Icma.az
close
up
RU
ABŞ ilə avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdır Kolbi

ABŞ ilə avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdır Kolbi

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ ilə avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdır, çünki Rusiya şəxsi heyətin sayını və hərbi iqtisadiyyatın səfərbərliyini artırmaqda davam edir.

"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu barədə Brüsseldə NATO-nun mənzil-qərargahında Ukrayna üzrə Təmas Qrupunun görüşündə ABŞ-nin müharibə nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib və əlavə edib ki, Ukrayna diqqətini Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməyə deyil, cəbhə xəttini qorumağa və Rusiyanın hərbi potensialını hədəfə almağa yönəltməlidir.

Vaşinqtonun qiymətləndirməsinə görə, Rusiyanın uzaqmənzilli hədəflərinə, o cümlədən mülki infrastrukturuna endirilən zərbələr müharibənin başa çatmasına kömək etmir.

Kolbi vurğulayıb ki, bu, Ukraynanı "əlləri bağlı" vəziyyətdə döyüşməyə məcbur etmək demək deyil. Onun sözlərinə görə, Amerikanın dəstəyi Ukrayna ordusunun cəbhə xəttini saxlamaq və mümkün olduqda irəliləyişə nail olmaq qabiliyyətinin gücləndirilməsinə yönəlməlidir.

"Bilavasitə cəbhə xəttinə yönəlmiş zərbələr və bu istiqamətdə fəaliyyət göstərən qüvvələrə birbaşa dəstək, şübhəsiz ki, bu yanaşmaya uyğundur. Eyni zamanda, döyüş əməliyyatlarının aparılmasını təmin edən Rusiya hərbi maşınına endirilən zərbələr də Rusiya ordusunun irəliləməsini ləngitməyə kömək edə bilər", - o qeyd edib.

Kiyev isə Rusiyanın neft emalı müəssisələrinə endirilən zərbələri onların Rusiya hərbi maşınının maliyyələşdirilməsində və yanacaqla təmin olunmasındakı rolu ilə əsaslandırır, həmçinin Rusiyanın Ukraynanın enerji infrastrukturuna davam edən hücumlarına diqqət çəkir.

Kolbi həmçinin bildirib ki, ABŞ və avropalı müttəfiqlər uzunsürən müharibəyə hazır olmalıdırlar, çünki Rusiya şəxsi heyətin sayını və hərbi iqtisadiyyatın səfərbərliyini artırmaqda davam edir. O, Avropa ölkələrini Ukrayna müdafiəsinin gələcək maliyyələşdirilməsi və kritik əhəmiyyətli sursatların, o cümlədən PURL təşəbbüsü vasitəsilə tədarükünün təmin edilməsi üçün əsas məuliyyəti öz üzərinə götürməyə çağırıb. Kolbinin sözlərinə görə, ABŞ "Jumpstart" proqramı vasitəsilə Ukrayna üçün Amerika silahlarının alınmasına kömək etməyə davam edəcək, lakin gələcəkdə Kiyevin dəstəklənməsi üzrə əsas yük Avropanın üzərinə düşməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 17 Noyabr 2026 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see395

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see271

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see262

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see262

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see258

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see256

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see255

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see253

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see252

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see240

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see234

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see232

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see231

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see230

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see230

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see229

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see229

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see228

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri