Icma.az
close
up
RU
ABŞ hərbi bazalarını gücləndirilir Çinə qarşı hazırlığa start verilib AzPolitika onlayn siyasiictimai qəzet

ABŞ hərbi bazalarını gücləndirilir Çinə qarşı hazırlığa start verilib AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ müxtəlif ölkələrdəki hərbi bazalarını gücləndirmək qərarını verib. Pentaqon ilk olaraq Yaponiya sahillərinə yaxın Marian adalarından başlayıb. Bu bazanın genişləndirilməsinə 800 milyon dollar xərclənəcək. Cəmi 3 mindən bir qədər çox əhalisi olan bu adalar onunla “məşhurdur” ki, ABŞ İkinci Dünya mühüribəsi zamanı 1944-cü ildə adanı yaponlardan təmizlədikdən bir il sonra məhz buradan havaya qalxan təyyarə Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombası atıb. Hərbi bazanın bu dəfəki hədəfi ABŞ-ın strateji müttəfiqi Yaponiya deyil, strateji rəqib Çindir.

Marian adaları ABŞ-ın Sakit okeanda üçüncü ən böyük hərbi bazasıdır. Digər ikisi Okinava və Quam adalarında yerləşib. ABŞ-ın bölgədə Cənubi Koreya və Sinqapurda da hərbi bazaları mövcuddur. Bölgə ölkələrindən Filippin də ABŞ-la hərbi müttəfiqliyi gücləndirib. Bu Filippinin Çinlə münasibətlərində gərginlik yaşamasıyla əlaqəlidir. Buna qarşı Çin də hərbi fəallığını artırıb. Çin Kambodjada hərbi-dəniz bazasının tikintisini sürətləndirib.

Marian adasının yerli qubernatoru ABŞ hərbi bazasının genişlənməsinə verdiyi icazəni belə izah edib ki, sülh şəraitində yaşamaq üçün müdafiəni gücləndirmək lazımdır. Çinin Marian adalarına iddiası yoxdur. Buna baxmayaraq, ABŞ adaların imkanlarından istifadə edərək Çinin bölgədəki hərbi gücünü neytrallaşdırmağa çalışır. Vaşinqton hesab edir ki, Çin Tayvan adasını güc yoluyla ələ keçirmək istəyərsə, qarşıdurma ətraf adaları da əhatə edəcək. 

ABŞ-ın yeni Prezidenti Donald Trampın Yaponiya sahillərinə yaxın adalarda hərbi bazaların genişləndirilməsinə münasibəti hələ bəlli deyil. Tramp Amerikanın xaricində pul xərcləməyin əleyhinədir. Ancaq Tramp və onun komandası eyni zamanda Pentaqonun planlarını əngəlləməklə Ağ Evlə Müdafiə Nazirliyi arasında gərginliyin formalaşmasını da istəmirlər. Yaponiya və Tayvan ABŞ-ın strateji müttəfiqləridir. Vaşinqton həm Yaponiyanı, həm də Tayvanı qorumaq məcburiyyətindədir. Tramp bu siyasətdən imtina etməsə də, həm Yaponiyanın, həm də Tayvanın müdafiə xərclərini artırmasını tələb edəcək. Əsas məqsəd ABŞ-ın xarici ölkələrdə müdafiə xərcləri yükünü azaltmaq olacaq.

Bu arada, ABŞ, Avstraliya və Yaponiyanın müdafiə nazirləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda Tayvan boğazı ətrafında sülh və sabitliyin qorunmasının vacibliyi vurğulanıb. Tayvan adası ətrafında artan gərginlik fonunda bu bəyanat Pekinə xəbərdarlıq kimi qiymətləndirilib.

“Atlas” Araşdırmalar Mərkəzi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 Noyabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri