Icma.az
close
up
RU
ABŞ ın Venesuelada əməliyyatı: regional təhlükəsizlik, enerji resursları və yeni geosiyasi balans TƏHLİL

ABŞ ın Venesuelada əməliyyatı: regional təhlükəsizlik, enerji resursları və yeni geosiyasi balans TƏHLİL

Icma.az, Apa.az saytına istinadən bildirir.

ABŞ-ın Venesuelada həyata keçirdiyi son əməliyyat regionda uzun müddətdir mövcud olan təhlükəsizlik və idarəetmə problemləri fonunda baş verib. Son illər Venesuelanın transmilli narkotik ticarəti marşrutlarında mühüm halqaya çevrilməsi, bu prosesin isə həm ölkə daxili sabitliyə, həm də qonşu dövlətlərin təhlükəsizliyinə mənfi təsir göstərməsi barədə müzakirələr artıb. Məhz bu kontekstdə baş verən hadisə Vaşinqtonun regionda qeyri-qanuni fəaliyyətlərin məhdudlaşdırılması və risklərin nəzarət altına alınması istiqamətində atdığı addım kimi dəyərləndirilir.

Eyni zamanda, Venesuelanın zəngin enerji resurslarının istifadəsi ilə bağlı məsələ də beynəlxalq gündəmdə qalmaqda davam edir. Uzun illərdir davam edən iqtisadi böhran, institusional zəiflik və şəffaflıq problemləri bu resursların ölkə iqtisadiyyatına və əhalinin sosial rifahına təsirini məhdudlaşdırıb. Son əməliyyat bu mövzuda mövcud narahatlıqları yenidən aktuallaşdıraraq, Venesuelanın regional iqtisadi və siyasi proseslərdə roluna dair suallar doğurub.

Məhz bu çərçivədə hər iki regiondan olan siyasi şərhçilər ABŞ-ın addımını fərqli prizmadan şərh edərək, baş verənlərin həm regional təhlükəsizlik, həm də daha geniş geosiyasi balans baxımından mümkün nəticələrini dəyərləndirirlər.

Tramp Karakas əməliyyatı ilə Amerika qitəsində güc balansını yenidən müəyyənləşdirdi

Amerikalı siyasi şərhçi Peter Teyz APA-ya açıqlamasında bildirib ki, 3 yanvar tarixində ABŞ xüsusi təyinatlı qüvvələrinin Karakasda həyata keçirdiyi uğurlu əməliyyat Prezident Donald Trampın Amerika qitəsinə dair xarici siyasət doktrinasını açıq şəkildə ortaya qoyub və 1904-cü ilə aid Ruzvelt Korrelyasiyası strategiyasını faktiki olaraq yenidən gündəmə gətirib.

Onun sözlərinə görə, bu əməliyyat Vaşinqtonun Latın Amerikası və Karib hövzəsində strateji üstünlüyünü bərpa etdiyini nümayiş etdirib:

“Tramp administrasiyası Venesuela neftinin Çin Xalq Respublikasının sənaye sektoruna axınını və ixracını kəsməklə Pekin və Tehrana aydın mesaj verib: ABŞ regionda yeganə supergüc olaraq qalır və rəqib güc mərkəzlərinin möhkəmlənməsinə imkan verməyəcək. “Absolute Resolve” əməliyyatı çərçivəsində elektron müharibədə “Growler” siqnal boğucu təyyarələrinin istifadəsi 160-cı Xüsusi Əməliyyatlar Aviasiya Alayına məxsus Xüsusi Əməliyyat Qüvvələrinin qəfil hücum elementi ilə uzlaşdırılaraq ABŞ Müharibə Departamentinin rəhbərliyinə xas olan yüksək peşəkarlıq və operativ üstünlüyü nümayiş etdirib”.

Siyasi şərhçi bildirib ki, Tramp administrasiyasının Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı qərarı onun Moskva ilə, eləcə də Yaxın Şərqdəki Hizbullah terror qruplaşmasının rəhbərliyi ilə əlaqələri və Venesuelada avtoritar idarəetmə praktikaları ilə izah olunur.

Venesuela böhranı regional təhlükəsizlik gündəmini sərtləşdirir

Onun sözlərinə görə, Maduronun dövründə yüzlərlə siyasi məhbus həbs edilib və işgəncələrə məruz qalıb: “Hazırda bölgədə vəziyyət tam sabit deyil və ABŞ Hərbi Dəniz Qüvvələrinin aktivləri Cənubi Karib dənizində yüksək hazırlıq vəziyyətində saxlanılır. Vaşinqton, eyni zamanda, Meksika və Kolumbiyada narkotik istehsalı və paylanması ilə bağlı şəbəkələri yaxından izləyir. Bu çərçivədə yanvarın 5-də ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus P-8 “Poseidon” təyyarəsinin Meksikanın sahil xətti yaxınlığında müşahidə uçuşları həyata keçirdiyi bildirilib”.

Peter Teyz əlavə edib ki, ABŞ Maduronun yaxın çevrəsi ilə əlaqələndirilən transmilli narkotik qaçaqmalçılığı strukturlarına qarşı mübarizəni gücləndirmək məqsədilə Paraqvayda hərbi baza yerləşdirməyi planlaşdırır. Onun fikrincə, bu addımlar Venesuelanın Pekin üçün regional iqtisadi və siyasi dayaq nöqtəsi kimi rolunu zəiflədib.

Şərhçi, həmçinin, bildirib ki, mövcud proseslər fonunda Kolumbiya Prezidenti Qustavo Petronun Venesuela ilə sərhədə yaxın Kukuta şəhərində silahlı bölmələr yerləşdirməsi regionda gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Onun sözlərinə görə, Tramp administrasiyasının sərt mövqeyi Latın Amerikasında təhlükəsizlik və güc balansının yenidən formalaşmasına səbəb olur.

ABŞ-ın Venesueladakı əməliyyatı neftdən kənar güc geosiyasətinin təzahürüdür

Latın Amerikasından olan siyasi şərhçi Pedro Eskobar Medina APA-ya açıqlamasında deyib ki, ABŞ-ın Venesuelada həyata keçirdiyi son hərbi əməliyyat Vaşinqtonun Karakasa qarşı siyasətinin mahiyyəti ilə bağlı köhnə, lakin hələ də aktuallığını qoruyan müzakirələri yenidən gündəmə gətirib.

Onun sözlərinə görə, hadisənin özü fövqəladə xarakter daşısa da, bu addımın arxasında dayanan səbəblər neft amilindən xeyli kənara çıxaraq qlobal güc balansı, təhlükəsizlik və uzunmüddətli strateji maraqlarla bağlıdır.

Şərhçi qeyd edib ki, bu qərar taktiki deyil, daha çox strateji xarakter daşıyır. Venesuela artıq Qərb yarımkürəsində qeyri-sabitliyin simvoluna çevrilib, ölkədə institutlar faktiki olaraq sıradan çıxıb, dərin humanitar böhran yaranıb və regiondan kənar güclərlə əlaqələr getdikcə möhkəmlənib.

Pedro Eskobarın fikrincə, Vaşinqton üçün bu vəziyyətin uzanması demokratiyanı aşındıran, regional təhlükəsizliyi zəiflədən və beynəlxalq hüququ sarsıdan bir idarəetmə modelinin normallaşması riskini yaradır: “Etibarlılıq məsələsi də ABŞ-ın qərarında mühüm rol oynayıb. İllər ərzində Vaşinqton Venesuela ilə bağlı siyasətini sanksiyalar, diplomatik təşəbbüslər və çoxtərəfli təzyiq mexanizmləri üzərində qurub. Lakin real siyasi dəyişikliklər baş vermədiyi üçün bu alətlər tədricən təsir gücünü itirib. Son əməliyyat ABŞ-ın təsir rıçaqlarını bərpa etmək və açıq mesaj vermək cəhdi kimi qiymətləndirilməlidir: mövcud durğunluq artıq qəbuledilməz sayılır”.

Neftdən kənar prioritetlər: Venesuela geosiyasət və təhlükəsizlik müstəvisində ABŞ üçün çağırışa çevrilir

O bildirib ki, dövlət katibi Marko Rubionun ABŞ-ın Venesuela neftinə ehtiyacı olmadığı ilə bağlı fikirləri bugünkü reallıqlar fonunda böyük ölçüdə doğrudur: “Amerikanın enerji müstəqilliyi və şaxələndirilmiş tədarük zəncirləri Karakasın xam neftindən asılılığı əhəmiyyətli dərəcədə azaldıb”.

Bu səbəbdən əsas motivin neft deyil, geosiyasət və təhlükəsizlik olduğunu vurğulayan şərhçi qeyd edib ki, Venesuela Rusiya, Çin və İran üçün təkcə simvolik deyil, eyni zamanda, hərbi əməkdaşlıq, kəşfiyyat şəbəkələri, maliyyə razılaşmaları və texnoloji əlaqələr baxımından real platformaya çevrilib:

“Bu vəziyyət Vaşinqton üçün uzun müddətdir strateji dərinliyinin mühüm hissəsi hesab olunan regionda ciddi struktur çağırışı yaradır. Bu baxımdan ABŞ-ın addımı daha geniş doktrinanı əks etdirir və məqsəd iqtisadi dəyərindən asılı olmayaraq, Amerika qitəsində rəqib güc mərkəzlərinin möhkəmlənməsinin qarşısını almaqdır. Əməliyyatın təsirləri Venesuelanın Çin və Rusiya ilə münasibətlərində də hiss olunacaq. Çinin yanaşması praqmatikdir və Pekin əsasən sabitlik, borcların qaytarılması və uzunmüddətli bazar çıxışını prioritet sayır. Çin birtərəfli addımları tənqid etsə və suverenlik prinsipini vurğulasa da, Venesuela məsələsinə görə Vaşinqtonla açıq və kəskin qarşıdurmaya getməsi ehtimalı azdır”.

Moskvanın məhdud manevr imkanları və Venesuela əməliyyatının yaratdığı geosiyasi qeyri-müəyyənlik

Rusiya ilə bağlı isə Pedro Eskobar Medina qeyd edib ki, Moskva bu əməliyyatı Qərblə davam edən geosiyasi qarşıdurmasının daha bir cəbhəsi kimi dəyərləndirə bilər: “Lakin Rusiyanın cavab imkanları başqa regionlardakı öhdəlikləri və Venesuelanın strateji əhəmiyyətinin azalması səbəbindən məhduddur. Bu səbəbdən daha çox sərt ritorika və simvolik jestlərin, lakin real əks-tədbirlərin az olacağı gözlənilir”.

Açıqlamada vurğulanıb ki, hər iki halda əməliyyat qeyri-müəyyənlik yaradaraq Venesuelanın tərəfdaş kimi etibarlılığını zəiflədir və onun geosiyasi dayaq nöqtəsi rolunu daha da mürəkkəbləşdirir. Şərhçi vurğulayıb ki, bu proses presedentlə bağlı ciddi suallar doğurur. Bəzi hökumətlər avtoritar rejimə təzyiqi səssiz şəkildə dəstəkləyə bilər, lakin istifadə olunan üsullar suverenlik və müdaxilə normalarını sınağa çəkir və gələcəkdə seçmə yanaşmalar üçün təhlükəli zəmin yarada bilər.

Şərhçi sonda əlavə edib ki, ABŞ-ın Venesueladakı əməliyyatı tək bir motiv və ya nəticə ilə izah edilə bilməz. Bu addım təhlükəsizlik narahatlıqlarının, geosiyasi rəqabətin və artıq işləməyən siyasət alətlərindən doğan məyusluğun qarışığını əks etdirir. Neft amili artıq mərkəzdə deyil, güc, təsir və regional nizam əsas prioritetlərə çevrilib. Onun sözlərinə görə, bu prosesin sabitlik yaradıb-yaratmayacağı gələcək addımlardan asılı olacaq və uzunmüddətli perspektivdə Venesuelanın böhranı yalnız etibarlı, inklüziv və beynəlxalq dəstəklə möhkəmləndirilmiş siyasi həll yolları ilə aradan qaldırıla bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri