Icma.az
close
up
RU
Статья не опубликована
ABŞ İran münasibətlərinin gərginləşməsi fonunda nələr baş verə bilər? AÇIQLAMA

ABŞ İran münasibətlərinin gərginləşməsi fonunda nələr baş verə bilər? AÇIQLAMA

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Ümumiyyətlə, son zamanlar ABŞ ilə İran arasında münasibətlər kifayət qədər gərginləşib və bu gərginlik hələ də davam edir. Bu vəziyyətin müəyyən səbəbləri var və bir çox analitiklərin fikrincə, Donald Tramp prezident olduğu dövrdə İranın “bir nömrəli düşməni” hesab olunurdu. Bu yanaşmanın əsas səbəblərindən biri Trampın, ümumilikdə isə Respublikaçıların İsraillə daha sıx münasibət qurmağa meylli olmasıdır. Bu mövqeyin həm obyektiv, həm də subyektiv səbəbləri var. Subyektiv səbəblərdən biri kimi Trampın şəxsi əlaqələri göstərilir – məsələn, onun kürəkəninin yəhudi olması bu yaxınlığın təsadüfi olmadığını göstərir. Eyni zamanda, iddialara görə, Trampın müəyyən biznes planlarının həyata keçirilməsi üçün İsrailə ehtiyacı var. Hətta bəzi məlumatlara görə, Tramp gələcəkdə İsrailin nəzarətində olan ərazilərdə iri layihələr həyata keçirmək niyyətindədir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, İran mübahisəli məsələlərdə ABŞ ilə bərabərhüquqlu dialoqun tərəfdarıdır. Bu barədə İranın Prezidenti Məsud Pezeşkian bəyanat verib. Pezeşkian qeyd edib ki, İranın xarici siyasəti konstruktiv qarşılıqlı fəaliyyətə və bərabərhüquqlu dialoqa əsaslanır. O, əlavə edib: “ABŞ bir tərəfdən İranı təhdid edir, digər tərəfdən isə danışıqlar aparmaq istəyir. Əgər danışıqlar istəyirsinizsə, təhdid etməyin nə mənası var? Bu gün ABŞ təkcə İrana deyil, bütün dünyaya təzyiq edir. Bu cür davranış, danışıqlar çağırışına ziddir.”

Siyasi şərhçi qeyd edib ki, Tramp yəhudi lobbisinin dəstəyinə böyük önəm verir və bu dəstəyi qorumaq üçün İrana qarşı daha sərt siyasət yürütməkdə maraqlıdır.

“Məhz bu kontekstdə ABŞ-ın İrana qarşı artan təzyiqləri və mövcud gərginlik təəccüblü deyil. ABŞ-ın əsas bəhanəsi isə İranın nüvə silahına sahib olmaq ambisiyasıdır. İran tərəfindən də zaman-zaman sərt xəbərdarlıqlar verilir. Hazırda ABŞ ilə İran arasında yaşanan qarşılıqlı bəyanatlar və mesajlar, bir çox analitikə Rusiya-Ukrayna müharibəsinin başlamasından əvvəlki dövrü xatırladır. Həmin vaxt da tərəflər bir neçə ay ərzində müharibə istəmədiklərini bildirir, lakin eyni zamanda müharibəyə hazır olduqlarını vurğulayırdılar. İran anlayır ki, baş verə biləcək bir müharibə onun üçün çox baha başa gələ bilər. Hətta bəziləri hesab edir ki, İran təkcə İsraillə belə tam miqyaslı qarşıdurmaya tab gətirə bilməz, nəinki ABŞ-la. Bununla belə, ABŞ üçün də bu müharibə asan olmayacaq, çünki hərbi toqquşma istənilən halda ciddi itkilərə yol aça bilər. ABŞ-ın birbaşa hərbi müdaxilə etməsi ehtimalı azdır. Daha real ssenari – ilkin mərhələdə İsraildən istifadə edilməsi, yəni proksi müharibədir. Necə ki, demokratlar Ukrayna vasitəsilə Rusiyanı zəiflətməyə çalışdılar, indi də İsrailin İranla qarşıdurmada ön plana çəkilməsi mümkündür. Müharibənin yaxın günlərdə başlayacağı ehtimalı zəifdir. ABŞ böyük ehtimalla təmkinli davranacaq və müharibə qərarından öncə bütün mümkün riskləri nəzərə alacaq. Bununla yanaşı, bu proses Türkiyə ilə münasibətlərə də təsir göstərə bilər. Tramp bu amili nəzərə almalı və gərəkli olarsa, preventiv addımlar atmalıdır. Eyni zamanda, Çin və Rusiya faktorları da diqqətdən yayınmamalıdır. Tramp yalnız tam arxayın olduqdan sonra – ya birbaşa, ya da İsrail vasitəsilə – hərbi əməliyyatlara başlaya bilər. Amma o vaxta qədər iqtisadi təzyiqlər, xəbərdarlıqlar və siyasi bəyanatlar davam edəcək. Müharibə ABŞ üçün ən son variantdır, lakin lazım gələrsə, bu yoldan da çəkinməyəcək. İranın “hüquq, dialoq, bərabər əsasda danışıqlar” kimi ritorikası isə həm xarici, həm də daxili auditoriyaya hesablanıb. İran, ABŞ-a mesaj verməyə çalışır ki, biz təzyiqlə deyil, yalnız bərabərhüquqlu əsaslarla müzakirə aparmağa hazırıq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 07 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri