Icma.az
close
up
RU
ABŞ İran nüvə razılaşması: Diplomatik gərginliklər və perspektivlər TƏHLİL

ABŞ İran nüvə razılaşması: Diplomatik gərginliklər və perspektivlər TƏHLİL

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Beynəlxalq münasibətlər sistemində İranın nüvə proqramı uzun illərdir ki, qlobal təhlükəsizlik üçün mühüm müzakirə mövzularından biri olaraq qalır. Xüsusilə ABŞ-nin bu məsələyə yanaşması həm regional, həm də beynəlxalq arenada ciddi siyasi və iqtisadi nəticələr doğurur.

Son illərdə Vaşinqtonun Tehranla münasibətləri müxtəlif administrasiyalar dövründə fərqli yanaşmalarla müşayiət edilib. ABŞ prezidenti Donald Trampın "Fox Business" telekanalına verdiyi müsahibədə İranla nüvə razılaşmasına üstünlük verdiyini bildirməsi, bu istiqamətdə yeni siyasi perspektivlərin müzakirəsinə zəmin yaradır. Trampın sözlərinə görə, İranın nüvə silahına sahib olmaması ABŞ üçün prioritetdir və bu məqsədlə danışıqların aparılmasına ümid edilir.

Bu mövzu ətrafında ABŞ-nin və İranın mövqeləri, beynəlxalq reaksiyalar və mümkün ssenarilər nələr olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, Donald Trampın İranla bağlı siyasətində iki fərqli yanaşma müşahidə olunur:

“Tramp 2016-2020-ci illərdəki prezidentliyi dövründə Tehrana qarşı daha sərt mövqe tuturdu. Həmin dövrdə baş verən ən mühüm hadisələrdən biri ABŞ-nin İranın yüksək rütbəli generalı Qasım Süleymanini İraq ərazisində hədəf alması oldu. Bu, mahiyyət etibarilə dövlət səviyyəsində terror aktı hesab edilə bilər, çünki üçüncü bir dövlətin - İraqın ərazisində başqa bir ölkənin yüksək vəzifəli hərbçisinə qarşı hücum həyata keçirildi”.

Həmsöhbətimiz qeyd edib ki, hazırda Trampın mövqeyində ciddi dəyişikliklər müşahidə olunur. Onun sözlərinə görə, Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun təsiri altından çıxmağa cəhd edir və hətta açıq şəkildə Netanyahu haqqında aşağılayıcı bəyanatlar verib:

“Bu da Trampın əvvəlki dövrdə İsrail siyasətinin təsiri altında olduğunu və bunun yanlış bir mövqe olduğunu dolayı yolla etiraf etməsi kimi qiymətləndirilə bilər. Hazırda isə o, İranla nüvə sazişinə getmək üçün daha konstruktiv bir yanaşma sərgiləyir”.

T.Abbasovun sözlərinə görə, bu yanaşma Trampın 2016-2020-ci illərdə Şimali Koreya ilə apardığı nüvə danışıqlarına da bənzəyir:

“O dövrdə Tramp Koreya yarımadasına səfər edərək danışıqlar aparmağa cəhd etsə də, ciddi bir razılaşmaya nail ola bilmədi. İndi isə oxşar addımı İranla atmağa çalışır. Burada Rusiyanın da rolu nəzərəçarpacaqdır, çünki Moskva Tehranla Vaşinqton arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib. Bundan əlavə, Rusiya da məsələnin dinc yolla həllini tələb edir”.

Tofiq Abbasov: Donald Trampın mövqeyində ciddi dəyişikliklər müşahidə olunur

Müsahibimiz qeyd edib ki, Tramp öz bəyanatlarında qəti şəkildə müharibələrə qarşı olduğunu vurğulayır:

“Əgər İranın həqiqətən də nüvə silahı hazırlamaq planı yoxdursa, istər-istəməz tərəflər arasında müəyyən bir razılaşma əldə olunacaq. Bu məqamda İran daxilindəki siyasi qüvvələrin də mövqeyi mühüm rol oynayır. Prezident Məsud Pezeşkian və hökumət müəyyən dərəcədə Qərblə danışıqlara açıq olduqlarını bildiriblər. Lakin İranın ali dini lideri Əli Xamenei daha mühafizəkar mövqe tutur və qərarvermə səlahiyyəti əsasən ona məxsusdur”.

Politoloq əlavə edib ki, Trampın Əli Xameneyiyə məktub göndərməsi və açıq şəkildə danışıqlara hazır olduğunu bəyan etməsi, iki tərəf arasında müəyyən bir orta xətt tapmaq cəhdinin göstəricisidir. Bununla yanaşı, hazırda Rusiya ciddi sanksiyalarla üzləşir, İran isə artıq 40 ildən çoxdur ki, müxtəlif məhdudiyyətlərə məruz qalır. İran şirkətlərinin fəaliyyət dairəsi daraldılır və ölkə iqtisadi olaraq sıxışdırılır. Lakin bu siyasət ABŞ-nin özünə də baha başa gəlir:

“Birincisi, ABŞ şirkətləri Rusiyadan uzaqlaşaraq 300 milyard dollardan artıq iqtisadi itkiyə məruz qalıblar. İran bazarından da çəkilmək nəticəsində oxşar iqtisadi zərərlərlə üzləşiblər. Tramp isə iş adamı kimi başa düşür ki, əgər Rusiya və İrana tətbiq edilən məhdudiyyətlər yumşaldılsa, ABŞ şirkətləri yenidən bu bazarlara daxil ola bilər. Ancaq reallıq ondan ibarətdir ki, Qərb şirkətləri İran və Rusiya bazarlarından çəkildikcə, onların yerini artıq Çin, Hindistan, Malayziya, Cənubi Koreya və Yaponiya kimi ölkələrin şirkətləri tutub”,- Tofiq Abbasov fikrini yekunlaşdırıb.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 Mart 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see260

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see242

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see233

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see230

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see217

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see216

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see207

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see188

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see180

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see180

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see171

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see171

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see168

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see157

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see155

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see153

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see151

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri