Icma.az
close
up
RU
ABŞ ın Qarabağa gəlmiş yeni kəşfiyyat şefi Ermənilər ona ümid bəsləyir

ABŞ ın Qarabağa gəlmiş yeni kəşfiyyat şefi Ermənilər ona ümid bəsləyir

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

ABŞ-dakı erməni diasporu prezident Donald Trampın komandasında yer almış vəzifəli şəxslərlə əlaqələri gücləndirməyi hədəfləyir.
Modern.az xəbər verir ki, “Hraparak” qəzetinin məlumatına görə, ABŞ-dakı erməni diasporu Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təyin etdiyi Tulsi Qabbarda böyük ümidlər bəsləyir.
Konqresin Nümayəndələr Palatasının keçmiş üzvü Tulsi Qabbard ABŞ-dakı erməni lobbisi ilə də yaxın əlaqələrə malikdir.
Tulsi Qabbardın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsinə təyinatı erməni dairələrini sevindirib. Ermənistan KİV-ləri onun təyinatı barədə xəbəri rəğbətlə tirajlayıblar.
T.Qabbard bu təyinatadək ABŞ-dakı erməni strukturları ilə kifayət qədər sıx əlaqələr saxlayıb. 2017-ci ildə Amerika Erməni Komitəsinin təşkil etdiyi konfrans çərçivəsində Ermənistana gəlib və o vaxt işğal altında olan Qarabağa qanunsuz səfər edib.
Tulsi Qabbard Qarabağa qanunsuz səfəri zamanı Xankəndinin girişindəki "Biz və bizim dağlar" abidəsinin önündə şəkil də çəkdirib.
O, əslən Havaydandır və bu ştat 2016-cı ildə qondarma "Dağlıq Qarabağ"ın "müstəqilliyini" tanımışdı.
Tulsi Qabbard 2017-ci ildə Qarabağa qanunsuz səfər etdiyinə görə, Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına da salınıb və “arzuolunmaz şəxs” elan edilib.
43 yaşlı T.Qabbard 2003-2020-ci illərdə Havay Ordusunun Milli Qvardiyasında xidmət edib. İraq müharibəsi veteranıdır və polkovnik-leytenant rütbəsinə malikdir.
2002-ci ildə Demokratlar Partiyasından Havay Nümayəndələr Palatasına seçilərək ABŞ ştatının qanunverici orqanında (23 yaş) ən gənc qadın olub. O, 20 ildən çox Demokrat Partiyasının tərəfdarı olub. 2020-ci ildə seçki mübarizəsində Cozef Baydeni dəstəkləyib
Tulsi Qabbard 2022-ci ildə Demokratlar Partiyasını tərk edib və Donald Trampa rəğbət bəsləməyə başlayıb.

A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Yanvar 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri