ÜST rəhbəri: Yeni pandemiya baş verəcək
Icma.az, Milli.az portalına istinadən məlumat verir.
"Gec-tez yeni pandemiya baş verəcək və bu nəzəri risk deyil, epidemioloji əminlikdir".
Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
Onun sözlərinə görə, növbəti pandemiya gözləməyəcək: "Yeni bir pandemiya 20 il və ya daha çox müddətdə baş verə bilər və ya sabah da ola bilər. Amma bu baş verəcək və hər halda hazır olmalıyıq. Rəsmi olaraq 7 milyon insan COVID-19-dan öldü, lakin biz həqiqi rəqəmin 20 milyon olduğunu təxmin edirik. İnsan itkisinə əlavə olaraq, pandemiya 10 trilyon dollardan çox qlobal iqtisadi məhsulu məhv etdi".
O, pandemiya sazişi üzrə danışıqlarda konsensusun əldə olunmasının mümkünlüyünə əmin olduğunu bildirib. ÜST rəhbəri əmin edib ki, belə bir saziş ÜST-yə üzv olan heç bir dövlətin suverenliyinə xələl gətirməyəcək, əksinə, milli suverenliyi və beynəlxalq fəaliyyəti gücləndirəcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 08 Aprel 2025 00:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















