ABŞ İrandan nüvə proqramından tam imtina etməsini istəyir
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ İrandan nüvə proqramından tam imtina etməsini tələb etmək niyyətindədir, razılaşmama halında Tehranı nəticələr gözləyir.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts “CBS News”a müsahibəsində bildirib.
“Biz aydın şəkildə bildirmək istəyirik ki, hazırda ABŞ-nin 44-cü prezidenti Barak Obama və 46-cı prezidenti Cozef Bayden administrasiyalarında olduğu kimi “sən mənə – mən sənə” prinsipi tətbiq olunmur. Məsələ bütövlükdə nüvə proqramı haqqındadır. Ya ondan imtina edin, ya da nəticələri olacaq”, – o vurğulayıb.
Uoltsun sözlərinə görə, İranın nüvə silahı əldə etməsi bütün Yaxın Şərq regionunun silahlanma yarışına cəlb olunması deməkdir ki, bu da ABŞ-nin milli təhlükəsizliyi üçün “tamamilə qəbuledilməzdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 24 Mart 2025 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















