ABŞ geri çəkilir, Kiyev hücuma keçir: Ukrayna Aİ dən Rusiyaya qarşı daha sərt sanksiyalar tələb edir
Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna Avropa İttifaqını Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə çağırır. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Hurriyyet.az xəbər verir ki, Kiyev ABŞ-ın sanksiyalar mövzusunda geri çəkildiyi bir vaxtda, xüsusilə enerji sektoruna yönəlmiş ikinci dərəcəli sanksiyaların tətbiqini tələb edir.
Təklif olunan tədbirlər arasında Rusiya neftinin alıcılarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi, Rusiyaya məxsus aktivlərin müsadirəsi, eləcə də Avropa texnologiyalarından istifadə edərək Rusiyaya xidmət göstərən xarici şirkətlərə qarşı məhdudiyyətlər yer alır.
"Reuters" qeyd edir ki, bu cür sanksiyalar Hindistan və Çin kimi Rusiyanın əsas neft idxalçılarını da hədəfə ala bilər. Bu isə qlobal enerji bazarına ciddi təsirlər göstərə və beynəlxalq ticarət münasibətlərində yeni gərginliklər yarada bilər.
Musavat.com
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 21 May 2025 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















