Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

ABŞ İsrail münasibətləri gərginləşir: Yaxın Şərqə necə təsir edəcək?

ABŞ İsrail münasibətləri gərginləşir: Yaxın Şərqə necə təsir edəcək?

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu arasında münasibətlər son həftələr İran və Fələstin məsələsində fərqli mövqeləri səbəbindən gərginləşib. Məlumata görə, Netanyahu İranın nüvə obyektlərinin fiziki məhvinə hazırlaşır, Tramp isə nüvə proqramı ilə bağlı Tehranla razılığa gəlmək istəyir. Qəzza məsələsində Amerika lideri atəşkəsin bərqərar olmasını tələb edir, İsrail isə Qəzzada hərbi əməliyyatları davam etdirmək niyyətindədir.

Bundan sonra İsrail ABŞ münasibətləri hansı formada davam edəcək, İsrail ABŞ-nin mümkün dəstəyi olmadan hərbi əməliyyatlar keçirə bilərmi?

Bu barədə millət vəkilləri, politoloqlar “Xalq Cəbhəsi”nə danışıb.

“İsrail xoşagəlməz hallarla üzləşə bilər”

Milli Məclisin deputatı Azər Allahverənov qeyd edib ki, son zamanlar ABŞ ilə İsrail arasında münasibətlərin soyuqlaşmasında fikir ayrılığı olduğunu deyib: “Fikir ayrılığı bilavasitə Qəzza ilə bağlıdır. Çünki bəlli məsələdir ki, ABŞ Prezidenti Trampın özünün konkret bir mövqeyi var idi. Xüsusilə ilə də bu mövqe daha çox hərbi əməliyyatların dayandırılması ilə iqtisadi zəmində digər layihələrin işə salınması ilə bağlı idi. Burada İsrailin baş naziri Benyamin Netanyahu daha sərt mövqe sərgiləyir. Eyni bir münasibəti biz İran məsələsində də görürük. Burada nüvə proqramları ilə bağlı ABŞ-nin Tehranla razılığa gəlmək istəyi göz qabağındadır. .....Bu, İsrailin İranla bağlı proqramlarına uyğun gəlmir. Çünki İsrail birdəfəlik olaraq nüvə proqramlarının dayandırılması və ümumiyyətlə İrandan mümkün təhlükələrin qarşısının alınmasına səbəb ola biləcək bir şəraitin və ya bir konfiqurasiyanın qurulmasında maraqlıdır. Bu da yenə də Trampın mövqeyi ilə üst-üstə düşmür və mövqelərin üst-üstə düşmədiyi halda bəzi gözlənilməz gedişlər ola bilər. Bu gedişlər həm də diplomatik münasibətlərdə ola bilər. Amma bu, özünü daha çox hərbi meydanında döyüş müstəvisində biruzə verə bilər. Fərz edək ABŞ-nin bu mövqeyi ilə razılaşmayan İsrail digər xoşagəlməz hallarla üzləşə bilər. Bu hansı ki, bilavasitə ABŞ-nin maliyyə yardımının dayandırılması və hərbi sahədə yardımların dayandırılması ilə bağlı ola bilər”.

“İsrail Yaxın Şərqdə güclü ordusu olan dövlətlərdən biridir”

Deputat əlavə edib ki, əgər təxmin etsək ki, belə bir dəstək dayanır və o zaman bu, İsrailin hərbi əməliyyatlarının dayandırılmasına gətirib çıxara bilərmi?: “Bunun həm mümkün, həm də mümkünsüz tərəfləri var. Məsələn, əgər biz hərbi əməliyyatların davam etdirilməsini deyiriksə, burada nə baş verə bilər? Bəlli məsələdir ki, ABŞ İsrailə hərbi sahədə çox böyük dəstək göstərir. Fərz edək ki, münasibətlərin soyuqlaşması fonunda bu dəstək dayanırsa, bu, təbii ki, müəyyən mənada İsraili çətin vəziyyətə sala bilər. Hərçənd ki, İsrailin özünün inkişaf etmiş hərbi sənayesi var. İsrail Yaxın Şərqdə güclü ordusu olan dövlətlərdən biridir. Yəni bu baxımdan ABŞ-dən hərbi müstəvidə gələn yardım dayanarsa, bu, təbii ki, İsraili çətin vəziyyətə sala bilər. İsrailin hərbi hava qüvvələrinin təchizat bazası ABŞ təyyarələri ilə təchiz olunur. Bu zaman təbii ki, burada müəyyən bir sıxıntı yaşana bilər”.

“ABŞ-nin dəstəyi olmadan İsrail qısa müddətdə hərbi əməliyyatları aparmaq iqtidarındadır”

O həmçinin deyib ki, İsrail diplomatik müstəvidə də müəyyən təzyiqlərlə üz-üzə qala bilər: “Çünki ən azından ABŞ əməkdaşlıq etdiyi dövlətlər var və bu dövlətlər ABŞ ilə münasibətlərin İsrail ilə olan münasibətlərin bir qədər pozulmasına və ya soyuqlaşmasına gətirib çıxardan bir hal varsa, onlar o fürsətdən istifadə edib İsrailin üzərinə gedə bilər. Yəni İsrail diplomatik müstəvidə də müəyyən xoşagəlməz hallarla üzləşə bilər. Amma burada bir qənaətə gəlmək olar ki, ABŞ-nin dəstəyi olmadan İsrail qısa müddətdə hərbi əməliyyatları aparmaq iqtidarındadır. Bütün çətinliklərə baxmayaraq ortamüddətli hərbi əməliyyatlar bir qədər sıxıntı yaşada bilər. Ancaq uzunmüddətli hərbi əməliyyatların aparılması baxımından imkanları məhdud ola bilər. Yəni ABŞ tərəfindən dəstəyin dayandırılması nəticəsində”.

“İsrail ABŞ münasibətləri sıradan bir münasibətlər deyil”

Politoloq Telman Nüsrətoğlu bildirib ki, ABŞ-nin Yaxın Şərq siyasətində İsrailin təhlükəsizliyi çox önəmli bir yer tutur: “İsrail ABŞ münasibətləri sıradan bir münasibətlər deyil. Yəni ABŞ-nin xarici siyasətində çox önəmlidir. ABŞ-nin bölgədə bir çərçivəsi var. İsraildən başqa da ABŞ-nin bölgə ilə bağlı plan və proqramları var. Dünya dəyişir. Çin getdikcə yüksəlir. Yeni dünya nizamı qaçılmaz hala gəlir. İsrailin şıltaqlığına ABŞ nə qədər dözə bilər və ya bu siyasət Yaxın Şərqdə hansı nəticələri ortaya qoya bilər? Yəni İsrailin birmənalı dəstəklənməsi. Bu, ABŞ-nin maraqları baxımından önəmli suallardır. Burada məqam nədən ibarətdir? ABŞ Çin yüksələrkən Çini əngəlləmək, mane olmaq, əsas rəqibindən diqqətini yayındıracaq hadisələrdən də kənarda qalmağa çalışır və təbii ki, İran məsələsi ilə bağlı danışıqlar masasında razılığa gəlmək istəyir. İrandan istədiyini almaq və nüvəsiz bir İran proyektini həyata keçirmək, mümkün olduğu qədər İranı Çindən uzaqlaşdırmaq siyasəti izləyir. Amma İsrail isə İrana zərbələr endirmək istəyir. Amma bu məsələ sadəcə İran məsələsi deyil. Fələstin, Qəzza, Ərəb dünyası ilə olan münasibətlər məsələsidir”.

“İsrail uzlaşma mövqeyinə gəlməlidir”

Politoloq deyib ki, İsrail şıltaqlığı, beynəlxalq hüququ heçə sayan siyasəti ilə ABŞ-ni də Yaxın Şərqdə çox çıxılmaz vəziyyətə salıb: “Qəzza məsələsi Ərəb dünyasının da, Türkiyənin də qırmızı cizgisidir. Yəni bunu aşmaq Fələstin dövlətini yox etmək bu, çıxılmaz, sonu olmayan, dalana dirənən bir yoldur. Yaxın Şərqdəki məsələlərə bununla bir çözüm mümkün deyil. Ona görə də ABŞ də İsrailə təzyiq edir. Trampla Netanyahunun son görüşməsində Tramp demişdi ki, daha konstruktiv bir mövqe içində olsanız biz Türkiyə ilə Suriya məsələsində sizi uzlaşdıra bilərik. Amma orada da İsrail Suriyanın ərazi bütövlüyünü ihlal edən bir siyasət izləyir, Suriyanın ərazisini bombalayır. Türkiyə Suriyanın ərazi bütövlüyünə önəm verir. Bu problemlər Netanyahu hakimiyyətinin daha konstruktiv, real, praqmatik mövqeyə çəkilməsini gərəkdirir. Yəqin ki, ABŞ təzyiqlərinin də burada təsiri olacaq. Ərəb dünyasından ABŞ-yə olan təlqinlər, cənab Ərdoğanın Trampa Qəzza ilə bağlı mövqeyini ifadə etməsi yəqin ki, təsirli olacaq. İsrail uzlaşma modelinə gəlməlidir. İşğalçı siyasətini sürdürmək mümkün deyil, hələ-hələ bölgədə Türkiyənin güc yüksəlişi varkən. Türkiyənin mövqeyini nəzərə almadan Qəzza, Fələstin məsələsində bir siyasət izləmək sağlıqlı bir nəticə verməyəcək. Gedişat daha çox İsrailin daha konstruktiv mövqeyə çəkilməsi ilə nəticələnəcək”.

“ABŞ İsraili hər məsələdə dəstəkləməyə çalışır”

Politoloq Elçin Xalidbəyli qeyd edib ki, İsrail atdığı addımları, Yaxın Şərqdəki mövqeyini böyük ölçüdə ABŞ ilə ortaq şəkildə müyyən edir: “Yəni ABŞ ilə razılaşdıraraq öz addımlarını atır. ABŞ də İsraili ənənəvi olaraq hər məsələdə dəstəkləməyə çalışır. Ümumiyyətlə, İsrailin mövcudluğu, onun Yaxın Şərqdəki davranışları da böyük ölçüdə məhz Ağ evin verdiyi dəstəklə birbaşa bağlıdır. Ancaq son vaxtlar Tramp adminsitrasiyasının geopolitik hədəflərində, eyni zamanda, strateji planlarında bəzi fərqli istiqamətlər ortaya çıxmağa başlayıb. Tramp administrasiyası ilk hakimiyyətə gəlinən günlərdə İranı savaşla hədəfləyirdi. Ancaq indi Ağ ev daha çox İranla anlaşmağa üstünlük verir. Yəni belə anlaşılır ki, ABŞ savaşda maraqlı deyil, eyni zamanda, Tramp Fələstin məsələsində də çox aqressiv mövqe tuturdu”.

“Bu dəstək qaçılmaz xarakter daşıyır”

E.Xalidbəyli diqqətə çatdırıb ki, ancaq indi ABŞ-nin Fələstinlə bağlı siyasi kursunda da müəyyən dəyişiklik yaranmağa başladığı hiss olunur: “Hətta bəzi məlumatlara görə ABŞ Fələstini dövlət kimi də tanıya bilər. Təbii ki, bütün bu mövqe fərqləri, ziddiyyətləri ABŞ və İsrail arasında münasibətlərin soyumasına səbəb olur. Ancaq istənilən halda bu iki dövlətin bir-birinə dəstək verməsi qaçılmaz xarakter daşıyır. Yəni müəyyən həddə qədər münasibətlərdə problemlər ola bilər, lakin bu münasibətlərin tamamilə qırılması mümkün deyil. ABŞ həmişə İsrailə dəstək olub və bu dəstək həmişə davam edəcək kimi görünür. Təbii ki, əgər ABŞ dəstəkləməzsə və Yaxın Şərqdə hərbi əməliyyatların dayandırılmasını tələb edərsə, İsrail regionda nə Fələstinə, nə də digər rəqiblərinə qarşı hərbi addımlar atmaz. Atsa belə bu, uzun müddət davam etməz. Ancaq istənilən halda ABŞ ziddiyyətlər olsa da müəyyən həddə qədər İsraili dəstəkləməyə məcburdur”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:348
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 May 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri