Icma.az
close
up
RU
ABŞ İran yaxınlığında qüvvələrini cəmləyir Tramp müdaxilə edəcək

ABŞ İran yaxınlığında qüvvələrini cəmləyir Tramp müdaxilə edəcək

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu artıq sadəcə üsyan deyil, inqilabdır”.

Bunu Globalinfo.az-a İrandakı prosesləri şərh edərkən İTON.TV telekanalının siyasi analitiki Aleksandr Qur-Arye deyib.

“İranda həyat səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə qarşı iqtisadi etiraz olaraq başlayan xalq üsyanı tədricən siyasi üsyana çevrilib. Etirazçılar günlərdir mübarizə aparır, orada baş verənlər barədə demək olar ki, etibarlı məlumat yoxdur və İran hakimiyyəti internetə çıxışı tamamilə kəsib. Elon Mask İrana Starlink qlobal internet sisteminə tamamilə pulsuz çıxış imkanı vermək üçün cəhd edib, lakin İran hakimiyyəti bunu bloklamağın yollarını tapıb. Bəzi məlumatlara görə, ölənlərin sayı minlərlə və ya daha çoxdur, təxminən 10.000 yaralı var. Küçələrdə döyüşlər gedir və İran hakimiyyəti atəş açmağa icazə verib. Etirazçılara, xüsusən də ətraf ərazilərdə, heç bir xəbərdarlıq edilmədən atəş açırlar. Prinsipcə, hakim rejim öz xalqına qarşı soyqırım törədir”.

Onun sözlərinə görə, İrandakı etirazçıların rejimi devirməyə müvəffəq olub-olmayacağı çox mürəkkəb məsələdir:

“İnqilab hazırda pik həddinə çatıb. Xarici qüvvələr müdaxilə etməsə, bəlkə də bir həftədən və ya daha az müddətdən sonra sakitləşəcək. Tramp bir daha vurğuladı ki, rejimin öz vətəndaşlarını güllələməsinə icazə verməyəcək və əgər bu davam edərsə, müdaxilə edəcək. Son 24 saat ərzində Amerikaya məxsus tanker təyyarələrinin Qətərdəki və İrana yaxın bazalara doğru necə hərəkət etdiyini gördük. Qüvvələrin əraziyə cəmləşməsi davam edir və hərbi gəmilər yoldadır. Tramp, güman ki, müdaxilə edəcək. Ən azından, iranlıların danışıqlara hazır olduqları və Trampın sözlərinə görə, hətta guya ona zəng edib danışıqlara başlamağı təklif etdikləri barədə məlumatlar var. Sual budur ki, Tramp danışıqlara və İran rejimi ilə hansısa bir razılaşmaya gedəcəkmi, yoxsa rejimi devirmək qərarına gələcək?”.

Ekspert hesab edir ki, İranda rejim süqut edərsə, alternativ hakimiyyətin və ya ən azından keçid hökumətin başına vəliəhd Rza Pəhləvi gələcək:

Aleksandr Qur-Arye

“O, dəfələrlə demokratik seçkilər keçirmək üçün müvəqqəti olaraq hakimiyyəti ələ keçirməyə, İrana müvəqqəti olaraq rəhbərlik etməyə hazır olduğunu bildirib. Başqa sözlə, o, özünü monarx kimi deyil İranın gələcək prezidenti kimi görür. Prinsipcə, onun namizədliyi çoxlarını, ən azından iranlıların və Qərbin əksəriyyətini qane edir. “Yaşasın Şah” şüarları indi hər küçədə, hər yol ayrıcında eşidilir. Əvvəllər belə bir şey yox idi, yeri gəlmişkən, bu, olduqca təəccüblüdür. Cəmi bir il əvvəl, iranşünaslarla danışanda onlar Şahın populyar olmadığını deyirdilər. Ümumiyyətlə, İranda monarxiya populyar deyil, amma nəsə baş verib. Çox güman ki, çarəsizlikdən və bir növ alternativə ehtiyac duyulduğundan xalq şahı qəbul etməyə hazırdır. Bir çox hallarda, iki şərdən daha az zərər verəni seçmək ən yaxşı seçimdir. Bundan əlavə, vəliəhd atasından tamamilə fərqli bir insandır”.

Arye qeyd edib ki, əgər bu, həqiqətən baş verərsə və Pəhləvi İranın lideri olarsa və azad seçkilər keçirərsə, bu, şübhəsiz ki, İran üçün bir irəliləyiş olacaq:

“Çünki ölkəyə dərhal investisiyalar daxil olacaq. İran neftinin satışına qoyulan embarqo qaldırılacaq ki, bu da iqtisadiyyata müəyyən bir təkan verəcək. Bildiyimiz kimi, hazırda İran valyutası bütün rekordları qırıb. Bu gün sosial mediada bir rialın sıfır avroya bərabər olduğu, yəni valyuta mübadiləsinin tamamilə dayandırıldığı bildirilən mübadilə məntəqələrinin fotoları yerləşdirilib.

Həmçinin, İranda rejim dəyişərsə, bu, təkcə Yaxın Şərqə deyil, həm də qlobal səhnədəki qüvvələr nisbətinə təsir edəcək. Aydındır ki, Ayətullah rejiminin İranda süqut etməsi dərhal Hizbullah və HƏMAS-a böyük zərbə vuracaq. Hizbullah və HƏMAS əsas sponsorlarını və belə desək, liderlərini itirəcəklər və bu da Livanda Hizbullahı məhv etməyi xeyli asanlaşdıracaq. Bu, Qəzza məsələsinin həllinə kömək edəcək, çünki HƏMAS-ın məhv edilməsi də tamamilə mümkün və real olacaq. Amma gəlin tələsməyək, inqilabın necə bitəcəyini gözləyək”.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri