Icma.az
close
up
RU
“ABŞ ilə Azərbaycan arasında münasibətlər yeni strateji inkişaf mərhələsinə qədəm qoymaqdadır”

“ABŞ ilə Azərbaycan arasında münasibətlər yeni strateji inkişaf mərhələsinə qədəm qoymaqdadır”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Donald Trampın ikinci prezidentlik dövrü ABŞ ilə Azərbaycan arasında münasibətlərin yeni strateji inkişaf mərhələsinə qədəm qoyması ilə müşayiət olunmaqdadır. Eyni zamanda, bu inkişaf özünü Tramp tərəfindən cənab Prezident İlham Əliyevə göndərilən məktublarda da öz əksini tapır. Belə ki, Tramp hakimiyyətə gəldikdən sonra bir neçə dəfə İlham Əliyevə məktub göndərib. Bunlardan 2025-ci ilin əvvəlində tədbir zamanı ardıcıl göndərilən 2 məktub, 2025-ci ildə Novruz bayramı münasibətilə göndərilən təbrik məktubu, həmçinin 28 May Müstqəillik Günümüz münasibətilə göndərilən təbrik məktubunu qeyd etmək olar. Ardıcıl göndərilən bu məktubların hər birində Trampın cənab Prezident İlham Əliyev ilə münasibətlərdə, ümumiyyətlə, ABŞ ilə Azərbaycan münasibətlərin, xüsusilə təhlükəsizlik, enerji və iqtisadi əməkdaşlıq sahələrində inkişaf etdirilməsinə xüsusi vurğu etməsi qeyd oluna bilər”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında siyasi şərhçi Şəhla Cəlilzadə söyləyib.

Ş.Cəlilzadə qeyd edib ki, burada həmçinin Azərbaycanın Ermənistan Azərbaycan arasında, ümumiyyətlə, Cənubi Qafqazdakı sülh prosesində öncül roluna edilən vurğu da xüsusi qeyd edilə bilər: “Bu, onda öz əksini tapır ki, ABŞ Cənubi Qafqazda, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasındakı proseslərdə aparıcı qüvvə olaraq görünür və qlobal güc olan ABŞ tərəfindən bu cür də dərk edilir. Bütün bunların fonunda Azərbaycana inisiativ üstlənməsi vəzifəsi məhz Azərbaycanın üzərinə qoyulur. Eləcə də burada ABŞ-nin müxtəlif beyin mərkəzlərində fikirlər səsləndirilir ki, Azərbaycan ABŞ-nin Mərkəzi Asiya ilə əlaqələrinin inkişafında, təsis olunmasında bağlayıcı güc olaraq mühüm rol oynaya bilər və bunun üzərindən yeni dövrdə Azərbaycanla əməkdaşlıq xüsusilə dərinləşdirilməkdədir. Ümumiyyətlə, bu yeni ABŞ administrasiyasının Cənubi Qafqaz regionuna və Mərkəzi Asiya ilə əməkdaşlıq prioritetlərinə yeni baxış sərgiləməsi fonunda dəyərləndirilə bilər”.

Onun sözlərinə görə, burada eləcə də Azərbaycanın İsraillə olan münasibətləri fonunda Azərbaycanın İsrail və ABŞ arasında üçtərəfli əməkdaşlıq formatının inkişafı da bütün bunlarda təsiredici amil olaraq vurğulana bilər: “Ümumilikdə, Trampın yeni hakimiyyəti dövründə Azərbaycan ABŞ münasibətləri yeni vüsət alacaq və bu, xüsusilə Cənubi Qafqaz regionunda Azərbaycanın mövqeyinin daha da güclənməsi və qlobal müstəvidə ABŞ-nin Mərkəzi Asiyaya, eyni zamanda, Cənubi Qafqaz regionuna münasibətdə ölkəmizə yeni rollar verməsilə müşayiət olunacaq”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 30 May 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri