ABŞ İran neftinin tədarükü üçün lisenziya verdi
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İran neftinin istehsalı və satışına icazə verən ümumi lisenziya yayımlayıb.
Qaynarinfo xəbər verir ki, icazə 2026-cı il 21 avqusta qədər qüvvədə olacaq. Bu barədə qurumun rəsmi saytında yer alan məlumatda bildirilir.
Məlumata əsasən, ötən həftə Vaşinqton və Tehran arasında imzalanmış anlaşma memorandumu çərçivəsində ABŞ İranın xam neft, neft məhsulları və emal olunmuş neft məhsullarının ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına razılıq verib. Buraya bank əməliyyatları, sığorta və nəqliyyat daxil olmaqla bütün əlaqəli xidmətlər də aiddir.
Lisenziya çərçivəsində icazə verilən əməliyyatlara İran mənşəli xam neftin, neft-kimya və neft məhsullarının ABŞ-a idxalı da daxildir. Sənəd Şimali Koreya və Kuba ilə əlaqəli əməliyyatlara şamil edilmir.
21 iyunda İsveçrədə İran, ABŞ və Qətər nümayəndələrinin üçtərəfli görüşü keçirilib. Görüşdə Livanda atəşkəs və Tehranın dondurulmuş aktivlərinin azad edilməsi məsələləri müzakirə olunub.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 22 İyun 2026 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















