Icma.az
close
up
RU
ABŞ ın Milli Təhlükəsizlik Strategiyasında Cənubi Qafqaz niyə unudulub? Pentaqon nəşrindən sərt suallar

ABŞ ın Milli Təhlükəsizlik Strategiyasında Cənubi Qafqaz niyə unudulub? Pentaqon nəşrindən sərt suallar

Icma.az, Olke.az saytına istinadən bildirir.

Pentaqonun rəsmi nəşri olan “Stars and Stripes” qəzetində ABŞ Xarici Siyasət Araşdırmaları İnstitutunun (FPRI) baş elmi əməkdaşı, tanınmış amerikalı analitik Stiven Blankın ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasına (NSS) həsr olunmuş məqaləsi dərc edilib.


"Ölkə.az" xəbər verir ki, müəllif sənəddə Cənubi Qafqaz və Mərkəzi Asiyanın ümumiyyətlə yer almamasını Vaşinqton üçün ciddi strateji boşluq kimi qiymətləndirir.

Blank yazır ki, yeni Milli Təhlükəsizlik Strategiyası artıq həm ekspert dairələrində, həm də siyasi müzakirələrdə ciddi suallar doğurub. Onun əsas diqqət çəkdiyi məqam isə ABŞ-ın son illər regionda aktiv diplomatik və təhlükəsizlik təşəbbüslərinə baxmayaraq, Cənubi Qafqaz və Mərkəzi Asiyanın sənəddə tamamilə kənarda qalmasıdır. Analitikin fikrincə, bu yanaşma xüsusilə Donald Tramp administrasiyasının bölgədə atdığı addımlar fonunda ziddiyyətli və izaholunmaz görünür.

Məqalədə qeyd olunur ki, Tramp administrasiyası Bakı ilə İrəvan arasında münasibətlərin yaxınlaşması istiqamətində müəyyən irəliləyişlər əldə edib, həmçinin “TRIPP” təşəbbüsü vasitəsilə regionda uzunmüddətli Amerika mövcudluğu üçün mexanizmlər formalaşdırıb. Buna baxmayaraq, nə Cənubi Qafqaz, nə də TRIPP layihəsi Milli Təhlükəsizlik Strategiyasında ayrıca və ya sistemli kontekst kimi təqdim olunub.

Stiven Blank vurğulayır ki, bu regionların NSS-dən kənarda saxlanılması onların strateji, geosiyasi və resurs baxımından artan əhəmiyyəti nəzərə alındıqda xüsusilə anlaşılmazdır. Onun sözlərinə görə, Cənubi Qafqaz və Mərkəzi Asiya ABŞ müdafiə sənayesi üçün kritik əhəmiyyət daşıyan nadir torpaq elementlərinə çıxış imkanları baxımından mühüm mövqedə yerləşir və bu faktor Vaşinqtonun uzunmüddətli planlamasında əsas yer tutmalıdır.

Ekspert hesab edir ki, ABŞ C6 formatı çərçivəsində regional əməkdaşlığı daha fəal şəkildə təşviq etməli, təhlükəsizlik, infrastruktur və iqtisadiyyat sahələrində proseslərə birbaşa cəlb olunmalıdır. Bu yanaşma həm regionda sabitliyin möhkəmlənməsinə töhfə verə, həm də Amerika biznesi üçün yeni və strateji imkanlar aça bilər.

Məqalədə xüsusi olaraq vurğulanır ki, Cənubi Qafqaz Milli Təhlükəsizlik Strategiyasında hətta TRIPP kontekstində belə xatırlanmır. Halbuki Zəngəzur üzərindən keçən və Çinlə Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ticarət marşrutu qlobal logistika, enerji təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizləri baxımından mühüm əhəmiyyət daşıyır.

Blank yazır ki, ABŞ Ermənistanın Rusiyadan asılılığının azaldılmasına dəstək göstərə bilər və bunu edərkən Azərbaycanla münasibətləri korlamadan balanslı siyasət yürütmək mümkündür. Müəllif Bakının regionda ciddi siyasi və iqtisadi çəkiyə malik olduğunu, eyni zamanda Vaşinqtonla əməkdaşlığa açıq və praqmatik mövqe sərgilədiyini xüsusi qeyd edir.

Məqalənin sonunda analitik bildirir ki, Milli Təhlükəsizlik Strategiyasında bu cür boşluqlar ciddi strateji səhvdir və ABŞ-ın rəqibləri tərəfindən asanlıqla istifadə oluna bilər. Onun fikrincə, beynəlxalq siyasətdə bəzən yanlış hesablamaların nəticələri açıq cinayətlərdən belə daha ağır və uzunmüddətli olur.

Stiven Blank eyni zamanda C5+1 sammitinə, bu formatın Azərbaycan da daxil olmaqla genişləndirilməsi ehtimalına, eləcə də ABŞ-ın Qazaxıstan və Özbəkistanla imzaladığı iri həcmli sazişlərə diqqət çəkərək, Vaşinqtonun faktiki regional siyasəti ilə rəsmi strateji sənədləri arasında ciddi uyğunsuzluğun mövcud olduğunu vurğulayır.(Musavat.com)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Dekabr 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see635

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see270

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see244

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see227

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see218

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see204

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see196

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see191

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see181

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see177

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see175

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see162

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see158

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see155

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see148

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see144

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see142

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see140

Türkiyənin Ticarət Nazirliyi: Hindistandan idxal rüsumlarının azaldılması planlaşdırılmır

01 Fevral 2026 04:41see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri