ABŞ Filippin və Tayvan arasındakı adalarda raket sistemləri yerləşdirəcək
Icma.az bildirir, Oxumeni.az saytına əsaslanaraq.
ABŞ Dəniz Piyadaları Korpusunun bölmələri qarşıdan gələn Balikatan təlimləri çərçivəsində ölkəni Tayvandan ayıran Luzon boğazının mərkəzindəki Filippinin Batan adalarında NMESIS gəmi əleyhinə raket sistemlərini yerləşdirəcək, Newsweek xəbər verir.
Təxminən 250 km enində olan Luzon boğazı Cənubi Çin dənizini Sakit Okeanla birləşdirir. Nəşr qeyd edir ki, bu, Çin donanmasının açıq okeana daxil olması üçün ən vacib qapılardan biridir.
Məlumata görə, aprelin 21-dən mayın 9-dək davam edəcək təlimdə mərkəzi Luzon boğazında yerləşən Batan arxipelaqındakı bir neçə adaya 185 km mənzilli bir neçə NMESİS gəmi əleyhinə raket kompleksləri, eləcə də Filippinin şimalında radar yerləşdiriləcək.
Bölgədə NMESIS sistemlərinin yerləşdirilməsi zərurət yaranarsa, gəmilərin Luzon boğazından keçməsinə nəzarətin qurulmasına imkan yaradır.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 19 Aprel 2025 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















