“ABŞ İran qarşıdurması hələ uzun müddət davam edəcək”
Icma.az bildirir, Xalqcebhesi portalına istinadən.
“ABŞ ilə İran arasında gərginlik uzun illərdir davam edən və zaman-zaman fərqli mərhələlərə keçən bir prosesdir”.
Bu sözləri deputat Fazil Mustafa “Xalqcebhesi.az”a açıqlamasında deyib.
Deputatın sözlərinə görə, bu münasibətlərdə müəyyən dövrlərdə nisbi sakitlik müşahidə olunsa da, əsas problemlər həll olunmadığı üçün qarşıdurma tam şəkildə aradan qalxmır.
Tərəflər arasında gedən proses faktiki olaraq davam edən geosiyasi mübarizədir.
ABŞ-İran gərginliyi nə vaxt azalıb ki? Sadəcə müəyyən dövrlərdə müvəqqəti fasilələr yaranır. Problem tam həll olunmadığı müddətdə bu qarşıdurma müxtəlif platformalarda davam edəcək. ABŞ öz strateji hədəflərinə çatmağa çalışır, İran isə müqavimət göstərmək niyyətindədir”.
Millət vəkili bildirib ki, texnoloji və hərbi üstünlük daha çox ABŞ tərəfində olsa da, İran geri çəkilmək niyyətində görünmür:
“Vaşinqtonun texnoloji imkanları daha genişdir və prosesdə üstün mövqedə olduğu görünür. Amma İranın da təslim olmaq niyyəti yoxdur. Buna görə də gərginliyin yaxın zamanda tam bitəcəyi inandırıcı görünmür. Region ölkələrinin prosesdə fəallaşması qarşıdurmanın daha geniş geosiyasi xarakter aldığını göstərir.Son hadisələr göstərdi ki, Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələr də mümkün riskləri gözləmədən öz addımlarını atmağa başlayıblar. Bu isə bölgədə yeni ittifaqların və təhlükəsizlik xəttinin formalaşdığını göstərir”.
F. Mustafanın fikrincə, proses yalnız tərəflərdən birinin müəyyən tələbləri qəbul etməsindən sonra nisbətən səngiyə bilər, lakin gələcəkdə yenidən gərginliyin yaranması ehtimalı qalacaq.
Günel Elxan
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 May 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















