Icma.az
close
up
RU
ABŞ İRAN TÜRKİYƏ ÜÇBUCAĞINDA NƏLƏR OLUR? İstənilən halda fars rejimi uduzan tərəfdir...

ABŞ İRAN TÜRKİYƏ ÜÇBUCAĞINDA NƏLƏR OLUR? İstənilən halda fars rejimi uduzan tərəfdir...

Icma.az bildirir, Azpolitika.az portalına istinadən.

Namiq Bilal

Tez-tez deyilr, bir daha təkrarlayaq: Birləşmiş Ştatların İranla bağlı siyasətində iki vazkeçilməz şərt var. Bunlardan birincisi, İranın nüvə silahından məhrum edilməsi, ikincisi isə İranın bütövlüyünün qorunması və fars rejiminin hakimiyyətdə saxlanmasıdır. İki dövlət(ABŞ və İran) arasında uzun illərdir davam edən ˝iki dost, iki düşmən˝ oyunu bu iki önəmli şərt arasında dönüb - dolaşır.

Bu müdhiş geopolitik oyunun üçüncü ayağı da var. Bu, Türkiyə və Türk dünyasıdır. Ağ Ev fars rejimli İrandan türklərə qarşı ən böyük ˝protivoves˝ kimi istifadə edir. Türkiyə-İran münasibətləri tarıma çəkilmiş durumdadır. Digər tərəfdən, ABŞ-Türkiyə münasibətləri də ˝mehriban düşməncilikdən˝ qurtula bilmir. Bu ˝üç gözlü tərəzidə˝ hansı tərəfin daha ağır basmasının kimin xeyirinə, kimin ziyanına olduğunu araşdırmağa çalışaq.

Əsrlər boyu Avropa, son əsrdə isə ABŞ maksimum şəkildə çalşıb ki, Türkiyəni və İranı vuruşdursun. Bunun üçün çox oyunlar qurulub, çox ssenarilər tərtib olunub. Böyük Türk-İran toqquşması həm Avropanın, həm də Birləşmiş Ştatların Avrasiya məkanındakı çox ciddi problemlərinin həlli olardı.


İran da hər zaman çalışıb ki, ABŞ-İsrail cütlüyü ilə Türkiyəni qarşı-qarşıya gətirsin. Buna nail olmaqdan ötrü öz yardımını təklif etməkdən belə çəkinməyib. Fars rejiminin nəzarətində olan rəsmi telekanalların ˝Türkiyəni zəiflətmək üçün ABŞ və İsraillə işbirliyinə getməliyik˝ tipli bəyanatlarını yada salaq. Türkiyə də ən müxtəlif səviyyələrdə İranı İsraillə birgə PKK-ya dəstək verməkdə ittiham edib.

Gələk Türkiyənin maraqlarına. Fars rejimi altındakı İran Türkiyə və bütovlükdə Türk dünyası üçün açıq təhdiddir. Fars rejiminin həm daxili, həm də xarici siyasətinin ana xətti anti-Türk siyasətidir. Fars rejimi sərbəst beynəlxalq güc deyil, Qərbin əlində həm türklərə qarşı, həm də Böyük Orta Doğunu parçalamaq üçün istifadə edilən alətdir. Ortalığı yetərincə qarışdıran bu ˝alətin˝ aradan qalxması Türk maraqları baxımından olduqca önəmlidir. Bu səbəbdən, ABŞ-İsrail cütlüyü ilə İran arasındakı gərginliyin artması Türk dünyası tərəfindən maraqla izlənilir.

İlginc mənzərədir. Hərənin öz oyunu var və tərəflərdən hər biri digər iki tərəfin toqquşmasında maraqlıdır. Amma hamı ehtiyatlıdır. Tərəflərdən heç birinin pozmağa risk etmədiyi pat vəziyyəti yaranıb. İndiki durumda elə görünə bilər ki, bu pat vəziyyətini poza biləcək yeganə faktor İranın nüvə proqramıdır. Lakin bir qədər diqqətlə yanaşıldıqda anlaşılır ki, nüvə silahına sahib olmaq fars rejiminin var olması üçün vazkeçilməz şərt deyil. Əksinə, bu istək molla rejimi üçün ciddi təhlükəyə dönüb.

Böyük ehtimalla, Tehran son anda nüvə silahından imtina edəcək və bu addım yaranmış böyük dəngənin dağılmasını əngəlləyəcək. Üstəlik, həm İsrail, həm də ABŞ fars rejiminə az qala açıq mətnlə deyirlər ki, nüvə silahından imtina et, səni qoruyaq. ABŞ-İran danışıqları da işlərin bu istiqamətdə getdiyini göstərir.

ABŞ və İsrail üçün qırmızı cizgi İranın nüvə silahına sahib olmasıdırsa, rəsmi Tehranın qırmızı cizgisi fars-molla hakimiyyətinin devrilməsidir. Toqquşma da bu iki qırmızı cizgi arasındakı ˝boz zolaqda˝ baş verir. Razılaşma olmayacaqsa, İranın nüvə obyektləri vurulacaq və İran sərt cavab verməyəcək. Çünki sərt cavab İranın neft-qaz sənayesinin, infrastruktur obyektlərinin və hakimiyyət quruluşlarının dağıdılması ilə nəticələnər, fars rejiminin çöküşünü qaçılmaz edərdi. ABŞ isə bu halda regiondakı ən böyük pərdəarxası müttəfiqini itirərdi. Deməli, danışıb razılaşacaqlar. Daha doğrusu, bu razılaşmanı hər iki tərəfin vazkeçilməz maraqları tələb edir.

Məsələnin daha maraqlı tərəfi ˝danışıq-barışıq˝ olayından sonrakı mərhələdir. Böyük ehtimalla razılaşmadan sonra İran üzərindəki sanksiyalar yüngülləşdiriləcək. Bu həm İranın, həm də Birləşmiş Ştatların marağına uyğundur. Belə ki, sanksiya yükü azalacaqsa, İran müəyyən qədər vəsait qazanacaq, nəfəs alacaq. ABŞ-nin marağı isə bir qədər “tüklənib-güclənən” İranın türklərə qarşı daha ciddi dirəniş göstərməsi olacq. Üstəlik, razılaşma Trampın çox arzuladığı neft qiymətlərinin düşməsinə də kömək edərdi.

Bununla belə, sanksiyaların mümkün ləğvindən sonra İrana gələcək pulların ölkə iqtisadiyyatına və sosial problemlərin həllinə yönələcəyini düşünmək sadəlöhvlük olardı. Belə rejimlər mahiyyətcə qurucu ola bilmirlər. Pul gələcəksə, həmin pullar yenə də vəkalət güclərinə yönləndiriləcək. Amma bu dəfə yatırımlar məzhəb və İsrail düşmənçiliyinə deyil, anti-Türk vəkillərinə yönəldiləcək. İsrailin və ABŞ-nin fars rejimi qarşısında qoyduqları yeni geopolitik sifariş də budur. İsrail durmadan ən yüksək pərdədən ˝Türkiyə bizim üçün İrandan daha böyük təhlükədir˝ bəyanatlarını səsləndirir. Türkə qarşı dirənəcəklər və bu dirənişdəki ən böyük təbii müttəfiqləri fars-molla rejimidir.


Hərənin öz oyunu var, Türkün də öz oyunu var. Və Türkün əli daha güclüdür. ABŞ, İsrail və İran bir maraq ətrafında birləşən süni müttəfiqlərdir. Hər üçü, qüdrəti artan deyil, əksinə zəifləyən güclərdir. İsrail geopolitik güc olmadığını özü sübuta yetirdi, ABŞ nəhəng geopolitik problemlərin girdabındadır, İran da həm daxildə həm də beynəlxalq müstəvidə daşınması çox zor olan çıxmazın içindədir. Türkiyə və Türk dünyası isə yüksələn gücdür və bu yüksəliş hansısa süni oyunlara deyil, real tabana söykənir.

Bu böyük oyunun taleyini həll edəcək yekun mənzərə belədir: Türklərin sayı yüz milyonlarladır, yəhudilərin regiondakı sayı 5-6 milyondur, farsların real sayı 30 milyon civarındadır, ABŞ isə taqətsizdir və uzaqdadır. Belə şəraitdə İsrail və ABŞ İranı türklərə qarşı nə qədər sərt basqıya sövq edəcəklərsə, fars rejimi daha sərt cavab alacaq. Və bu sərtləşmələrin sonu böyük ehtimalla İranın parçalanması olacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:68
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Aprel 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see278

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see256

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see167

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri