Icma.az
close
up
RU
İran ABŞ diplomatik təmasları:nəticə olacaqmı?

İran ABŞ diplomatik təmasları:nəticə olacaqmı?

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

ABŞ ilə İran arasında diplomatic təmasların davam etdirilməsi və nəticə verib-verməyəcəyi dünya mediasında müzakirə mövzularından biridir. Bununla bağlı ziddiyyətli fikirlər var.
Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Tehranın nüvə proqramı ilə bağlı razılaşma üçün İranla müzakirələri davam etdirir. O qeyd edib ki, ABŞ lideri Donald Tramp İran hakimiyyəti ilə əlaqə saxlamayıb: “Xüsusi elçimiz Stiven iranlılarla həm birbaşa, həm də vasitəçilərlə əlaqə saxlayır. Bu əlaqə davam edir. Prezident Donald Tramp isə İranla danışmayıb”.
“Xalq Cəbhəsi” mövzunu politoloqlarla araşdırıb.

“ABŞ danışıqların davam etdiyini deyir”

Siyasi şərhçi Turan Rzayev bildirib ki, 12 günlük İran İsrail gərginliyinə baxmayaraq ABŞ-nin İranla nüvə proqramı ilə bağlı müzakirələri davam etməsi həm diqqət çəkir, həm də müsbətdir: “ABŞ Prezidenti Donald Trampın birbaşa İrana müraciət etməməsinə baxmayaraq xüsusi nümayəndə Stiven Uitkoffun vasitəsilə İranla dialoq saxlanılır. Bu yanaşma ABŞ-nin İrana qarşı sərt ritorikasını diplomatik kanallarla balanslaşdırmaq istədiyini ortaya qoyur. Məlum olduğu kimi, İranın nüvə proqramı ilə bağlı vəziyyət qeyri-müəyyəndir. ABŞ və İsrailin bu ölkənin nüvə obyektlərinə zərbə endirməsi, habelə nüvə alimlərini sıradan çıxarması proqramın durduğu iddiaların yayılmasına səbəb olmuşdu. Amma ABŞ danışıqların davam etdiyini deyir”.

Hazırkı dialoq uzunmüddətli bir prosesin parçasıdır”

T.Rzayev deyib ki, hazırda Stiven Uitkoffun İranla dialoqu bu mürəkkəb vəziyyəti yumşaltmaq və 2015-ci il razılaşmasına qayıtmaq istiqamətində mühüm addımdır: “O, həm birbaşa, həm də vasitəçilər vasitəsilə danışıqlar aparır ki, bu da ABŞ-nin dialoqa açıq olduğunu, lakin eyni zamanda, sərt mövqeyini qoruduğunu göstərir. Bu müzakirələr yalnız ABŞ və İran arasında deyil, həm də region ölkələri, xüsusilə İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri üçün də böyük əhəmiyyət daşıyır. Bu ölkələr İranda nüvə proqramının silahlanmaya çevrilməsini böyük təhlükə hesab edir. Nəticə olaraq, hazırkı dialoq mürəkkəb, həssas və uzunmüddətli bir prosesin parçasıdır. ABŞ-nin diplomatik kanallarla əlaqələri davam etdirməsi, gərginliyi azaltmaq və nüvə proqramı ilə bağlı razılaşmaya yol açmaq üçün mühüm addımdır. Lakin hər iki tərəfin mövqelərinin sərtliyi və qarşılıqlı etimadın aşağı səviyyədə olması müzakirələrin uğurla nəticələnməsi üçün hələ çox iş görülməli olduğunu göstərir”.

“Tərəflər kompromisə hazır olmalıdır”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva söyləyib ki, İran və ABŞ arasında yenidən başlanan diplomatik təmasların nəticəsi bir neçə faktordan asılı olaraq dəyişə bilər, lakin bu prosesin öz-özlüyündə başlanması belə artıq regional və qlobal səviyyədə mühüm əhəmiyyət daşıyır: “Uzun illərdir bir-birinə qarşı açıq və dolayı şəkildə rəqabət aparan bu iki dövlət arasında dialoqun bərpası, ilk növbədə Yaxın Şərqdə hərbi gərginliyin azaldılması və İranın nüvə fəaliyyətlərinin nəzarət altına alınması baxımından vacibdir. Bu təmasların uğurla nəticələnməsi üçün hər iki tərəf kompromisə hazır olmalıdır. ABŞ üçün əsas prioritet İranın uranı yüksək səviyyədə zənginləşdirmə fəaliyyətini dayandırması və bölgədəki silahlı qruplaşmalara verdiyi dəstəyin məhdudlaşdırılmasıdır. İran isə sanksiyaların aradan qaldırılması, xarici hesablarının dondurulmasının ləğvi və nüvə razılaşmasına qarşılıqlı hörmətin bərpasını istəyir. Tərəflərin bu mövqelərdən nə qədər geri çəkiləcəyi razılaşmanın taleyini müəyyən edəcək”.

“Bu təmaslara münasibət birmənalı deyil”

Politoq qeyd edib ki, eyni zamanda, bu danışıqların nəticələrinə İsrailin mövqeyi də ciddi təsir göstərə bilər: “İsrail İranla hər hansı güzəştə qarşı çıxır və diplomatik prosesləri sabotaj etməyə cəhd edə bilər. Eləcə də Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin münasibəti danışıqlara dolayı təsir göstərəcək. Əgər Vaşinqton bu ölkələrin təhlükəsizlik narahatlıqlarını nəzərə alaraq balanslı yanaşma nümayiş etdirə bilsə, proses irəliləyə bilər. İran daxilində də bu təmaslara münasibət birmənalı deyil. Mühafizəkar dairələr ABŞ-a etibar etməməyi tövsiyə edir, lakin iqtisadi və sosial təzyiqlər fonunda pragmatik mövqe güclənir. Vaşinqtonda isə Trampın ikinci dönəmində daha çox “şərtli diplomatiya” üstünlük təşkil edir – yəni dialoq var, amma sərt nəzarət və tələblərlə. Nəticə etibarilə, bu danışıqlar ya yeni bir nüvə razılaşmasına gətirib çıxaracaq, ya da bir müddətlik gərginliyin azaldılması ilə məhdudlaşacaq. Tam və davamlı razılaşma yalnız qarşılıqlı güzəştlər və beynəlxalq zəmanətlərin iştirakı ilə mümkündür. Əgər bu baş verərsə, regionda nisbi sabitlik yaranacaq, əks halda isə diplomatik masa yenidən partlayışdan əvvəlki son dayanacaq ola bilər”.

“Yeni bir qarşıdurmanın olacağı qaçılmazdır”

Politoloq Samir Hümbətov diqqətə çatdırıb ki, hələki ABŞ İranla danışıqları davam etdirir, həm də onsuz da İrana tətbiq edilən hücuma qədər 5 raund görüşlər olmuşdu, amma nəticə vermədi: “Sonunda nə baş verdi? Müharibəyə keçdilər. Mən bu vəziyyətin müsbət nəticə verəcəyini düşünmürəm. Danışıqlar gedə bilər, təmaslar davam edə bilər, amma bu, İran-İsrail müharibəsinin bitməsi anlamını daşımır. Hesab edirəm ki, çox böyük ehtimal İran və İsrail arasında hardasa yeni bir qarşıdurmanın olacağı qaçılmazdır. Yəni gedişat onu göstərir. Sadəcə mən düşünürəm ki, ABŞ-nin indiki etdikləri, yəni İranla apardığı danışıqlar bu, bir növ zamana oynamaq anlayışını ifadə edir. Düzü, bu, mənə səmimi gəlmir və Uitkoffun fikirlərini də sadəcə olaraq zamana söylənmiş fikir kimi qəbul edirəm”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 02 İyul 2025 23:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see402

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see372

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see359

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see300

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see282

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see254

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see253

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see240

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see230

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see224

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see218

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see217

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see204

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see203

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see195

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see173

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see172

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see172

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri