Icma.az
close
up
RU
“Azəryezid” yenə insanları suya möhtac qoyub XƏTAİ SAKİNLƏRİ GÜNLƏRDİR SU ÜZÜNƏ HƏSRƏTDİR

“Azəryezid” yenə insanları suya möhtac qoyub XƏTAİ SAKİNLƏRİ GÜNLƏRDİR SU ÜZÜNƏ HƏSRƏTDİR

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda ən çox şikayət olunan qurumlardan biri, bəlkə də birincisi Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyidir. Keçmiş adı ilə “Azərsu” adlanır. Lakin bu qurumun əsl adı “AzərYEZİD” olmalıdır. Ona görə ki, yay, qış demədən, insanların suyunu kəsir, vətəndaşın düşdüyü çətin duruma məhəl qoymur.

Təəssüflə qeyd etməliyik ki, çoxsaylı şikayətlərə rəğmən, bu quruma “dur” deyən yoxdur. Təkcə mətbuatda deyil, agentliyin sosial platformalarına daxil olduqda da əsasən tənqidlərə rast gəlirik. İnsanlar haqsız da deyillər. Amma gəlin görün, qurumun öz-özünə yazdığı təriflər nə qədər çoxdur. Səhifəyə daxil olursan, sanki “Şakiranın profilidir”. Öz-özünə tərif deməkdən bezmirlər.

Dünən səhər, 22.01.2026-cı il tarixində saat 07:30-dan etibarən Xətai rayonu, Ceyhun Həsənov küçəsi və digər ərazilərdə su yenə kəsilib. Artıq saat artıq 14:00-dur, hələ də su verilmir. Bu acınacaqlı vəziyyətlə bağlı Agentliyin mətbuat xidmətə bizə sadəcə səbrli olmağımızı məsləhət bilir. Qaynar xətt isə dünəndən “günün sonuna kimi veriləcək” deyir. Bu gün isə bildirirlər ki, “narahat olmayın, bəzi ərazilərə su verilib, sizin ünvana da veriləcək”.

Səbrdən başqa onsuz da əlimizdən heç nə gəlmir. Çünki insanları səbrdən çıxaran bu özbaşına qurum haqqında tədbir görən yoxdur.

Agentliyin elanını olduğu kimi dərc edirik:

“Yay mövsümündə suya artan tələbatın tənzimlənməsi və su keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görüləcək işlər çərçivəsində magistral xəttin qəzalı hissələrinin dəyişdirilməsi ilə əlaqədar 22.01.2026-cı il tarixində gün ərzində Xətai rayonunun bəzi ərazilərinə suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk.

‘955’ Çağrı Mərkəzi (7/24)”

İnsanları susuz qoymaq bir yana, hələ yalanlarına don geyindirməyi də bacarırlar. Əsas odur ki, cibləri dolsun, agentlik rəhbərliyinin yaşadığı evlərdə su, qaz, işıq kəsilməsin. Onlar üçün nə fərqi var, gün sonu və yaxud da bir neçə gün.

Hər kəsə bəllidir ki, icra hakimiyyətləri tərəfindən su çənləri artıq illərdir yığışdırılıb. Su kəsiləndə insanlar yalnız marketlərə qaçmaq məcburiyyətində qalırlar. Deməli, pulun yoxdursa, susuz ölməlisən.

Son zamanlar ayda 3–4 dəfə boruların partlaması, gecələr sayğacların quraşdırılması, Bakı–Qəbələ–Oğuz kəmərinin bərpası adı altında insanlara verilən zülmün başlıca məqsədi var. Bu da Azərbaycan xalqını dövlətdən narazı salmaqdır.

Necə ola bilər ki, 400 manat maaş alan fəhlə gecə sayğac yenilənməsində iştirak etsin? Necə ola bilər ki, külli miqdarda vəsaitə alınan borular cəmi iki ilin içində deşilsin və ya partlasın?!

İnsanlar susduqca bu qurumun özbaşınalığı bitməyəcək. Vətəndaşlar sosial şəbəkələr vasitəsilə Prezidentə və Birinci vitse-prezidentə müraciət edilər, amma təəssüf ki, şikayətlər ünvanına çatmır.

İnsanların problemləri kifayət qədər çoxdur. Dolanışıq yoxdur. Narkomaniya, oğurluq, içki aludəçiliyi artıb. Su kimi əsas ehtiyac qaynağının günlərlə kəsilməsi bu problemləri daha da dərinləşdirir. Söhbət 2–3 saatdan yox, günlərlə davam edən kəsintidən gedir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (“Azərsu”), yəni əslində “AzərYEZİD”, insafınız, vicdanınız olsun, insanları susuz qoymayın! Evində xəstəsi, əlili, imkansızı olanlar var. Aydındır ki, siz bunları düşünmürsünüz. Necə deyərlər, acın halından toxun nə xəbəri?!

Suyun kəsilməsi vətəndaşlara həm maddi, həm də mənəvi zərər vurur. Hara, kimə deyək dərdimizi? Niyə bu milləti ayağa qaldırmağa çalışırlar?

“Azərsu” rəhbərliyi və ya İctimaiyyətlə əlaqələr şöbəsi, zəhmət olmasa bu suallara cavab verin: Necə olur ki, eyni ərazidə bir ay ərzində üç dəfə qəza baş verir? Qəza olan borunu necə təmir edirsiniz ki, az keçməmiş yenidən “qəza vəziyyəti” yaranır?

Səhifənizdə özünüzə yalançı təriflər yazmaqla vəziyyət dəyişmir. Bu gün olmasa da, sabah vətəndaşların səsini Prezident eşidəcək və bunun da nəticəsi olacaq.

Jalə FAMİLQIZI

P.S. “Hürriyyət” qəzetinin və saytının susdurulmasının əsas səbəblərindən biri məhz bu cür halları üzə çıxarması olub. Heç vaxt haqsız, ədalətsiz məmurun yanında olmamışıq, haqqı tapdananı müdafiə etmişik. Bu səbəbdən Media Agentliyi jurnalistlərin ötən ildən qalan əməkhaqqını da mənimsədi.

Hurriyyet.org-u izləməyə davam edin. Yaxın günlərdə Vergilər Nazirliyinin bir əməkdaşının harınlamış əməlləri və sürdüyü bahalı avtomobillərlə bağlı material dərc olunacaq. Prezidentin xalq arasına çıxdığı bir dövrdə “Arena Plaza”da yerləşən vəzifəli şəxs polis müşayiəti ilə, zəncirlə hasarlanmış əraziyə avtomobilini daxil edir. Halbuki həmin yer vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulub. Həmin məmur plazanın içərisində maşını sürətlə idarə edir, polis əməkdaşı isə vətəndaşlardan tələb edir ki, yol verin, rəis gəlir. İsti havada bir maşın, qarlı havada bir maşın sürən məmur piyadanı görmək istəmir. Görün, Azərbaycan xalqını belə məmurlar nə günə qoyur. Bu kimi məlumatların yayılması məmurlara sərf etmir. Amma davamı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:56
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Yanvar 2026 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri