ABŞ Həyat Təhrir əşŞam liderinin həbsinə görə təyin edilən 10 milyon dollar mükafatı ləğv edib
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
ABŞ hökuməti Suriyada Bəşər Əsəd rejiminə ən böyük müxalif qruplardan biri olan "Həyat Təhrir əş-Şam" lideri Əbu Məhəmməd əl-Culaninin həbsi üçün təyin edilən 10 milyon dollar mükafatı ləğv edib.
Oxu.Az bildirir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, bu barədə qərar amerikalı diplomatlar və "Həyat Təhrir əş-Şam" nümayəndələri arasında aparılan danışıqlardan sonra verilib.
Xatırladaq ki, dünən ABŞ Dövlət Departamentinin nümayəndələri Barbara Lif, girovlar üzrə xüsusi nümayəndə Rocer Karstens və baş məsləhətçi Daniel Rubinşteyn Dəməşqdə Suriyanın faktiki hökuməti kimi fəaliyyət göstərən "Həyat Təhrir əş-Şam" lideri Əhməd Əl Şaraa (Culani) ilə görüşüblər. ABŞ dövlət katibinin müavini Barbara Lif iki ölkə arasındakı danışıqları konstruktiv adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 22 Dekabr 2024 04:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















