Azərbaycan Kipr Dostluq Cəmiyyəti Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti ilə rəsmi görüş keçirib
Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin sədri, Kipr Heydər Əliyev adına Beynəlxalq Mədəniyyət Mərkəzinin direktoru Orxan Həsənoğlu cəmiyyətin idarə heyətinin bir qrup üzvü ilə birlikdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanı Prezident iqamətgahında ziyarət edib.
Görüş zamanı Orxan Həsənoğlu Prezident Tufan Erhürmanı yeni vəzifəsinin icrasına başlaması münasibətilə təbrik edib, 2012-ci ildən fəaliyyət göstərən Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin gördüyü işlər, həyata keçirdiyi layihələr və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, hazırda Şimali Kipr Türk Cümhuriyyətində iki minə yaxın azərbaycanlı yaşayır. Onların arasında tələbələrlə yanaşı, ali təhsil müəssisələrində çalışan elm adamları və mütəxəssislər də var. Bildirilib ki, 300-dən artıq azərbaycanlı bu ölkədə rəsmi qaydada sığortalı şəkildə çalışır və müxtəlif sahələrdə idarəedici vəzifələrdə fəaliyyət göstərən soydaşlarımız iki qardaş ölkə arasında əlaqələrin inkişafına mühüm töhfə verirlər.
Orxan Həsənoğlu Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin mədəniyyət, təhsil, ticarət və universitetlərarası əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirdiyini vurğulayıb. O, Prezident Tufan Erhürmanın gələcəkdə Azərbaycana rəsmi səfərinin təşkil olunması üçün müvafiq səylərin göstəriləcəyini də qeyd edib.
Prezident Tufan Erhürman Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin rəhbərliyinə və idarə heyətinə ziyarətə görə minnətdarlığını bildirib, Azərbaycan Respublikası ilə münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. O qeyd edib ki, qardaş Azərbaycanla əlaqələrin dərinləşdirilməsi Şimali Kipr Türk Cümhuriyyəti üçün xüsusi əhəmiyyət daşıyır və yaxın gələcəkdə Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə Kipr Mədəniyyət Günlərinin keçirilməsi planlaşdırılır.
Prezident həmçinin Şimali Kipr Türk Cümhuriyyətində yaşayan azərbaycanlıların daim diqqət mərkəzində olduğunu və gələcəkdə birgə layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirib.
Görüşdə Azərbaycan–Kipr Dostluq Cəmiyyətinin idarə heyətinin üzvləri, Şimali Kipr Türk Cümhuriyyətində fəaliyyət göstərən professor Rəcəb Rəcəbov, doktor Bəxdiyar Məmmədov və doktor Rəşad Məmmədov da çıxış edərək, elmi, mədəni və ictimai əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 22 Yanvar 2026 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















