ABŞ aviadaşıyıcısında qəza: Hərbçilər yaralanıb
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Hərbi Dəniz Qüvvələrinin iki pilotu “Dwight D. Eisenhower” atom aviadaşıyıcısına eniş zamanı təyyarədən katapult edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Hadisə sentyabrın 28-də Virciniya sahilləri yaxınlığında baş verib. Təyyarənin aviadaşıyıcının göyərtəsinə enişi zamanı iki pilot təhlükəsizlik sistemi vasitəsilə katapult olunub. Onlar axtarış-xilasetmə qrupları tərəfindən sudan çıxarılaraq gəmiyə qaytarılıblar.
Hər iki pilot hazırda tibbi müayinədən keçirilir. Hadisə zamanı aviadaşıyıcının göyərtəsində olan daha 4 hərbçi də xəsarət alıb.
ABŞ Hərbi Dəniz Qüvvələri hadisəni qəza kimi qiymətləndirib. Təyyarənin modeli və qəzanın başvermə səbəbləri ilə bağlı hələlik açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 29 Sentyabr 2026 22:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















