Icma.az
close
up
RU
ABŞ ın genişmiqyaslı müharibəyə ciddi hazırlıqları müşahidə edilir, İran diplomatik yollar axtarır

ABŞ ın genişmiqyaslı müharibəyə ciddi hazırlıqları müşahidə edilir, İran diplomatik yollar axtarır

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

“İran rejimi çalışır ki, hədələrlə çıxış etsin və desin ki, "mən ABŞ-ın və həmçinin onun hərbi bazalarını hansı ölkədə olmasından asılı olmayaraq raket zərbələri altına sala bilər, onu hədəfə çevirə bilərəm". Bizim də bölgədə olan kifayət qədər qüvvələrimiz bu prosesdə bizə yardımçı ola bilərlər. Artıq rejim bu faktı çox da gündəmə gətirə bilməyəcək. Xüsusilə onlardan İsrail dövlətinə qarşı istifadə etmək məqsədi daşıyırdısa, artıq bu kartı da onun əlindən almış oldular”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, ABŞ-ın İranla genişmiqyaslı müharibəyə ciddi hazırlıqları müşahidə edilir: “ABŞ bununla bağlı çox ciddi hazırlıq işləri həyata keçirir və dünyada bütün dövlətləri də buna inandırıb ki, əgər İran adlanan ölkə ABŞ-ın istəklərinə baş əyməsə, onu ciddi cəzalar gözləyir”.

Sadiq İsabəyli

Siyasi şərhçi hesab edir ki, bu məsələdə Amerika güzəştə getməyəcək və İran yenə də çalışacaq ki, müxtəlif diplomatik yollardan istifadə edib, növbəti proseslərə qədər zaman qazansın.

“Son 3-4 ili birtəhər başa vurub, ondan sonra da işlərini yola qoymağı düşünürlər. Tramp artıq ciddi şərtlər irəli sürüb və o şərtlərin də əsasında İranın ümumiyyətlə nüvə proqramlarında irəliləyişi və nüvə bombasının hazırlanması məsələsinin tamamilə dayandırılması, onların təhvil verilməsi, uzunmənzilli raketlərin istehsalının dayandırılması tələb edilir. Deyilənlərə görə artıq İran 200 km məsafədən uzaq olan raketlərin istehsalına başlaya bilməz. Bu gün İran iddia edir ki, 2500 km məsafəyə ata biləcək raketləri var və onun məsafələrini də artırmaq imkanları var. Təbii ki, bunlar dayandırılmalıdır. Eyni halda da regional terror təşkilatlanmasının dayandırılması məsələsidir”-deyən Sadiq İsabəyli qeyd edib ki, terror qruplaşmaları artıq ciddi şəkildə zərərsizləşdirilir.

“Həm “Husilər”in hərbi bazalarını və rəhbərlik orqanında olan şəxsləri, həm də onların silah anbarlarının hamısını bir neçə həftədir ki, ABŞ bombalayır. Digər tərəfdən Livanda Hizbullahın, eləcə də Hamas və İslami Cihadın Qəzzadakı fəaliyyətinin zəiflədilməsi və eyni halda da Suriyada Bəşər Əsədin ətrafına toplanmış silahlı terror fəaliyyəti ilə bağlı məsələlər öz həllini tapdı. Bilirsiniz ki, İran rejimi orada çox ciddi fəaliyyətdə idi. Bu gün demək olar ki, İranın əlində əvvəlki kimi təşkilatlanma kartı yoxdur və digər tərəfdən də İraqda da bu proseslər davam edir”-deyən Sadiq İsabəyli hesab edir ki, İran dirəniş göstərsə, İrana qarşı geniş miqyaslı müharibə qaçılmaz olacaq.

“Bu proses elə bir şəkildə olacaq ki, İran rejiminin təhdid etdiyi imkanları əlində olmayacaq. Çox ciddi proseslər gedəcək”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri