlarına uyğun ölçüdə kiçildəcəksən. Bunun əksi isə qanlı və sarsıntılı çöküşdür.  

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Noyabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri