ABŞ ilə Ukrayna arasında vacib sənəd gələn həftə imzalana bilər
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ və Ukrayna nadir torpaq metalları üzrə əməkdaşlıq razılaşmasını gələn həftə imzalaya bilərlər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ABŞ-nin maliyyə naziri Skott Bessent "Fox News" telekanalının efirində məlumat verib.
Maliyyə Nazirliyinin rəhbəri bildirib ki, Vaşinqton iqtisadi tərəfdaşlığa dair tamamlanmış sənədi Kiyevə təhvil verib və hazırda Ukrayna tərəfi onu nəzərdən keçirir.
"Biz tam şəkildə danışıqlara başlamağa və bəlkə də gələn həftə onu imzalamağa ümid edirik", - deyə Bessent nəzərə çatdırıb.
O qeyd edib ki, razılaşma əvvəlcə dörd səhifəlik sənəddən ibarət olub, lakin danışıqlarda fasilə nəzərə alınaraq genişləndirilib.
Bu mövzuda digər xəbərlər:ABŞ ilə Ukrayna arasında resurs müqaviləsi bu həftə imzalana bilər
10 Mart 2025 18:27
Vitkoff: Bu həftə ABŞ və Ukrayna arasında saziş imzalana bilər
10 Mart 2025 21:02
Ukrayna XİN: “Saziş gələn həftə imzalana bilər” VİDEO
07 Mart 2025 17:40
Ukrayna ilə resurs müqaviləsi bu həftə imzalana bilər
16 Aprel 2025 10:53
Baxış sayı:69
Bu xəbər 27 Mart 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















