Icma.az
close
up
RU
İran diplomatik fəallıqla regional gərginliyi azaltmağa çalışır ŞƏRH EDİLDİ

İran diplomatik fəallıqla regional gərginliyi azaltmağa çalışır ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Abbas Əraqçinin belə bir vəziyyətdə həm Səudiyyə Ərəbistanı, həm Pakistan, həm də İraq rəsmiləri ilə bölgədəki vəziyyəti müzakirə etməsi başa düşüləndir. Çünki İran tərəfi anlayır ki, ABŞ-ın hərbi əməliyyatları davam etdikcə bu, həm ölkənin maddi-texniki imkanlarının daha çox səfərbər olunması, həm də əlavə itkilərin yaşanması deməkdir. Burada söhbət təkcə hərbi itkilərdən getmir. Eyni zamanda, İranda mülki əhali arasında da itkilər var".

Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, İran iqtisadiyyatı onsuz da ağır təzyiqlər altında olduğu bir vaxtda ölkənin maliyyə və maddi-texniki imkanlarının əhəmiyyətli hissəsinin müharibəyə yönəldilməsi vəziyyəti daha da çətinləşdirir və bölgədə gərginliyi artırır:

"ABŞ da yaxşı anlayır ki, İrana qarşı hərbi əməliyyatların, xüsusilə dənizdə həyata keçirilən əməliyyatların genişləndirilməsi daha böyük maliyyə və hərbi resurslar tələb edəcək. Hazırkı əməliyyatlar üçün də hər gün böyük məbləğdə vəsait xərclənir. Bu isə ABŞ büdcəsi üçün əlavə maliyyə yükü yaradır. Böyük dövlət borcu fonunda artan hərbi xərclər Vaşinqton üçün də nəzərə alınmalı amildir.

Bu baxımdan Abbas Əraqçi yaxşı anlayır ki, ABŞ-ın İrana qarşı zərbələrinin intensivliyini azaltmağın yollarından biri region ölkələrinin ABŞ-a öz ərazilərindən və hərbi infrastrukturundan istifadə etməyə imkan verməsinin qarşısını almaqdır.

ABŞ İrana qarşı hərbi əməliyyatları əsasən Körfəz ölkələrində, o cümlədən Küveyt və Səudiyyə Ərəbistanında yerləşən hərbi infrastruktur hesabına həyata keçirir. İran tərəfi hesab edir ki, bu ölkələrə diplomatik və siyasi təsir göstərməklə onların ABŞ-la bağlı mövqeyində müəyyən dəyişikliklərə nail olmaq mümkündür.

İran bütün məsələləri öz xeyrinə həll edə bilməsə də, ən azı hərbi əməliyyatların intensivliyini azaltmağa çalışır. Bu isə Tehranın diplomatik masaya daha əlverişli mövqedən qayıtmasına və danışıqlarda müəyyən üstünlüklər qazanmasına imkan verə bilər.

Pakistanla Səudiyyə Ərəbistanı arasında uzun illərə söykənən yaxın siyasi, iqtisadi və hərbi münasibətlər mövcuddur. Digər tərəfdən, Pakistan İranla da diplomatik əlaqələrini qoruyub saxlaya bilən ölkələrdəndir. İran-ABŞ münasibətlərində Pakistanın müxtəlif dövrlərdə müəyyən vasitəçilik rolunda çıxış etdiyi də məlumdur.

Bu səbəbdən İran Pakistanı Səudiyyə Ərəbistanı ilə münasibətlərin inkişaf etdirilməsi və Riyadla mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün etibarlı tərəfdaş kimi qiymətləndirə bilər. Tehran İslamabadın Riyadla yaxın münasibətlərindən istifadə etməklə Səudiyyə Ərəbistanının ABŞ-ın regional siyasəti ilə bağlı mövqeyinə müəyyən təsir göstərməyə çalışır.

Səddam Hüseyn rejiminin devrilməsindən sonra İraqda yaranmış siyasi və təhlükəsizlik boşluğundan müxtəlif xarici güclər istifadə etməyə başladılar. Hazırda da ölkədə müxtəlif silahlı və siyasi qruplar, eləcə də xarici qüvvələrin təsir dairəsində olan proksi strukturlar fəaliyyət göstərir.

İraqda fəaliyyət göstərən bəzi kürd qrupları ilə bağlı müxtəlif iddialar səsləndirilir. İran mediasında bu qrupların ABŞ-ın dəstəyi ilə İrana qarşı əməliyyatlara cəlb oluna biləcəyi barədə narahatlıqlar da ifadə olunub.

Bununla yanaşı, İraqda ABŞ hərbi bazaları fəaliyyət göstərir. Bu bazalar Vaşinqtona İranın strateji obyektlərini hədəf almaq üçün əlavə imkanlar yaradır.

Məhz buna görə İran tərəfi İraq faktorunu da müəyyən mənada neytrallaşdırmağa çalışır. Abbas Əraqçinin diplomatik təmaslarının məqsədlərindən biri İraq ərazisində yerləşən müxtəlif silahlı və proksi qüvvələrin İrana qarşı hərbi əməliyyatlara cəlb olunmasının qarşısını almaq, eyni zamanda ABŞ hərbi bazalarının İran əleyhinə aktiv istifadəsini məhdudlaşdırmaqdır.

Yəni İran tərəfi İraqdan birbaşa öz mövqeyini müdafiə etməsini gözləmir. Əsas məqsəd İraq ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadə olunmaması və ölkənin mümkün qədər neytral mövqe tutmasıdır.

Bütün bu diplomatik gedişlərin əsas məqsədi hərbi əməliyyatları dayandırmaq və ya ən azı onların intensivliyini azaltmaqdır. İran bunu elə formada həyata keçirməyə çalışır ki, münaqişə başa çatdıqdan sonra diplomatik masaya daha əlverişli və daha güclü mövqedən qayıda bilsin.

Əgər Səudiyyə Ərəbistanının neytral mövqeyinə nail olunarsa, bu, digər ərəb ölkələrinin də ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında öz ərazilərindən və infrastrukturundan istifadə edilməsinə münasibətinə təsir göstərə bilər.

İraq faktorunun neytrallaşdırılması isə ABŞ-ın İraqdakı hərbi bazalarından və ölkə ərazisindəki müxtəlif qüvvələrdən İrana qarşı istifadə imkanlarının məhdudlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Pakistan isə bütün bu məqsədlərə nail olmaq üçün İranın etibar edə biləcəyi mühüm vasitəçilərdən biri hesab oluna bilər. İslamabadın Səudiyyə Ərəbistanı ilə yaxın münasibətləri Tehrana Riyadla dialoqu genişləndirmək, fikir ayrılıqlarını azaltmaq və Səudiyyə Ərəbistanının daha neytral mövqe tutmasına nail olmaq üçün əlavə imkanlar yarada bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Avqust 2026 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see368

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see345

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see333

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see291

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see277

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see255

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see247

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see243

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see243

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see239

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see230

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see228

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see222

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see214

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see214

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see213

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see195

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see194

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see192

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri