Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

ABŞ İran anlaşması: Ağ Evin “kökə və qamçı” diplomatiyası

ABŞ İran anlaşması: Ağ Evin “kökə və qamçı” diplomatiyası

Icma.az bildirir, Olke.az portalına istinadən.

ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma qlobal siyasətdə ciddi rezonans doğurub. İlk baxışdan bu sənəd Yaxın Şərqdə gərginliyin azalacağı, hərbi qarşıdurmaların dayanacağı və diplomatiyanın üstünlük qazanacağı ilə bağlı müəyyən ümidlər yaradır. Lakin prosesə daha dərindən nəzər saldıqda ortaya tamamilə fərqli mənzərə çıxır. Əslində tərəflərin bəyanatları göstərir ki, böhran başa çatmayıb, sadəcə yeni mərhələyə keçib.

Vaşinqtonun Tehrana münasibətdə tətbiq etdiyi siyasət klassik “kökə və qamçı” diplomatiyasının ən bariz nümunəsidir. ABŞ bir tərəfdən sanksiyaların yumşaldılması, blokadanın aradan qaldırılması, iqtisadi əlaqələrin bərpası kimi vədlər verir, digər tərəfdən isə hərbi güc amilini daim masanın üzərində saxlayır. Bu, əslində İranı seçim qarşısında qoyan siyasi psixoloji təzyiq mexanizmidir: ya Qərbin şərtlərini qəbul et, ya da iqtisadi və hərbi təzyiqlərlə üzləş.

Məhz buna görə ABŞ Prezidenti Donald Trampın və vitse-prezident Cey Di Vensin bəyanatları xüsusi diqqət çəkir. Onlar açıq şəkildə bildirirlər ki, razılaşma pozularsa, hərbi əməliyyatlar yenidən başlaya bilər. Başqa sözlə, Vaşinqton Tehrana bir əli ilə “kökə”, digər əli ilə isə “qamçı” göstərir. Diplomatiya görüntüsü altında təzyiq siyasəti davam etdirilir.

Əslində ABŞ və Avropa üçün əsas məqsəd İranı nüvə proqramı, regional təsir imkanları və hərbi potensialı ilə bağlı maksimum güzəştlərə məcbur etməkdir. Qərb anlayır ki, uzunmüddətli sanksiyalar İran iqtisadiyyatını ciddi şəkildə zəiflədib və Tehran əvvəlki kimi müqavimət imkanlarına malik deyil. Buna görə də Vaşinqton hesab edir ki, məhz indi İranı strateji geri addımlara məcbur etmək üçün ən əlverişli zamandır.

Tehran isə bu oyunun mahiyyətini yaxşı anlayır. İran rəhbərliyi razılaşmanı öz xalqına diplomatik qələbə kimi təqdim etməyə çalışsa da, reallıq fərqlidir. Prezident Məsud Pezeşkianın etiraf etdiyi kimi, iqtisadi müharibə bəzən hərbi müharibədən daha dağıdıcı olur. Çünki iqtisadi təzyiqlər birbaşa dövlətin maliyyə dayanıqlığına, sosial rifaha, məşğulluğa və siyasi sabitliyə zərbə vurur.

İllərlə davam edən sanksiyalar nəticəsində İran iqtisadiyyatı böyük itkilərlə üzləşib. Dövlət hər gün yüz milyonlarla dollar həcmində iqtisadi imkanlarını itirir. İnflyasiya, milli valyutanın dəyərdən düşməsi, investisiya çatışmazlığı və işsizlik ölkədə sosial narazılığı artırır. Bu səbəbdən Tehran anlayır ki, sanksiyalar və blokada şəraitində uzunmüddətli müqavimət göstərmək getdikcə daha çətinləşir.

Məhz buna görə İran danışıqlar masasında müəyyən güzəştlərə getməyə hazır görünür. Bu, ideoloji seçimdən daha çox zərurətdən irəli gələn addımdır. Tehran çalışır ki, həm iqtisadi nəfəs almaq imkanı əldə etsin, həm də daxili auditoriyaya bunu siyasi qələbə kimi təqdim etməklə hakimiyyətin nüfuzunu qorusun.

Lakin prosesin ən həssas məqamı ondan ibarətdir ki, əldə olunan razılaşma son dərəcə kövrəkdir. Tarix göstərir ki, ABŞ-İran münasibətlərində etimad faktoru demək olar ki, mövcud deyil. Hər iki tərəf bir-birinin niyyətlərinə şübhə ilə yanaşır. Buna görə də danışıqların istənilən mərhələsində təxribatların baş verməsi ehtimalı yüksək olaraq qalır.
Təsadüfi deyil ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan da Tehranı belə risklər barədə xəbərdar edib. Regionda çoxsaylı geosiyasi oyunçular mövcuddur və onların hamısı ABŞ-İran yaxınlaşmasında maraqlı deyil. Bu səbəbdən prosesin pozulması üçün müxtəlif siyasi və ya hərbi təxribat ssenarilərinin işə salınması ehtimalı istisna edilmir.

Əgər iyunun 19-da Cenevrədə planlaşdırılan sənəd imzalansa belə, bu, böhranın tam başa çatması demək olmayacaq. Əksinə, tərəflər arasında yeni və daha mürəkkəb bazarlıq mərhələsinin başlanğıcı olacaq. Nüvə proqramı, regional təhlükəsizlik, Livan, Suriya, İraq və Yəməndəki təsir imkanları kimi məsələlər qarşıdakı dövrdə əsas müzakirə mövzusu olaraq qalacaq.

Nəticə etibarilə ABŞ-İran anlaşması sülh sənədindən daha çox qarşılıqlı zərurət nəticəsində yaranmış taktiki razılaşmanı xatırladır. Vaşinqton “kökə və qamçı” siyasəti ilə Tehranı öz şərtlərinə uyğun davranmağa məcbur etməyə çalışır. Tehran isə iqtisadi çöküş riskindən yayınmaq üçün müəyyən kompromislərə getməyə məcburdur. Bu səbəbdən hazırkı mərhələdə tərəflər arasında etimaddan deyil, qarşılıqlı məcburiyyətdən danışmaq daha doğru olar.
Yaxın Şərqdə yaranan yeni reallıq göstərir ki, diplomatiya hələlik müharibəni dayandırıb, lakin sülhü təmin edə bilməyib. “Kökə və qamçı” siyasətinin kölgəsində formalaşan bu razılaşmanın taleyi isə tərəflərin verdiyi vədlərdən çox, qarşıdakı aylarda geosiyasi meydanda baş verəcək hadisələrdən asılı olacaq.

Mürtəza Bünyadlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 İyun 2026 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see324

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see296

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see270

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see254

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see249

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see247

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see240

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see225

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see221

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see204

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see198

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see196

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see193

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see191

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see184

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see180

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see179

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see177

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see177

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri