Nazirin icraçı direktor təyin etdiyi Nigar Kərimova kimdir? DOSYE
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nigar Kərimova Genetik Ehtiyatlar İnstitutuna icraçı direktor təyin olunub.
Moderator.az "Azərbaycan universitetləri" səhifəsinə istinadən Nigar Kərimovanın dosyesini təqdim edir:
Nigar Kərimova 2015-ci ildə BDU biologiya üzrə bakalavr, 2015–2016-cı illərdə isə Birləşmiş Krallığın Aberdin Universitetində genetika üzrə magistr təhsili alıb.
2023-cü ildə “Azərbaycanda xroniki mieloid leykozlu xəstələrdə genetik variasiyaların molekulyar identifikasiyası” mövzusunda dissertasiya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 8 il burada elmi fəaliyyətlə məşğul olub, həmçinin BDU-da pedaqoji fəaliyyət göstərib.
2019–2020-ci illərdə Türkiyənin Ege Universitetində elmi tədqiqatlarını davam etdirib,
2024–2025-ci illərdə isə İzmir Tınaztepe Universitetinin Özəl Galen Xəstəxanasında molekulyar bioloq kimi çalışıb.
15 məqalə və 3 konfrans tezisi daxil olmaqla 18 elmi əsərin müəllifi və həmmüəllifidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 13 Noyabr 2026 09:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















