ABŞ Enerji Naziri: İranla müharibə bir neçə həftəyə bitəcək
Icma.az bildirir, Baku.ws portalına istinadən.
ABŞ Enerji Naziri Kris Rayt bildirib ki, ABŞ və İsrailin İranla müharibəsi yaxın həftələrdə sona çatacaq.
BAKU.WS xəbər verir ki, Rayt bu açıqlamasını ABC News-ə verdiyi müsahibədə səsləndirib və münaqişənin daha tez də başa çatmasının mümkünlüyünü əlavə edib.
Nazir həmçinin qeyd edib ki, amerikalılar yüksək benzin qiymətlərini bir neçə həftə daha hiss edə bilərlər, amma müharibə bitdikdən sonra rahatlama gözlənilir. Rayt İranı "qlobal enerji təchizatına ən böyük təhlükə" adlandırıb və Hürmüz Boğazının nəqliyyat üçün təhlükəsiz olmadığını vurğulayıb.
Xatırladaq ki, 28 fevralda başlayan ABŞ-İsrail əməliyyatları zamanı İran tərəfi də cavab tədbirləri görüb. Hücumlarda İranın dini lideri Ayətullah Əli Xamenei daxil olmaqla 1.200-dən çox insan həlak olub, 17 mindən çox yaralı var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 15 Mart 2026 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















