Davos İqtisadi Forumu və Azərbaycanda su təhlükəsizliyinin dayanıqlığının artırılmasının maliyyə təminatının optimallaşdırılması məsələsi
Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Məlum olduğu kimi,ölkəmizin su təhlükəsizliyinin dayanıqlığının artırılması Azərbaycan üçün prioritet məsələlərdən biridir. Bu baxımdan bu ilin 12 yanvarında xüsusi prezident sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin məhdud su ehtiyatlarından maksimum səmərəli istifadə edilməsi prinsipi əsasında sistemli şəkildə həyata keçirilməsi,Bakı şəhəri və Abşeron yarımadasında su təhlükəsizliyinin dayanıqlığının artırılması;bu sahədə müasir tələblərə cavab verən idarəetmə sisteminin qurulması; əhalini, sənayeni, kənd təsərrüfatını keyfiyyətli və dayanıqlı su ilə təmin edilməsi; tullantı və yağış sularının yaratdığı problemlərin aradan qaldırılması, kanalizasiya sistemləri və tullantı sularının emal edilməsinin infrastruktur təminatının yaxşılaşdırılması;su anbarlarının potensialının artırılması,mövsüm gələndə suların yığılmasında və sonra il boyunca onlardan istifadə etmək imkanlarının genişləndirilməsində də mühüm rol oynayacaq.
Bununla yanaşı əhalinin içməli su,təsərrüfatların isə suvarma suyu ilə təminatını yaxşılaşdırmaqdan ötrü Şəki-Zaqatala regionuna aid olan şəhər və rayonlrda da zəruri işlər görülür.Belə ki,"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nın müzakirəsi zamanı bildirildiyi kimi, xüsusi prezident sərəncamına uyğun olaraq Qəbələ rayonunda 17,5 milyon kubmetr həcmində “Yengicə” su anbarının və Oğuz, Şəki rayonlarında 108 milyon kubmetr həcmində “Əlicançay” su anbarının tikintisi həyata keçirilir və 2027-ci ildə tamamlanması nəzərdə tutulur. “Yengicə” su anbarı Qəbələ rayonu üzrə 10 min hektar əkin sahəsinə xidmət edəcəkdir. “Əlicançay” su anbarı isə Şəki və Qax rayonları üzrə 30 min hektara yaxın əkin sahəsinə xidmət etməklə yanaşı, Şəki və Oğuz rayonları üzrə 28 yaşayış məntəqəsinin 49 min nəfərə yaxın əhalisini içməli su ilə təmin edəcəkdir.
Sözügedən Proqramda göstərilib ki, su təchizatı və tullantı sularının idarə olunması üzrə iri infrastruktur layihələrinin icrası yüksək maliyyə tutumu tələb etdiyindən, maliyyələşmə mənbələrinin məhdudluğu proqramın icrasına mənfi təsir göstərə bilər. Bu riskin neytrallaşdırılması məqsədilə dövlət büdcəsi ilə yanaşı, beynəlxalq maliyyə institutları ilə və donor təşkilatlarla əməkdaşlıq gücləndiriləcək, alternativ maliyyə mənbələri cəlb ediləcəkdir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası üçün tələb olunan maliyyə resurslarının ilkin olaraq dövlət-özəl əməkdaşlığı çərçivəsində, habelə beynəlxalq maliyyə institutlarının kredit və qrant mexanizmləri hesabına təmin olunması imkanları araşdırılacaqdır. Bu imkanlar mövcud olmadıqda,müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti icraçı dövlət orqanları üçün nəzərdə tutulmuş vəsait, büdcədənkənar mənbələr, eləcə də qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilməsi həyata keçiriləcəkdir.
Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyə tutumu kifayət qədər böyük olduğundan,onun həm daxili,həm də xarici maliyyə mənbələri hesabına optimal şəkildə şaxələndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bu kontekstdə Davos Dünya İqtisadi Forumunun 56-cı illik toplantısında iştirak edən Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşü diqqətçəkəndir.Azərbaycan Prezidenti Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti ilə görüşü zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olunub, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirilib. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edilib.Görüşdə Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr xüsusi yer tutub.
Bu məsələnin əlverişlı şərtlər çərçivəsində sistemli, şəffaflıq,hesabatlılıq,işlək və effektli nəzarət mexanizmi şəraitində həyata keçirilməsi, həm Bakıda,həm də qeyd etdiyimiz rayonlarda əhalinin və təsərrüfatların su təchizatının yaxşılaşdırılmasının maliyyə təminatının optimal variantda şaxələndirilməsində mühüm rol oynaya bilər.
Əli Məsimli, Milli Məclisin deputatı
Bu mövzuda digər xəbərlər:Davos Forumu iqtisadi rəqiblərin mehriban ortamıdır
20 Yanvar 2025 20:52
Davos İqtisadi Forumu: dividentlər və yeni fürsətlər
22 Yanvar 2025 23:37
Davos Forumu: Yeni dövrün siyasi iqtisadi reallıqları
17 Fevral 2025 10:27
Azərbaycan və Davos Forumu: iqtisadi amillər və siyasi prioritetlər
22 Yanvar 2025 11:10
Azərbaycan Davos İqtisadi Forumu üçün vacib tərəfdaşlardan biridir
24 Yanvar 2025 14:52
Baxış sayı:128
Bu xəbər 22 Yanvar 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















