Icma.az
close
up
RU
Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

Ceyhun Sultanov: Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Neftçi"nin sabiq idman direktoru Ceyhun Sultanovun Sportinfo.az-a müsahibəsi

- Azərbaycan millisinin son iki oyundakı məğlubiyyətini necə qarşıladınız?

- İlk oyunda gözlənilən məğlubiyyət idi. Çünki Haitini tanıyırdım. Amma Belarus dişimizə görə rəqib olsa da milli yenə aciz göründü. Açığı, Belarusun son illər bizə qarşı belə oyunun görməmişdim. Bu da İspaniyadan olan məşqçinin gördüyü işdi. Hətta deyərdim ki, rəqibin heyətində "taxt" kimi futbolçular bu günə bizim cərimə meydançasında ispan futbolu göstərirdi. Bu məni çox qıcıqlandırdı.

- Millinin dərdi nədir?

- Problem futbolçu potensialındadır. Bu gün oyunçularımızın səviyyəsi getdikcə aşağı düşür. Bunu hamı görür. Açığı, bu dərəcədə bərbad olacağımızı gözləmirdim. Cavanlara meydan verib, adını gəncləşdirmə qoyuruq. Milli komandada gəncləşdirmə epizodik olur. Milli komandada kim hazırdısa o da oynamalıdır. Bu gün Qara Qarayev hazırdısa o da oynamalıdır. Ronaldo 40 yaşında millidə çıxış edir. Millinin heyətində yersiz dəvətlər çoxdur. Kim hazırdısa milli də onun üçündür. Bura klub deyil. Seçmə mərhələdə cəmi 6 oyun olacaq. Hazır olan oyunlara çıxmalıdır. Meydana çıxanların potensialının sıfır olduğunu gördük.

- Bəs Fernandu Santuşun qəbahəti nə qədərdi?

- Açığı, onun milli komandamızda işini görəndən sonra dahi məşqçi olmasına şübhəm var. Avropa çempionu olmasını qabardırıq. Portuqaliya millisində kimlər yer almırdı? Ancaq ondan sonra işlədiyi heç bir yerdə nailiyyəti yoxdur. Bizim millidə sistemli müdafiə qurmaq mümkün deyilsə, problem həm də baş məşqçidədir. Oyunçu potensialı hər nə qədər aşağı olsa da məşqçi bacarığının qığılcımları görünməlidir. Onu da görmürük. İndiki durumda gənclər millimizin baş məşqçisi Ayxan Abbasovu Santuşdan daha savadlı, daha güclü hesab edirəm.

- Bu şərtlər altında portuqaliyalı ilə yola davam etməyin vaxt itkisi olduğunu demək olar?

- Ümumi götürəndə hansı məşqçini gətirsək vaxt itkisidir. Aşağı-yuxarı bir az yaxşı ola bilər. Bu da 2028-də Avropa çempionatına getmək üçün yetərli deyil.

- Belə bir tələb, istək illüziya deyil?

- Faktiki qarşımıza 2028-ci ildə qrupdan çıxmaq vəzifəsi qoyulub. Əminliklə deyirəm ki, bu vəziyyətdə 2038-də bəlkə bunu bacarmaq olar. Bu qədər açıq reallığı görməyən adamın ya gözü kordur, ya da görür vecinə deyil.

- Problemlər bu qədər dərindirsə, əcnəbi mütəxəssisi millinin başına gətirənlər xəta etməyibmi?

- Praktikada daha kimləri gətirmədik ki? Bunun effektini görmədik. Azərbaycanlı 3 oyun uduzan kimi hamı hücuma keçir. Əvəzləyib yenisini gətirirlər. Bizə bu gün imic formalaşdırmaq lazım deyil. Komanda formalaşdırmağa ehtiyacımız var. Hə, Santuş ad olaraq gəlib, lakin ortada bir iş yoxdur. Eşşək palçığa bir dəfə batır. Bizdə illərdi bata-bata gedirlər.

- Yeni strategiya da işə yaramayacaq?

- Belçika şirkəti əla strategiya hazırlayıb. Çox xoşuma gəldi. Amma 3 il üçün deyil axı. Minimum 15 il lazımdır ki, həmin işi icra edəsən. Mənə maraqlıdır ki, həmin şirkətlə bunu kim danışıbsa səhv məlumat verilib. 4 il yox, 15 illik proqram olmalıdır.

- Bəlkə, əcnəbi şirkət AFFA rəhbərliyini şirin vədlərlə aldadıb?

- Əlbəttə, futbolu bilməyən adamlarla məsləhətləşiblərsə onlar aldadıblar. Yox, futbolu bilən adamlar danışıqda olubsa, deməli bizimkilər də onların tayıdır. Kimin danışıqlarda olduğu mənə maraqlıdır.

- Siz də futbol funksionerisiz. Sizdən fikir alan olub?

- Yox. Açığı, mənimlə danışan olsaydı, milyonlar da xərclənsə heç vaxt 4 illik proqrama əl qoymazdım. Aşağıdan gələn futbolçularımız o səviyyədə deyil. Ancaq 15 ilə uğur əldə etmək olar. 4 ilə görə biləcəyimiz ən yaxşı iş infrastrukturu qurmaqdır.

- Bunun üçün əcnəbi şirkətə ehtiyac vardı?

- Yox, əcnəbi şirkət detallara gedir. Onların təcrübəsi daha çoxdur. Lakin bir məsələ var ki, onlar Avropa təcrübəsi ilə işə yanaşır. Belçika şirkəti düşünür ki, 4 ildən sonra aşağıdan gələn futbolçular üst səviyyədə olacaq. Bilmirlər ki, aşağıdan gələnlərin səviyyəsi necədir. Elə zənn edirlər ki, bizim Birinci Liqa ilə Belçikanın aşağı divizionu eynidir. Anlamırlar ki, Birinci Liqamız oranın Region Liqasıdır. Mən hələ də bilmirəm ki, Belçika şirkəti ilə burada kim danışıb. Kim onları inandırıb ki, 4 ildən sonra bizim aşağıdan gələn futbolçularla hədəfə çatmaq olar.

- Yəqin ki, AFFA rəhbərliyi danışıqlarda tərəf olub.

- AFFA rəhbərliyindən kim ola bilər? Rövşən Nəcəf ola bilməz. Çünki onun bundan anlayışı yoxdur. Bunu edən futbol adamları olub. O şəxsləri tapmaq lazımdır. Mən çox maraqlanmışam, amma tapa bilmirəm. Çünki Belçika şirkəti özündən belə şey deməz.

- Ceyhun müəllim, dediniz mənimlə məsləhətləşən olmayıb. Artıq 4 ildi kənarda qalmısınız. Səbəb nədir?

- Bunun cavabı mənim özümə də maraqlıdır. Sonuncu dəfə "Neftçi"də işləmişəm. Prezidentdən sonra klubu idarə edən şəxs olmuşam. Ən pis nəticəmiz də gümüş medal olub. Çempion olmuşuq. "Neftçi" kimi komandada bunu bacarmışam. Kənarda qalmağı özüm də anlaya bilmirəm. Bəlkə də kiminsə iş prinsiplərinə uyğun gəlmirəm. Buna normal qarşılayıram. Ancaq bilirəm ki, zaman ötəcək, nə vaxtsa mənə dönəcəklər.

- Ümumiyyətlə təklif olmayıb?

- Təkliflər olub. Hətta ölkə xaricindən də.

- Bəs işləməyə nə mane olub?

- Mənim vəzifəm idman direktoru olub. Bu sahədə püxtələşmişəm. Ondan aşağı vəzifəyə gedə bilmərəm. Qarşıma qoyduğum prinsipdir. Bundan geri çəkilməyəcəm. Bu gün hansısa klubdan dəvət gəlsə ki, gəl skautinq şöbəsinin rəhbəri ol, mən razılaşmayacam.

- Bu durum sizdə inciklik yaradıb?

- Yox, belə olsaydı, öz işimi qura bilməzdim. Tam olaraq futboldan uzaqlaşıb tikinti işində çalışardım. Bütün klub rəhbərləri ilə yaxşı münasibətim var. Kimdənsə iş xahiş etməmişəm.

- Bəs onlar niyə yanında sizi görmək istəmir?

- Mən çox güclü idarəçiyəm. Güclü adamı da heç kim yanında görmək istəməz. Yenə də kimdənsə küsmürəm. Amma bir şeydən narahatam.

- Nədən?

- Federasiya rəhbərliyi məni tanıya-tanıya bir dəfə zəng edib məsləhət almayıb. Özüm də zəng edib "mən də varam" deməmişəm. Maqsud müəllim ("Sabah"ın prezident, AFFA İcraiyyə Komitəsinin üzvü) məni yaxşı tanıyır. Bilmir ki, hardayam, nə edirəm? Nəsə var ki, maraqlanmayıblar. Özləri məsləhət bilsə, nəsə olar.

- Gözləntiniz olub?

- Hər zaman gözləntim olub. Bilirəm ki, nə vaxtsa məni çağıracaqlar. İllər keçdikcə daha da dibə gedirik. Mən o işçilərdən deyiləm ki, maaş alım, qarşılığını verməyim. Elə olsaydı "Keşlə"də və ya başqa çox yerdə qalıb işləyərdim. Qol çəkib maaş almağı xoşlamıram.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:343
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 06 Aprel 2025 22:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri