Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Serialdakı Arda illər sonra (Foto)

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

ABŞ ın milli təhlükəsizlik prioriteti

ABŞ ın milli təhlükəsizlik prioriteti

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Qrenlandiya planı NATO-da gərginlik yaradır

ABŞ milli təhlükəsizlik səbəbləri ilə Qrenlandiya üzərində nəzarəti əldə etməklə bağlı planını həyata keçirməkdə israrlıdır.  Əhalisi cəmi 57 min nəfər olan, dünyanın ən böyük adası sayılan Qrenlandiya NATO-nun müstəqil üzvü deyil, lakin Danimarkanın Qərb alyansındakı üzvlüyü çərçivəsində müdafiə olunur. Avropa ilə Şimali Amerika arasında strateji mövqedə yerləşən ada onilliklərdir ABŞ-ın raketdən müdafiə sistemi üçün mühüm əhəmiyyət kəsb edir. Onun zəngin mineral ehtiyatları da Vaşinqtonun Çindən asılılığı azaltmaq məqsədləri ilə üst-üstə düşür. Donald Tramp dəfələrlə Rusiya və Çinə məxsus gəmilərin Qrenlandiya ətrafındakı sularda patrul apardığını bildirib, lakin Danimarka bu iddiaları təkzib edib.  Kopenhagen Rusiya və Çinin Qrenlandiyanı hədəfə almaq cəhdləri ilə bağlı iddiaları rədd edir.

Vaşinqtonun rəsmi mövqeyi ...

Qeyd edək ki, Donald Tramp hələ yeni prezident seçildiyi dövrdə Qrenlandiyanın ABŞ-a birləşməli olduğunu bildirmişdi. O, adanın ABŞ-ın hərbi strategiyası üçün mühüm əhəmiyyət daşıdığını deyir və Danimarkanı müdafiə üçün yetərli tədbirlər görməməkdə günahlandırır. ABŞ lideri  ötən ilin may ayında “NBC News” telekanalına müsahibəsində Qrenlandiya məsələsinin həlli üçün güc tətbiqini istisna etməmişdi. Cari il yanvarın 6-da isə Ağ Ev yazılı açıqlamasında Qrenlandiya ilə bağlı planları şərh edərkən hərbi güc tətbiqinin həmişə Ali Baş Komandanın ixtiyarında olduğunu vurğulayıb. Belə ki, Ağ Evin mətbuat katibi Kerolayn Livittin açıqlamasına görə, Prezident Donald Tramp və komandası Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı əldə etmək üçün ordudan istifadə də daxil olmaqla, müxtəlif variantları araşdırır: “Prezident və onun komandası bu mühüm xarici siyasət hədəfinə nail olmaq üçün bir sıra variantları müzakirə edir və əlbəttə ki, ABŞ ordusundan istifadə də Ali Baş Komandan üçün bir variantdır. Prezident Tramp açıq şəkildə bildirib ki, Qrenlandiyanın əldə edilməsi Birləşmiş Ştatların milli təhlükəsizlik prioritetidir və Arktika bölgəsindəki düşmənlərimizin qarşısını almaq üçün həyati əhəmiyyət kəsb edir”.

Ağ Evin nümayəndəsi Stiven Miller isə CNN telekanalına müsahibəsində bildirib ki, heç kim Qrenlandiyaya görə ABŞ-la müharibə etməyəcək: “Vaşinqtonun rəsmi mövqeyi ondan ibarətdir ki, Qrenlandiya ABŞ-ın bir hissəsi olmalıdır”.

Müttəfiqlərin fəaliyyət planı...

Lakin Danimarkanın Baş naziri Mette Frederiksen öz növbəsində bununla bağlı Vaşinqtona xəbərdarlıq edib. Fransa, Almaniya, İtaliya, Polşa, İspaniya, Böyük Britaniya kimi aparıcı Avropa dövlətləri isə Danimarkaya dəstək verir - onlar birgə bəyanat yayaraq, bu məsələdə yalnız Danimarka və Qrenlandiyanın qərar verməli olduqlarını qeyd ediblər. Liderlər vurğulayıblar ki, Arktikanın təhlükəsizliyi Avropa üçün əsas prioritet olaraq qalır, həmçinin beynəlxalq və Trans-Atlantik təhlükəsizlik üçün mühüm əhəmiyyət kəsb edir.

Yeri gəlmişkən, NATO üzrə Avropadakı müttəfiqlər ABŞ-ın Qrenlandiya ilə bağlı planına qarşı fəaliyyət planı üzərində sıx əməkdaşlıq edirlər. Bu barədə “Reuters”agentliyi xəbər verir ki, ABŞ-ın Qrenlandiya üzərində nəzarəti əldə etməsi NATO alyansında ciddi sarsıntıya səbəb ola və Tramp ilə Avropa liderləri arasında mövcud olan fikir ayrılıqlarını daha da dərinləşdirə bilər.

Fransanın xarici işlər naziri Jan-Noel Barronun sözlərinə görə, ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı dövlət katibi Qrenlandiyaya hərbi müdaxilə ehtimalını istisna edib. Bu həftə aparıcı Avropa dövlətləri və Kanada Qrenlandiyaya dəstək ifadə edərək bildiriblər ki, Arktika adası onun xalqına məxsusdur. Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen və onun Qrenlandiyadan olan həmkarı Vivian Motsfeldt isə vəziyyəti müzakirə etmək üçün Marko Rubio ilə təcili görüş keçirilməsi üçün müraciət ediblər.

Aİ: Danimarka və Qrenlandiyaya dair qərarlar onlarsız qəbul edilə bilməz

Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta  isə bəyan edib ki, Avropa İttifaqı Qrenlandiyada beynəlxalq hüququn pozulmasını qəbul edə bilməz: “Qrenlandiya onun xalqına məxsusdur. Danimarka və Qrenlandiyaya dair heç bir qərar onlarsız qəbul edilə bilməz. Onlar Avropa İttifaqının tam dəstəyi və həmrəyliyinə malikdirlər”. Onun sözlərinə görə, Avropa beynəlxalq hüququn və çoxtərəfliliyin möhkəm və sarsılmaz müdafiəçisi olaraq qalacaq.

Avropa Komissiyasının rəhbəri Ursula Fon der Leyen isə deyib ki, Qrenlandiya məsələsində beynəlxalq hüquq prinsiplərinə riayət etmək vacibdir: “Avropa İttifaqı münaqişədən doğub. Bizim blok ideal deyil, amma o, əməkdaşlığın qarşıdurmadan güclü, qanunun isə gücdən üstün olduğunu vəd edir. Bu prinsiplər yalnız Avropa İttifaqımıza deyil, eyni dərəcədə Qrenlandiyaya da aiddir”. O, Qrenlandiyanın muxtariyyətə malik olsa da, Danimarkanın və Avropa İttifaqının bir hissəsi olduğunu xatırladaraq ABŞ-ın hazırkı administrasiyasının ada ilə bağlı niyyətlərinin hüquqa zidd olduğunu qeyd edib.

ABŞ adada hərbi resurslarını genişləndirmək istəyir

Ada hazırda xüsusi balıqçılıq şərtlərini qoruyaraq Aİ daxilində xarici ölkə və ərazi statusuna malikdir. Adada balıqçılıq ixracın 90 faizindən çoxunu təşkil edir və Danimarka subsidiyaları dövlət büdcəsinin təxminən yarısına bərabərdir. Bu vəsaitlər xəstəxana və məktəbləri maliyyələşdirir, infrastrukturu saxlayır. Danimarka və Qrenlandiya arasındakı münasibətlər tarixin bəzi məqamlarında gərginləşib. 1950-ci illərdə Danimarka hakimiyyəti inuitləri zorla daha böyük şəhərlərə köçürdü, habelə əhalinin təxminən 90 faizini təşkil edən yerli sakinlərin adət-ənənələrini və dillərini assimilyasiya etdi. 2022-ci ildə Danimarka 1950-ci illərdə Qrenlandiya uşaqlarının Danimarkaya göndərilməsi ilə bağlı təcrübəyə görə üzr istəyib.

1951-ci ildə Danimarka və Qrenlandiyaya bildiriş göndərildikdən sonra bazalar qurmaq azadlığı verən müqaviləyə əsasən, ABŞ qoşunları Qrenlandiyanın şimal-qərbindəki Pitufik Hava Bazasında daimi təmsil olunur. Danimarka isə ABŞ-ın adadakı mövcudluğuna dözümlü yanaşıb - çünki Kopenhagen Qrenlandiyanı müdafiə etmək qabiliyyətinə malik deyil və NATO vasitəsilə ABŞ-ın təhlükəsizlik zəmanətlərindən istifadə edir. Prezident Donald Trampın Qrenlandiyanın əldə edilməsinin milli təhlükəsizlik prioriteti hesab etməsi isə təsadüfi deyil - Avropadan Şimali Amerikaya ən qısa yol Qrenlandiyadan keçir və bu da onu ABŞ-ın ballistik raket erkən xəbərdarlıq sistemi üçün vacib edir. ABŞ burada hərbi resurslarını genişləndirmək niyyətindədir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Yanvar 2026 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see349

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see345

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see333

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see292

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see262

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see243

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see224

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see208

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see189

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see187

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see186

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see186

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see184

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see175

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see172

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see171

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see169

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see160

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see160

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri