ABŞ ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qəza baş verib, 4 hərbçi yaralanıb
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki pilotu “Dwight D. Eisenhower” atom aviadaşıyıcısına eniş zamanı katapult edib.
"Associated Press" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, hadisə sentyabrın 28-də Virciniya sahilləri yaxınlığında təyyarənin enişi zamanı baş verib. İki pilotun təyyarənin göyərtəyə enişi zamanı təhlükəsizlik sistemi vasitəsilə təyyarədən katapult olunub və axtarış-xilasetmə qrupları tərəfindən xilas edilərək gəmiyə qaytarılıb.
Hər iki hərbçi hazırda tibbi müayinədən keçirilir.
Hadisə zamanı aviadaşıyıcının göyərtəsində olan 4 hərbçi də xəsarət alıb.
ABŞ Hərbi Dəniz Qüvvələri hadisəni qəza kimi qiymətləndirib. Təyyarənin hansı tipə aid olduğu və qəzanın səbəbi hələlik açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 29 Sentyabr 2026 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















