Icma.az
close
up
RU
ABŞ İran gərginliyi: Regional təhlükəsizlik üçün ciddi təhdidlər ola bilər

ABŞ İran gərginliyi: Regional təhlükəsizlik üçün ciddi təhdidlər ola bilər

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"ABŞ və İran arasındakı gərginlik regional təhlükəsizlik üçün ciddi təhdidlər formalaşdıra bilər".

Bu sözləri ABŞ-nin İranla bağlı siyasi mövqeyini şərh edən politoloq Aytən Qurbanova Bakıvaxtı.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, 2015-ci il çərçivə sənədindən sonra ikitərəfli münasibətlərdə qismən yumşalma hiss edilsə də, Trampın bəyanatları növbəti dörd il ərzində ABŞ-İran münasibətlərinin kəskinləşəcəyi ilə bağlı ehtimalları daha çox gücləndirib:

"ABŞ-İran münasibətlərində gərginlik artıq ənənəvi xarakter alıb. 1979-cu il inqilabına qədər İran ABŞ-nin əsas regional tərəfdaşlafından biri olub. Rejim dəyişikliyindən münasibətlərdə ciddi dönüm nöqtəsinin olduğunu konkret şəkildə ifadə edə bilərik. Belə olan halda mərhələli şəkildə ABŞ tərəfindən İrana qarşı yüzlərlə sanksiyanın tətbiq edilməsi faktı hər kəsə məlumdur”.

Aytən Qurbanova, politoloq

Müsahibimiz bildirib ki, ABŞ Maliyyə Nazirliyi tərəfindən qəbul edilmiş qərar ilə İranın kölgə donanmasına, dolayı yolla İran neftinin sanksiyalardan kənar satışına və daşınmasına əlavə sanksiyalar tətbiq edilmiş oldu. Təbii ki, bu, nə ilk, nə də son sanksiya olacaq:

“Ona görə düşünmürəm ki, sanksiyalar yolu ilə Amerikanın İran üzərində təzyiq mexanizmləri təsirli olsun. Amma istisnasız olaraq onu qeyd edə bilərik ki, Tramp administrasiyası dönəmində İran hədəfli Orta Şərq siyasəti diqqət mərkəzində olacaq".

Politoloqun fikrincə, iki dövlət arasındakı gərginlik regional təhlükəsizlik üçün ciddi təhdidlər yarada bilər.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:227
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Fevral 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri