Icma.az
close
up
RU
ABŞ ın çoxvektorlu Qafqaz planı, Zəngəzur düyünü: Bu region yeni dünya düzəninin mərkəzinə çevrilir

ABŞ ın çoxvektorlu Qafqaz planı, Zəngəzur düyünü: Bu region yeni dünya düzəninin mərkəzinə çevrilir

Icma.az bildirir, Olke.az portalına istinadən.

Zəngəzur dəhlizi (Tramp marşrutu) yalnız Azərbaycan və Ermənistan deyil, ümumiyyətlə, bütün region üçün yeni geopolitik və geostrateji düzən vəd edir... ABŞ bu layihə ilə Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışarkən, Rusiya öz təsir dairəsini qorumaq üçün müxtəlif əngəlləyici alətləri aktivləşdirir...

Cənubi Qafqazda qlobal geoiqtisadi layihənin icrasına başlanılıb. Bu geoiqtisadi layihən regional situasiyanın tamamilə dəyişməsinə yol aça biləcək qədər strateji əhəmiyyətə malikdir. Çünki Cənubi Qafqaz uğrunda mübarizədə əsas qarşıdurma faktorları məhz Zəngəzur dəhlizi üzərində indeksləşdirilib. Və bu baxımdan, yaxın aylarda region uğrunda mübarizənin daha da amansız məzmun ala biləcəyi qətiyyən istisna deyil.

Onu da qeyd etmək lazımdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq rəsmən bəyan edib ki, rəsmi İrəvan ABŞ ilə Azərbaycanın qərb rayonlarını Naxçıvan ilə birləşdirəcək yeni nəqliyyat-kommunikasya layihəsinin — «Tramp marşrutu»nun (Zəngəzur dəhlizi) inşası barədə müzakirələrə başlayıb. Erməni baş nazirin sözlərinə görə, bu layihənin icrası ilə bağlı proses ilkin mərhələdə ikitərəfli formatda irəliləyir. Və sonrakı mərhələdə bu layihəyə daha çox tərəfdaşın cəlb edilə biləcəyi də qətiyyən istisna deyil.

Maraqlıdır ki, Ermənistan baş nazirinin bu açıqlaması regionda maraqları olan böyük güclər arasında ciddi rezonans doğurub. Çünki ondan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də BMT Baş Assambleyasında çıxışı zamanı TRIPP-in «maneəsiz keçidi təmin edəcəyini» vurğulamışdı və Cənubi Qafqazda yeni siyasi kurs yürüdən ABŞ-ın "907-ci düzəlişə" Bayden administrasiyası dövründə olduğundan daha fərqli münasibətini “tarixi addım” kimi qiymətləndirmişdi. Və bu iki yanaşmanın Zəngəzur dəhlizinin açılmasına münasibətdə təxminən oxşar olması Cənubi Qafqazın yeni geopolitik mərhələyə keçid etmək ərəfəsində olduğunu göstərir.

Məsələ ondadır ki, Zəngəzur dəhlizi reallaşacağı təqdirdə, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı xarakter daşıyacağı qətiyyən şübhə doğurmur. Ona görə də, Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesin Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına yönəlik fəaliyyətə paralellik təşkil etdiyi inkaredilməz reallıqdır. Və Zəngəzur dəhlizinin açılmasınında maraqlı olmayan xarici güclər indi buna əngəl olmaq üçün ilk növbədə regional sülh prosesini pozmağa cəhd göstərirlər.

Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyevdən sonra Ermənistan baş naziri Nikol Paşinyan da BMT tribunasından iki ölkə arasında sülhün artıq təmin olunduğunu açıqladı və bunu ABŞ lideri Donald Trampın dəstəyi ilə əlaqələndirdi. Onun sözlərinə görə, TRIPP biznes modeli əsasında qurulacaq, Türkiyə ilə sərhədin açılması isə layihənin davamlılığı üçün zəruridir. Və daha sonra erməni baş nazir bu layihə ilə bağlı danışıqların artıq başladığını, ancaq konkret razılaşmaların hələ olmadığını da bildirdi.

Digər tərəfdən, Avropa Şurası Parlament Assambleyasında çıxışında da baş nazir Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün məhz Ağ Evdə «bir ay iyirmi iki gün əvvəl əldə edildiyini» vurğulayıb. Eyni zamanda, erməni baş nazir həmçinin Ermənistanda konstitusiya dəyişikliklərinin labüdlüyünü də bəyan edib. Və bunun sülh prosesini ləngitmədiyini, əksinə daha da sürətləndirdiyini dilə gətirib.

Təbii ki, bütün bunlar Cənubi Qafqazda ənənəvi mövqelərini bərpa etməyə can atan Rusiyanın potensial reaksiya ehtimalını da nəzərə almaq məcburiyyəti yaradır. Çünki Zəngəzur dəhlizinin geostrateji əhatə dairəsi Rusiyanı ciddi şəkildə narahat etməyə bilməz. Rusiya uzun illərdir ki, Ermənistanın iqtisadi, nəqliyyat və təhlükəsizlik infrastrukturunda mühüm rol oynayır. TRIPP-in məhz ABŞ və Avropa Birliyinin tərəfdaşlığı ilə qurulması isə Rusiyanın yalnız Ermənistanda deyil, ümumiyyətlə, Cənubi Qafqazda geopolitik təsirini ciddi şəkildə zəiflədə bilər.

Ona görə də, Kreml Ermənistanda Rusiyanin iqtisadi təsirini qorumaqda maraqlıdır. Ermənistanın dəmir yolları və gömrük sistemlərində Rusiya operatorlarının iştirakı, həmçinin Avrasiya İqtisadi İttifaqı çərçivəsində tənzimləyici mexanizmlər Kreml üçün hazırda əsas strateji təsir alətləridir. Və Kremlin son mesajlarından belə anlaşılır ki, əgər, Zəngəzur dəhlizi Rusiyanın bu təsir alətlərindən yan keçərsə, onda Kreml sərt mövqe tuta bilər.

İkincisi, bu prosesdə hərbi-strateji maraqlar da böyük önəm daşıyır. Belə ki, Cənubi Qafqazda ABŞ-ın təşəbbüsü ilə açılacaq Zəngəzur dəhlizi Rusiyanın regiondakı mövqeyini zəiflədərsə, Kreml buna Ermənistandakı sərhəd qüvvələrinin yerləşdirilməsi, hərbi təlimlərin intensivləşdirilməsi və ya sərt bəyanatlarla reaksiya verə bilər. Üçüncüsü, Ermənistan daxilində Paşinyan hakimiyyətinə qarşı müxalifətin və erməni kilsəsinin aktivləşməsi Rusiyanın təzyiq rıçaqları üçün geniş imkanlar yaradır. Və bütün bunlara paralel olaraq, Ermənistanın Rusiyadan enerji asılılığı, ticarət kanalları və informasiya müharibəsi də Kremlin ənənəvi alətləri sırasına daxildir.

Göründüyü kimi, "Tramp marşrutu" (Zəngəzur dəhlizi) yalnız Azərbaycan və Ermənistan deyil, ümumiyyətlə, bütün region üçün yeni geopolitik düzən vəd edir. ABŞ bu layihə ilə Cənubi Qafqazda mövqeyini gücləndirməyə çalışarkən, Rusiya öz təsir dairəsini qorumaq üçün müxtəlif alətlərə əl atmağa çalışa bilər. Ən real ssenarilərdən biri açıq qarşıdurma yox, Rusiyanın texniki və siyasi təzyiqlərlə layihənin icrasını gecikdirməyə çalışması ola bilər. Bu proses Ermənistan daxilindəki siyasi mübarizə ilə sıx şəkildə əlaqəlidir və Paşinyan hakimiyyətinin manevr imkanlarını məhdudlaşdırır.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://olke.az
archiveBu xəbər 30 Sentyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see225

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see214

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see191

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see189

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see188

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see163

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see159

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see157

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see146

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see145

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see141

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see139

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see138

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see137

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see137

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see136

Putin Ermənistan Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi Tramp

30 Dekabr 2025 00:44see133

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri