Icma.az
close
up
RU
ABŞ əlində olan iqtisadi, hərbi, siyasi təzyiq mexanizmlərini Rusiyaya qarşı tam istifadə etmədi Deputat

ABŞ əlində olan iqtisadi, hərbi, siyasi təzyiq mexanizmlərini Rusiyaya qarşı tam istifadə etmədi Deputat

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əvvəlcədən aydın idi ki, Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyasının prezidentləri arasında keçirilən görüş nəticəsiz qalmağa məhkumdur. Çünki görüşdə  ortaq təmas nöqtələri tapmaq üçün şərtlər nə döyüş meydanında, nə də diplomatik masasında hələ formalaşmayıb".

Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Amerika Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirlən görüşdən danışarkən bildirdi.

"Bu görüşdə Putin vaxt tutmağı bacardı. Özünün davranışları ilə qalib olduğunu bütün dünyaya nümayiş etdirməyə çalışdı. Eyni zamanda bir daha müharibənin başlandığı 2022-ci il fevral ayının 24-də səsləndirdiyi fikirləri yenidən səsləndirməklə öz mövqeyindən bir addım da geri çəkilməyəcəyini bəyan etdi. Üstəlik, müharibə başlananda əgər məqsəd sadəcə Donbas üzərində nəzarəti əldə etmək idisə, bu gün daha iki region, yəni Luqanski, Donetskidən başqa, Zaporojiya və Xerson üzərində də böyük miqyasda Rusiyanın hərbçilərinin nəzarət imkanları var. Bu da azmış kimi, Xarkov vilayəti də, Sumi vilayətinin də bir hissəsini ruslar nəzarət etməyi bacarıblar. Bundan sonra Rusiya Federasiyasının prezidenti bəyan etmişdi ki, rus əsgərinin dəydiyi hər yer bizimdir".

Müsahibimiz qeyd etdi ki, belə olan halda görüş nəticəsiz qalacaqdı.

"Çox təəssüf ki, Amerika Birləşmiş Ştatları da əlində olan iqtisadi, hərbi, siyasi təzyiq mexanizmlərini Rusiyaya qarşı tam istifadə etmədi. Əksinə, Rusiyanın bəzi hərəkətlərinə bəraət qazandırmaqla Zelenskini, yəni işğala məruz qalan ölkənin prezidentini küncə sıxışdırdı. Bu şərtlərdə şübhəsiz ki, danışıqlar effekt verməyən şeydir. Əlbəttə ki, Zelenski də Rusiyada o görüşdə yenə nəticə əldə edə bilməyəcəkdi. Çünki Rusiya Federasiyasının tələbləri beynəlxalq hüquqa ziddir. Zelenski isə prezident olsa belə, öz ölkəsinin konstitusiyasını pozub ona zidd addım ata bilməz. Yəni torpaq güzəşti edə bilməz. Bu Zelenskinin intiharı olardı. Zelenski bunu dərk etdiyinə görə, Zelenski son damla qanına qədər mübarizə aparmağa məhkumdur. Nəticə etibarilə Ukrayna xalqı cəzalandıracaqdır. Ona görə də vəziyyət çox gərgindir. Zelenski isə heç olmasa formal olsa belə ərazi bütövlüyünün saxlanılması şərtləri ilə hər hansı bir sülhə razılıq verə bilər. Nəticə etibarilə Zelenski istəsə belə, Ukrayna torpaqlarının bir hissəsini Rusiyaya verib, üstəlik də onu Rusiyanın ərazisi kimi tanıya bilməz. Qətiyyən mümkün deyil və heç vaxt da mümkün olmayacaqdır. Vəziyyət bu qədər dramatik və gərgindir", - deyə Hikmət Babaoğlu əlavə etdi.

Aytəkin TOFİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Avqust 2025 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see372

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see223

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see217

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see200

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see192

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see184

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see179

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see176

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see173

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see151

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Hərbçilər və ədliyyə əməkdaşları üçün müavinət ödənişlərində YENİLİK VİDEO

04 Yanvar 2026 23:21see140

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see139

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see138

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see137

“Heç kimin tanımadığı bu gəncləri Azərbaycan futboluna qazandırmaq böyük fədakarlıqdır“

04 Yanvar 2026 22:01see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri