Icma.az
close
up
RU
ABŞ ilə İran nüvə proqramı ilə bağlı dialoqu bərpa edə bilər ŞƏRH

ABŞ ilə İran nüvə proqramı ilə bağlı dialoqu bərpa edə bilər ŞƏRH

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, İran ABŞ ilə nüvə danışıqlarından tamamilə imtina etməyib, lakin Vaşinqton qəbuledilməz tələblər irəli sürür.
"ABŞ ilə danışıqlara gedən yol hələ bağlanmayıb, lakin Vaşinqton yalnız sözdə danışıqların tərəfdarı kimi çıxış edir. Birləşmiş Ştatlar masaya oturmur və əsassız olaraq bunda İranı günahlandırır", - o bildirib.
Ə.Laricani qeyd edib ki, İran həqiqətən də rasional danışıqlara can atır. Lakin ABŞ-nin qəbuledilməz tələblər irəli sürməsi istənilən danışıqların uğursuz olmasına yol açır.
Əvvəl də dediyimiz kimi, iyunun 13-də İsraillə İran arasında müharibə başlayana qədər Tehranla Vaşinqton arasında nüvə proqramına dair müzakirələr gedirdi. Bu müzakirələr nəticəyönümlü idi. İsrail həm də buna görə İrana hücum etdi. Beləliklə,  nüvə proqramına dair müzakirələr də dayandı, ABŞ- İran münasibətləri kəskinləşdi.


İsrail ABŞ ilə İranın nüvə proqramı ilə bağlı razılığa gəlməsini istəmir. Əksinə, Təl- Əviv mümkün qədər çalışır ki, Tehranla Vaşinqton arasında münasibətlər gərgin olaraq qalsın. Yəqin ki, İsrail bu istiqamətdə səylərini gələcəkdə də davam etdirəcək. Ancaq bu gərginlik nə İrana, nə də ABŞ-a sərf edir. Əksinə, tərəflər razılıq əldə etməyə meyillidirlər.
Xüsusilə nəzərə almaq lazımdır ki, İran ABŞ- yə həm də ərəb dünyası ilə əlaqələr üçün lazımdır. Elə buna görə də Vaşinqton nüvə proqramı ilə bağlı məsələnin diplomatik yolla həllinə üstünlük verir. 
Fikrimcə, Əli Laricaninin səsləndirdikləri fikirlər daha çox “masaya daha yaxşı kartlarla” getməyə hesablanıb. Yəni Tehran və Vaşinqton “masaya oturacaqlar”.
Qarşıdakı dövrdə tərəflərin bununla bağlı səylərinin şahidi ola bilərik. Yəqin ki, nüvə proqramı ilə bağlı danışıqlar yenidən bərpa olunacaq. Hərçənd İsrail yenidən bu prosesə mane olmağa çalışacaq. Bununla əlaqədər olaraq İsrailin yenidən İrana hücum etməsi istisna olunmur. 
Siyasi şərhçi Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://sitat.info
archiveBu xəbər 03 Sentyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri