ABŞ İsrail gündəmi kriptovalyuta bazarına da təsir göstərib
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-İsrail gündəmi kriptovalyuta bazarına da təsir göstərib.
Banco.az xəbər verir ki, ABŞ və İsrailin şənbə günü İran ərazisindəki hədəflərə qarşı hava zərbələri endirməsi fonunda bitkoin və digər rəqəmsal aktivlərdə kəskin satış təzyiqi müşahidə olunub.
Bitkoin aylardır davam edən eniş meylini daha da dərinləşdirərək mühüm dəstək səviyyələrindən geriləyib..
Şənbə günü yayılan hücum xəbərlərindən sonra kriptovalyuta bazarı sürətli reaksiya verib. Bazar dəyərinə görə dünyanın ən böyük kriptovalyutası olan bitkoin (BTC) təxminən 4 faizə çatan dəyər itkisi ilə 63 min dollar səviyyəsinədək geriləyib. Bazarın ikinci ən böyük iştirakçısı olan Ether (ETH) isə 4,5 faiz ucuzlaşaraq 1 835 dollara enib.
“CoinGecko”nun məlumatına görə, xəbərin dərhal ardından rəqəmsal aktivlər bazarının ümumi dəyərindən təxminən 128 milyard dollar silinib.
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 Fevral 2026 20:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















