Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

“Qarabağ” pley offda!

“Qarabağ” pley offda!

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İlqar TAĞIYEV

Futbolun bəzəyi qoldur. İllah da o qol son saniyələrdə vurula və komandaya qələbə gətirə. Təkcə qələbə? “Qarabağ” dünən gecə daha bir tarixi zəfərə imza atdı. Komandamız oyunun gedişində həm də isveçrəli hakim Sandro Şörerin “köməyilə” hesabda geri düşsə də, yekunda oyunun əsas vaxtına əlavə edilmiş 4-cü dəqiqədə Bəhlul Mustafazadənin qolu ilə “Ayntraxt” üzərində 3:2 hesablı qələbə qazandı. Oyun haqqında uzun-uzadı yazmağı lazım bilmirəm. “Qarabağ” necə qalib gəldi, oyunda və oyun sonrası nələr baş verdi?.. Tarixdə nəticə qalır. Amma bu oyun da uzun müddət yaddaşlardan silinməyəcək.

Dünənki qələbə həm də bir ilk oldu. Artıq əminliklə demək olar ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində minimum vəzifənin öhdəsindən gəlib və pley-offa yüksəlib. Düzdür, bu, riyazi olaraq hələ təsdiqlənməyib. Amma son turda keçiriləcək oyunları analiz etməklə pley-offa indidən hazırlaşmaq olar. Hətta komandamız səfərdə “Liverpul”a, özü də böyük hesabla məğlub olsa belə.

Turnir cədvəlinə nəzər saldıqda “Qarabağ” 10 xalla 18-ci pillədə qərarlaşıb. Reqlamentə əsasən 36 komandalı Liqa mərhələsində ilk 8 komanda birbaşa 1/8 finala yüksəlir. 9-24-cü yerlərin sahibləri isə pley-offa vəsiqə qazanır ki, buradan da qalib 8 komanda mübarizəni 1/8 final mərhələsində davam etdirəcək. 25-36-cı yerdə qərarlaşanlar isə mövsümü başa vurmalı olacaqlar.

Şər deməsən, xeyir gəlməz. Hesab edək ki, “Qarabağ” son oyununda “Enfild Roud”da “Liverpul”a məğlub oldu. Bu halda komandamızın pley-offdan kənarda qalması üçün ondan aşağıda qərarlaşan və son turda xal ehtiyatını azı 10-a çatdırmaq ehtimalı olan bütün rəqiblərin qalib gəlməsi mütləqdir. Turnir cədvəlinə fikir versək, bu rəqiblər arasında ən az xalı olan 27-ci pillədəki “Brügge”dir - 7 xal. “Marsel”, “Bayer” və “Monako”nun 9, PSV, “Atletik”, “Olimpiakos”, “Napoli” və “Kopenhagen”in isə 8 xalı var. 28-ci yerdən aşağıdakı komandaların qələbəsinin əslində, “Qarabağ”a xeyiri dəyəcək. Bu komandalar qalib gələcəkləri təqdirdə belə xal ehtiyatı baxımından komandamıza çata bilmirlər. Üstəlik, qələbə sayəsində “Qarabağ”ı keçmək ehtimalı olan bəzi komandaları büdrədəcəklər.

Gələk əsas məsələyə. 9 rəqibdən hamısı “Qarabağ”ı keçə bilərmi? 8-ci turda bu 9 komandanın 2-si bir-biri ilə qarşılaşacaq. Yəni “Brügge” “Marsel”i qəbul edəcək. Bu isə o deməkdir ki, istənilən halda 1 rəqib sıradan çıxacaq. Pley-offa vəsiqəni təmin etmək üçün azı 24-cü pilləni tutmaq lazımdır. Bunun üçünsə daha 2 rəqibin xal ehtiyatını “Qarabağ”a çatdırmaması gərəkir. Bu, möcüzə nəticəsində mümkündür. Möcüzə baş verə bilərmi? Oyunları sadalayım, özünüz qərar verin.

20-ci yerin sahibi “Bayer” “Vilyareal”ı, 22-ci pillədəki PSV isə “Bavariya”nı qonaq edəcək. Yalnız bu cütlüklərdə meydan sahiblərinin qalib gəlməsi ehtimalı böyükdür. Çünki “Vilyareal” formada deyil, 7 oyuna cəmi 1 xal toplayıb. “Bavariya” isə 1/8 finala vəsiqəni təmin edib və meydana arxayın çıxa bilər. Digər rəqiblərimizdə isə vəziyyət fərqlidir. 21-ci pillədəki “Monako” “Yuventus”u qəbul edəcək. Turinlilərin özlərinə ilk “səkkizliy”ə düşmək üçün qələbə çox vacibdir. 23-cü yerdəki “Atletik” evdə “Sportinq”lə oynayacaq. “Sportinq” 10-cu yerdədir və 13 xalı var. Bu komanda da 1/8 finala vəsiqə üçün qələbə qazanmalıdır. “Olimpiakos” “Ayaks”la səfərdə qarşılaşacaq. “Ayaks”ın 6 xalı var və qələbə sayəsində pley-offa düşə bilər. “Napoli”nin rəqibi “Çelsi” olacaq. Hansı ki, xal itirəcəyi təqdirdə 8-ci yerdəki mövqeyini əldən verəcək və pley-offa düşəcək. Nəhayət, “Kopenhagen” “Barselona”nın qonağı olacaq ki, danimarkalıların bu rəqibdən xal alması inandırıcı deyil. Qısası, gərək “Bayer”, “Monako”, PSV, “Atletik”, “Olimpiakos”, “Napoli”, “Kopenhagen” – bunlardan azı 6-sı qalib gəlməlidir ki, “Qarabağ” pley-offdan kənarda qalsın. İnandırıcıdır?

Yeri gəlmişkən, Liqa mərhələsindəki digər türk klubumuz “Qalatasaray”ın da azarkeşlərini təbrik edirik. Riyazi hesablamaları kənara qoyub məntiqə inansaq, Türkiyə təmsilçisi də 10 xalla pley-offda iştirakını təmin edib. Son turda səfərdə “Mançester Siti”yə məğlub olsa belə. Üstəlik, pley-offda “Qarabağ”la “Qalatasaray”ın qarşılaşması ehtimalı az deyil. Bu isə başqa söhbətin mövzusudur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:305
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Yanvar 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri