Icma.az
close
up
RU
ABŞ ın vitse prezidenti Brüsseli niyə tənqid etdi?

ABŞ ın vitse prezidenti Brüsseli niyə tənqid etdi?

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Macarıstan nümunəsində Aİ siyasətinə etiraz mesajları

Əvvəlki yazılarımızda Macarıstanda seçki öncəsi gərginliklə bağlı məlumat vermişdik. Qısa bir xatırlatma edək ki, mövcud gərginliyin əsas xəttini hakimiyyətlə müxalifət arasındakı dərin siyasi qarşıdurma və xaricdən müdaxilə iddiaları təşkil edir. Xüsusilə Viktor Orban hakimiyyətinin mövqeyi ilə Avropa İttifaqı (Aİ) institutlarının yanaşması arasında yaranan fikir ayrılığı prosesi daha da mürəkkəbləşdirir. Cari vəziyyət seçkilərin daha geniş geosiyasi kontekstin tərkib hissəsinə çevrildiyini göstərir. Daha dəqiq desək, sabah keçiriləcək səsvermə ölkənin gələcək kursu ilə yanaşı, Avropa siyasi sistemində balansa da təsir edə biləcək mühüm mərhələ kimi qiymətləndirilir.

Elə bu çərçivədə ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Macarıstana səfəri fonunda səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət kəsb edir və son illər transatlantik münasibətlərdə dərinləşən ideoloji çatların açıq siyasi ritorikaya çevrildiyini təsdiqləyir. Vensin Avropa İttifaqı institutlarına, xüsusilə də Brüsseldə formalaşan siyasi mərkəzə yönəlmiş tənqidləri bütövlükdə Qərb dünyasında dəyərlər, idarəetmə modelləri və suverenlik anlayışı üzərində gedən fundamental mübahisələri yenidən gündəmə gətirir. Onun iddialarına görə, Brüssel bürokratiyası Macarıstanda seçki proseslərinə dolayı təsir göstərərək, milli maraqları önə çəkən liderlərin zəiflədilməsinə çalışır. Əslində Vensin tezisi son dövrlərdə Qərb daxilində getdikcə daha çox səslənən “daxili müdaxilə” diskursunun yeni mərhələyə keçdiyindən xəbər verir.

Məlumdur ki, Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərliyi ilə həyata keçirilən siyasət uzun müddətdir ki, Avropa siyasi spektrində mübahisə doğuran mövzulardan biridir. Orban hökuməti milli suverenliyi, iqtisadi proteksionizmi və ənənəvi dəyərlərin qorunmasını prioritet elan etməklə Brüsselin daha mərkəzləşdirilmiş və liberal yanaşmasına alternativ model təklif edir. Həmin modelin Avropanın bəzi ölkələrində rezonans doğurması, xüsusilə Çexiya və Slovakiya kimi dövlətlərdə oxşar siyasi kursların güclənməsi Birlik daxilində ideoloji parçalanmanı dərinləşdirir. Vensin daha əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində səsləndirdiyi fikirlər də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. O, Avropanın ifrat liberal dəyərlər sisteminə sürükləndiyini və bunun uzunmüddətli perspektivdə siyasi, sosial və demoqrafik böhranlara yol açdığını vurğulamışdı. Belə qənaətə gəlmək olar ki, vitse-prezidentin yanaşması ABŞ daxilində güclənən konservativ dalğanın Avropa ilə münasibətlərə təsir etdiyini xatırlatmağa yönəlib. Əgər bir neçə il əvvəl Vaşinqton və Brüssel arasında dəyərlər baxımından ciddi fərqlərdən danışmaq çətin idisə, indi bu fərqlər açıq siyasi diskursun mərkəzinə çevrilib.

Avropada milli maraqları ön plana çəkən siyasi liderlərin artması da təsadüfi proses deyil. Qloballaşmanın yaratdığı sosial bərabərsizliklər, miqrasiya böhranı, enerji təhlükəsizliyi problemləri və iqtisadi qeyri-sabitlik bir çox ölkələrdə seçiciləri daha sərt və milli yönümlü siyasətə üstünlük verməyə sövq edir. Macarıstan, Çexiya və Slovakiya kimi ölkələrdə sözügedən tendensiyanın güclənməsi Aİ-nin vahid siyasi xəttinin sarsıldığını göstərir. Bu dövlətlərin liderləri Brüsselin diktə etdiyi siyasətə alternativ olaraq daha çevik, milli maraqlara uyğun qərarların qəbulunu müdafiə edirlər. Bu isə öz növbəsində Avropa daxilində “mərkəz-periferiya” qarşıdurmasını daha da kəskinləşdirir.

Ümumən Brüsselin Macarıstana münasibətdə sərgilədiyi siyasət çox vaxt demokratik standartların qorunması kimi təqdim edilsə də, tənqidçilər bunu siyasi təzyiq aləti kimi qiymətləndirirlər. Soros ənənələri kimi təqdim olunan yanaşmalar çərçivəsində qeyri-hökumət təşkilatlarının, medianın və müxtəlif vətəndaş təşəbbüslərinin aktivləşdirilməsi, aksiyaların təşkili və ictimai rəyin yönləndirilməsi kimi mexanizmlərdən istifadə edildiyi iddia olunur. İddialar xüsusilə Orban hökumətinin tərəfdarları tərəfindən ölkə daxilində “beşinci kolon” fəaliyyətinin genişləndirilməsi kimi xarakterizə edilir. Belə yanaşma isə artıq klassik diplomatik təsir vasitələrindən daha çox, hibrid təsir alətlərinin tətbiqini xatırladır.

Maraqlı məqam ondan ibarətdir ki, Avropa siyasətçiləri oxşar fəaliyyətləri başqa ölkələrə münasibətdə tez-tez “hibrid müharibə” kimi qiymətləndirirlər. İnformasiya manipulyasiyası, ictimai narazılığın stimullaşdırılması və siyasi proseslərə dolayı müdaxilə kimi elementlər isə həmin anlayışın əsas komponentləri hesab olunur. Lakin eyni metodların Avropa daxilində tətbiq edilməsi ittihamları Qərb siyasi sisteminin öz daxilində ciddi etik və siyasi dilemmanın formalaşdığını göstərir. Yəni Vens çıxışında dolayı yolla ikili standartlar məsələsini yenidən gündəmə gətirir və Qərbin öz daxilində legitimlik böhranı yaşadığını iddia edir. Hazırkı mərhələdə Brüsselin zəifləməsinə təsir edən əsas amillərdən biri də Vaşinqtonun əvvəlki kimi tam dəstək verməməsidir. ABŞ daxilində siyasi kursun dəyişməsi və Avropa siyasətinə daha tənqidi yanaşmanın güclənməsi Aİ-nin geosiyasi mövqelərini zəiflədir.

Yeri gəlmişkən, Macarıstanın xarici siyasətində diqqətçəkən istiqamətlərdən biri də türk dünyası ilə yaxınlaşmadır. Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişlənməsi, enerji, nəqliyyat və mədəni sahələrdə əlaqələrin dərinləşdirilməsi Budapeştin çoxşaxəli xarici siyasət yürütmək niyyətini ortaya qoyur. Amma ölkənin sözügedən istiqamətdəki fəaliyyəti də Aİ daxilində birmənalı qarşılanmır və bəzi siyasi dairələr tərəfindən geosiyasi balansın dəyişməsi kimi qiymətləndirilir. Xülasə, ölkənin həm Şərq, həm də Qərb ilə paralel əməkdaşlıq modeli qurmağa çalışması onu Avropa daxilində fərqli mövqedə yerləşdirir.

Baş verən proseslər fonunda Aİ-nin gələcək inkişaf trayektoriyası ilə bağlı suallar daha da aktuallaşır. Mərkəzləşmiş idarəetmə modeli ilə milli suverenlik arasında balansın necə qurulacağı, ideoloji müxtəlifliyin hansı çərçivədə qorunacağı və üzv dövlətlərin daxili siyasətinə müdaxilə sərhədlərinin harada müəyyən ediləcəyi kimi məsələlər əsas müzakirə mövzuları kimi qalır. Hələlik əsas diqqət sabah keçiriləcək seçkilərdədir. Seçkilərin nəticələrindən sonra çox güman bütün daşlar yerinə oturacaq...

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı

Avropada sağ, hətta qismən millətçi siyasi qüvvələr ABŞ prezidenti və vitse-prezidenti tərəfindən açıq şəkildə dəstəklənir. Orbanı dəstəkləmək məqsədilə Fransadan da müəyyən siyasi fiqurların Macarıstana səfər etdiyi müşahidə olunub. Eyni zamanda, Almaniyadan sağçı qüvvələrin nümayəndələri də prosesdə iştirak ediblər, İtaliyadan da oxşar siyasi dəstək siqnalları verilir. Bütün bunlar artıq açıq görünən tendensiyaya çevrilib.

Bununla belə, seçkiqabağı vəziyyət mürəkkəb olaraq qalır. Maraqlıdır ki, Orbanın əsas rəqibi Piter Maqyar, əslində, millətçi mövqedən çıxış edir. O, vaxtilə hakim partiyanın üzvü olub, lakin sonradan münasibətləri pozulduqdan sonra müstəqil siyasi fiqur kimi Orbanın qarşısına çıxıb. Hazırda Orban əleyhinə olan müxtəlif siyasi qüvvələr onun ətrafında birləşərək hakimiyyət dəyişikliyinə nail olmağa çalışırlar. Son sorğular göstərir ki, proporsional siyahı üzrə Orbanın partiyası rəqibi Piter Maqyar ilə ciddi rəqabət aparır və bəzi hallarda geri qalır. Lakin Macarıstanın seçki sistemi partiya siyahısı ilə məhdudlaşmır, eyni zamanda, dairələr üzrə də mandatlar müəyyən edilir. Məhz bu element Orbanın parlamentdə üstünlük qazanmaq şansını artırır. Ümumilikdə, parlamentdə qüvvələr balansının çox yaxın olması gözlənilir. Kiçik partiyaların nəticələri isə həlledici rol oynaya bilər və onların hansı tərəfi dəstəkləyəcəyi siyasi mənzərəni müəyyən edəcək.

Nəzrin ELDARQIZI
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Aprel 2026 02:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri