Icma.az
close
up
RU
ABŞ ın İrana qarşı hərbi əməliyyatı bir neçə həftə davam edə bilər FT

ABŞ ın İrana qarşı hərbi əməliyyatı bir neçə həftə davam edə bilər FT

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ ordusu Yaxın Şərqdə İrana qarşı bir neçə həftə davam edən hava kampaniyası aparmaq üçün kifayət qədər qüvvə toplayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Financial Times" (FT) keçmiş Pentaqon rəsmilərinin qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Onların fikrincə, ABŞ qoşunlarının toplanmasının miqyası və sürəti "İrana hücum ehtimalını getdikcə artırır". Analitiklər ABŞ prezidenti Donald Trampın İranla nüvə sazişinə çatmaq üçün "maksimum 15 gün" verən xəbərdarlığına işarə edirlər.

Vaşinqtonda yerləşən Yeni Amerika Təhlükəsizliyi Mərkəzinin (CNAS) hərbi strategiya üzrə eksperti Bekki Vasserin sözlərinə görə, ABŞ "Trampın Amerikanın sonsuz müharibələrinə, xüsusən də Yaxın Şərqdə son qoymaq vədinə baxmayaraq, daha uzun müddət münaqişədə" ola bilər.

"The Wall Street Journal" qəzetinin əvvəllər mənbələrə istinadən verdiyi məlumata görə, ABŞ Tehranı nüvə sazişi üçün əlverişli şərtləri qəbul etməyə təşviq etmək və eyni zamanda tammiqyaslı hücumdan yayınmaq üçün İranın hərbi və hökumət obyektlərinə məhdud hücum etməyi düşünür. Mənbələrə görə, belə bir zərbə bir neçə gün ərzində həyata keçirilə bilər. CBS bildirir ki, əməliyyat 21 fevralda başlaya bilər.

17 fevralda Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ-İran nüvə danışıqlarının ikinci mərhələsi baş tutdu. İran Xarici İşlər Nazirliyi gələcək sazişin layihəsinə daxil edilə biləcək bir sıra məsələlərdə qarşılıqlı anlaşma olduğunu bildirdi. Vaşinqton məsləhətləşmələrin yaxşı keçdiyini, lakin Tehranın hələ Ağ Ev tərəfindən irəli sürülən bir sıra mövqeləri qəbul etməyə hazır olmadığını bildirdi.

Əvvəllər ABŞ və İsrail İranın təkcə nüvə proqramından deyil, həm də ballistik raket istehsalından və Yaxın Şərqdə İranpərəst qüvvələrə dəstəyindən imtina etməsində israr edirdilər.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 20 Fevral 2026 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see383

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see360

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see348

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see304

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see288

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see270

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see259

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see258

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see255

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see250

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see236

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see235

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see235

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see228

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see223

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see221

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see203

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see203

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see200

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri