Icma.az
close
up
RU
ABŞ ın Azərbaycandakı səfirliyinin nümayəndələri AZƏRTAC da olublar

ABŞ ın Azərbaycandakı səfirliyinin nümayəndələri AZƏRTAC da olublar

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Sentyabrın 12-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Maykl Xaket, mətbuat katibi Entoni Din Trenkina, ictimaiyyət və mətbuatla əlaqələr üzrə mütəxəssisi Vüqar Əbdüsəlimov AZƏRTAC-da olublar.

Qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın müxtəlif tədbirlərdə iştirakını əks etdirən fotostendlərə, həmçinin AZƏRTAC-ın müxtəlif dövrlərdə istifadə etdiyi texniki avadanlıqlardan ibarət eksponatlara baxıblar.

Sonra qonaqlarla görüşdə AZƏRTAC-ın fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, bu il Azərbaycan milli mətbuatının 150, AZƏRTAC-ın isə 105 illik yubileyləri qeyd olunub. Diqqətə çatdırılıb ki, hazırda AZƏRTAC dünyanın müxtəlif ölkələrinin 50-dən çox informasiya agentliyi ilə tərəfdaşlıq əlaqələri qurub. Agentliyin dünyanın bir çox ölkələrində, o cümlədən ABŞ-da müxbir məntəqəsi fəaliyyət göstərir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Maykl Xaket görüşə görə təşəkkür edərək deyib ki, AZƏRTAC-ın peşəkarlığı yaxından izlənilir və agentliyin Azərbaycan mətbuatındakı rolu məmnunluq doğurur.

AZƏRTAC-ın redaksiyaları ilə tanış olan səfirlik nümayəndələrinə məlumat verilib ki, gün ərzində Agentliyin informasiya resurslarında Azərbaycan, rus, ingilis, alman, fransız, ərəb, Çin və ispan dillərində xəbərlər dərc edilir, foto və videomateriallar yerləşdirilir.

Qonaqlar AZƏRTAC-ın şəhid jurnalisti Məhərrəm İbrahimovun barelyefi ilə tanış olublar. Onlara şəhid həmkarımızın həyat yolu və fəaliyyəti barədə ətraflı məlumat verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri