Icma.az
close
up
RU
ABŞ İran danışıqlarında güc mübarizəsi: hansı tərəf qazanacaq?

ABŞ İran danışıqlarında güc mübarizəsi: hansı tərəf qazanacaq?

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Trump bildirib ki, İran ABŞ-la danışıqları mütləq davam etdirəcək, əks halda ciddi problemlərlə üzləşəcək. O, ümid edib ki, tərəflər ədalətli razılaşmaya gələcək, lakin İranın nüvə silahı əldə etməsinə icazə verilməyəcək.

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf isə ABŞ-ın təhdidləri davam edərsə, Tehranın danışıqlardan imtina edəcəyini bildirib. O əlavə edib ki, İran son həftələrdə “döyüş meydanında yeni güc balansı” nümayiş etdirməyə hazırlaşır.

İran nümayəndə heyətinin İslamabada səfəri və ABŞ ilə yeni danışıqlar raundu regionda gərginliyin azaldılması baxımından mühüm addım kimi qiymətləndirilir. Müzakirələrdə atəşkəs rejiminin uzadılması ehtimalının yüksək olduğu bildirilir. Uğurlu nəticə əldə olunarsa, Məsud Pezeşkian ilə Donald Tramp arasında birbaşa görüş də gündəmə gələ bilər. Bu danışıqlar regionda uzunmüddətli sabitliyin təmin olunmasına real töhfə verə biləcəkmi?

Siyasi şərhçi Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İranla ABŞ arasında danışıqların alınmamasına səbəb İran tərəfindən irəli sürülən, qəbul olunması qeyri-mümkün tələblərin mövcudluğu idi.

“Bu dəfə də yeni danışıqlar raundu gündəmdədir və artıq bu istiqamətdə müəyyən addımlar atılıb. Amma əsas məsələ ondan ibarətdir ki, İran əvvəllər ABŞ-ı ittiham edərək onun sülh danışıqlarını pozduğunu, destruktiv mövqe sərgilədiyini bildirirdi. Buna baxmayaraq, yenidən danışıqlar masasına qayıtması göstərir ki, müəyyən mənada proseslərdə dəyişiklik var və İran müəyyən qədər daha real yanaşma sərgiləməyə başlayıb.

Hər iki tərəfin bölgə üçün kifayət qədər dağıdıcı ambisiyaları var. Bu, açıq reallıqdır. Buna baxmayaraq, tərəflər yenidən danışıqlara getməyə razılaşıblar və görüşlərin İslamabadda keçirilməsi ehtimalı da gündəmdədir.

İranın ABŞ üzərində təsir mexanizmi bu gün olduqca zəifdir. Əgər İran bu prosesi milli mübarizə kimi görürsə, ABŞ bu məsələyə həm ideoloji, həm də siyasi-strateji maraqlar çərçivəsində yanaşır. Hazırda proseslərin daha çox Hörmüz boğazı ətrafında cəmləşdiyi görünür və bu, ən aktual məsələlərdən biridir. Burada əsas məqsəd enerji və iqtisadi maraqların təmin olunmasıdır və tərəflər bunu yaxşı başa düşürlər”, – deyə politoloq bildirib.

Rufiz Hafizoğlu Livan məsələsinə də toxunub.

O deyib ki, İranın regionda təsir mexanizmi getdikcə zəifləyir.

Politoloqun fikrincə, əvvəllər Hizbullah bu təsirin əsas alətlərindən biri idi, lakin son dövrlərdə baş verən proseslər nəticəsində Hizbullahın Livan cəmiyyətindəki rolu zəifləməkdədir və müəyyən qopma prosesi müşahidə olunur.

Bu dəyişikliklər Livanda yeni siyasi reallıqların formalaşmasına gətirib çıxarır. Hazırda Livan daxilində həm siyasi elita, həm də cəmiyyət səviyyəsində Hizbullahla bağlı mövqelər dəyişir və bu, İranın bölgədəki təsirinə ciddi təsir göstərir. Eyni zamanda İsrail və ABŞ-ın regiondakı siyasəti də bu proseslərə təsirsiz ötüşmür.

Livanın Hizbullah təsirindən tədricən uzaqlaşması və İranın bölgədəki mövqeyinin zəifləməsi prosesi davam edir. Bu proses asan deyil və müəyyən gərginliklərlə müşayiət olunur, lakin istiqamət bu yöndədir.

Politoloq hesab edir ki, daha geniş baxdıqda İraq da oxşar proseslərin içindədir. Orada siyasi, dini və etnik qruplar arasında ciddi ziddiyyətlər mövcuddur. Şiə, sünni və kürd qruplar arasında balans çox həssasdır və bu vəziyyət regionun sabitliyini daim risk altında saxlayır:

“Ümumilikdə Yaxın Şərqdə proseslər çox mürəkkəb və çoxşaxəlidir. ABŞ, İran, İsrail və region ölkələri arasında qarşılıqlı maraqlar toqquşur və bu da vəziyyəti daha da çətinləşdirir. Gələcək nəticələrin necə olacağı isə həm regiondakı daxili proseslərdən, həm də qlobal güclərin siyasətindən asılı olacaq”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 Aprel 2026 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri